Məhkəmə qərarları › İş №2(021)-182/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-182/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-182/2022 14.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 19150.47 ABŞ Dolları əsas, 27151.78 ABŞ Dolları faiz, 2007.76 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 48310.01 ABŞ Dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 6 otaqlı 202.5 kv.m ümumi, 120.3 kv.m yaşayış, 82.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 6 otaqlı 202.5 kv.m ümumi, 120.3 kv.m yaşayış, 82.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 6 otaqlı, 202.5 kv.m ümumi, 120.3 kv.m yaşayış, 82.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 6 otaqlı 202.5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 - evdən çıxarılmaları, həmin evin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin "Bərdə” filialından illik 26 %-lə 60 ay müddətinə 20300 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 6 otaqlı 202.5 kv.m ümumi, 120.3 kv.m yaşayış, 82.2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi 2014-cü il 26 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 08-dək Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 19150.47 ABŞ Dolları əsas, 27151.78 ABŞ Dolları faiz, 2007.76 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 48310.01 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/18 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 12-G-2-0- 1701-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu:xx.xx.2019-cu il tarixə əsas borc üzrə 19531,10 ABŞ dolları, faiz borcu üzrə 20775,9 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc üzrə 19531,10 ABŞ dolları, faiz borcu üzrə 20276,42 ABŞ dolları təşkil edir. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 iyun 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 0,26 ha torpaq sahəsinin bazar satış qiyməti 15000 (on beş min) manat, likvid qiyməti 10000(on min) manat, 1 mərtəbəli, 6 otaqdan ibarət olan fərdi yaşayış evinin bazar satış qiyməti 54000 (əlli dörd min) manatdır. Fərdi yaşayış evinin likvid qiyməti 44000 (qırx dörd min) manat dəyərindədir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 26 dekabr 2014-cü ildə İddiaçı İKB ASC-nin Bərdə filialından 20300 ABŞ dolları məbləğində kredit götürmüş, özü isə Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evini borcun təminatı olaraq ipoteka qoymuşdur. Əvvəllər kredit borcunu vaxtı-vaxtında ödəsələr də sonradan dolların məzənnəsinin qalxması ilə əlaqədar olaraq borclarını ödəyə bilməmişlər. Əsas və faiz borclarını ödəyə bilmədikləri halda bank tərəfindən onlara yüksək məbləğdə cərimə hesablanmışdır. Cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2014-cü il tarixli 12-G-2-0-1701-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26% dərəcəsi ilə, istehlak məqsədləri üçün, 20300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 12-G-2-0-1701-14 saylı 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, ipoteka saxlayanla Borclu arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 12-G-2-0-1701-14 saylı əsas kredit müqaviləsinə əsasən 20300 ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kredit məbləği və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. -İpotekanın predmeti: Bərdə rayonu, Qaradəmirçi kənd ünvanında mülkiyyətində olan, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi. -İpoteka ilə yüklü edilmiş əmlakın yerləşdiyi ünvan və ətraflı təsviri: ünvan 1şayış evi. -İpoteka predmeti olan əşya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti 7 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********97-10301 qeydiyyat nömrəsi ********** çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. -İpoteka saxlayanın razılığı olduğu halda girovun predmetinin və natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Belə hal bu Müqavilənin 12-ci bölməsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. -İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır. -İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın, bu Müqavilənin müddəti bitənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir. -İpoteka ilə yüklü edilmiş əmlak 45 000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Qaradəmirçi kəndində 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus, Bərdə rayonu Qaradəmirçi kəndində 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə 26 dekabr 2014-cü il tarixli 12- G-2-0-1701-14 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 60 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 12-G-2-0-1701-14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 08 aprel 2021-ci il tarixə 19150,47 ABŞ dolları əsas, 27151,78 ABŞ dolları faiz, 2007,76 ABŞ dolları cərimə, cəmi 48310,01 ABŞ dolları borcu vardır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh2 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19150,47 ABŞ dolları məbləğində əsas kredit borcu, 27151,78 ABŞ dolları məbləğində faiz borcu, 2007,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 48310,01 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə cavabdehin 19531,10 ABŞ dolları məbləğində əsas, 20276,42 ABŞ dolları məbləğində faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcu tələbinə dair hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19150,47 ABŞ dolları məbləğində əsas kredit borcu, 20276,42 ABŞ dolları məbləğində faiz borcu, 2007,76 ABŞ dolları məbləğində cərimə borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 26 dekabr 2014-cü il tarixə 12-G-2-0-1701-14 saylı nömrəli kredit müqaviləsi üzrə 19150,47 ABŞ dolları məbləğində əsas, 20276,42 ABŞ dolları məbləğində faiz borcu, 2007,76 ABŞ dolları cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə tələb edilən cərimə pulunun miqdarı kredit müqaviləsi üzrə yaranmış əsas borc 19150,47 ABŞ dolları məbləğinə mütənasib olmadığından 2007,76 ABŞ dolları məbləğində cərimə pulunun 107,76 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 20300 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 19150,47 ABŞ dolları məbləğində əsas, 20276,42 ABŞ dolları məbləğində faiz borcu, 2007,76 ABŞ dolları cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 19150,47 ABŞ dolları məbləğində əsas, 20276,42 ABŞ dolları məbləğində faiz borcu, 107,76 ABŞ dolları cərimə borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 12-G-2-0-1701-14 nömrəli kredit müqaviləsi üzrə 19150,47 ABŞ dolları məbləğində əsas, 20276,42 ABŞ dolları məbləğində faiz borcu, 107,76 ABŞ dolları cərimə borcunun tutulması, bu borcun ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdəsinə götürdüyündən tutma ipoteka qoyulmuş Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadıqları həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evilərnin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. 12-G-2-0-1701-14 saylı 26 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsində Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin dəyəri 45000 manat qeyd edilsə də "xxxx" MMC-nin 29 iyun 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid qiyməti 44 000 (qırx dörd min) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyinə uyğun qaydada, yəni 44 000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 mart 2022-ci il tarixli 9/18 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 oğlundan 19150,47 (on doqquz min bir yüz əlli dollar qırx yeddi sent) ABŞ dolları məbləğində əsas, 20276,42 (iyirmi min iki yüz yetmiş altı dollar qırx iki sent) ABŞ dolları məbləğində faiz borcu, 107,76 (bir yüz yeddi dollar yetmiş altı sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 39534,65 (otuz doqquz min beş yüz otuz dörd dollar altmış beş sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, ödənilmiş 30 (otuz) manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumları və 30 (otuz) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın. Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsınlar. Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən, 6 otaqlı, 202,5 kv.m ümumi, 120,3 kv.m yaşayış, 82,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin dəyəri 44 000 (qırx dörd min) manat müəyyən edilsin. Mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar