Məhkəmə qərarları › İş №2(021)-182/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-182/2021

07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-182/2021 07.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X2 və vəkili X3, Cavabdeh X7 və vəkili Vəkil iştirakları ilə, İddiaçı X5 cavabdeh X8, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon” ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə və iddiaçı İddiaçı cavabdehlər X8 və X4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X8, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon” ASAN xidmət Mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X9 arasında 15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı cavabdehlər X8 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X1 tikdirdiyi evə görə onun xeyrinə 28000 manat çəkdiyi xərcin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı aydın olmuşdur ki, hər iki işdə iştirak edən şəxslər eynidir və işin ətraflı araşdırılması, tərəflərin məhkəməyə dəfələrlə gedib gəlməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 cavabdeh X8, üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon” ASAN xidmət” Mərkəzində notariat kontoruna qarşı “15.09.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-1681/20 saylı mülki iş İddiaçı cavabdehlər X8 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-2414/20 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar