Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-182/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X* iclas kаtibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə rayonu Göyüşlü Bələdiyyəsinə qаrşı “yolun açılması ” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh*nə qаrşı “yolun açılması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı *995-ci il tarixdə anadan olmuşdur. Ailəlidir və 2 uşağı vardır. Bərdə 4-cü hərbi polis bölməsində sürücü vəzifəsində işləyir. Bərdə rayonu Göyüşlü kəndində 0.*56 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpağa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi *82203*663, qeydiyyat tarixi 26.0*.2023-cü il olan torpağın mülkiyyətə verilməsinə dair çıxarış da almışdır. Torpaq sahəsi onun mülkiyyətində olaraq sahibliyində və istifadəsində olsa da problemlərlə üzləşmişdir. Belə ki, onun torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Baxmayaraq bələdiyyə mülkiyyətində olan yol onun topaq sahəsinin yanından keçir, həmən yola çıxışı yoxdur. Belə ki, onun qonşuluğunda olan və yaşayan Bərdə rayon bala Göyüşlü kənd sakini Cavabdeh2 yolun açılmasına maneə yaradır. Hətta hədə-qorxu gələrək onu təhdid edərək əməllərindən əl çəkmir. Ona görə də məhkəmədən Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Hazırda yol olmadığından atası evində yaşamaq məcburiyyətində qalmışdır. İddia tələbinə əlavəsi yoxdur və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir, orada yol olmayıbdır. O, sahədə ağaclar əkmişdir. Atası iddiaçıya pay torpaq vermişdirsə, yol da verməli idi. Saldığı bağ bələdiyyə mülkiyyətində olan torpaqlarda yerləşir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*995-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 247 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Bala Göyüşlü kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respubllikası ƏMDK yanında DƏDRX-nin *82203*663 qeydiyyat nömrəli 26.0*.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və A927586 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayonu Bala Göyüşlü kəndində İddiaçı xüsusi mülkiyyətində 0.*56 ha torpaq sahəsi vardır. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən verilmiş etirazdan görünür ki, Cavabdeh2, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(02*)-**27/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh2 qarşı “yolu açılması və maneəçiliyə qadağan qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 23.*0.2020-ci il tarixli 2(*04)-2798/2020 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayətinin təmin edilməməsi, Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(02*)-**27/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 20.05.202*-ci il tarixli 2(02*)-*329/202* saylı qətnaməsindən görünür ki, X2 cavabdeh Bərdə rayon Böyük Göyüşlü kənd bələdiyyəsinin sədrinə qarşı “qonşuluq hüququnun pozulmasına və həyətə gediş gəliş yolunun açılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Mülki iş materiallarına əlavə olunmuş Bərdə rayon məhkəməsinə ünvanlanmış iddiaçı Dadaşova (Yusifova) İradə Volodya qızının Cavabdeh2 və maraqlı şəxs Bala Göyüşlü kənd Bələdiyyəsinə qarşı yoldan istifadəyə törədilən maneəçiliklərin aradan qaldırılması və yol açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmədən Cavabdeh2 tərəfindən həyətyanı topaq sahəsinə gediş-gəliş yolunun istifadəsinə törədilən maneəçiliklərin aradan qaldırılması və ona məxsus həyətyanı torpaq sahəsinin əkin hissəsinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2(02*)-*80/2022 saylı Bərdə Rayon Məhkəməsindən görünür ki, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 25.*0.2020-ci il tarixli 2(*04)-228*/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(02*)-*80/2022 saylı qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.*962-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Bala Göyüşlü kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh2 20.*0.*998-ci il tarixdə Azərbaycan Respublikası Müharibə Veteranı vəsiqəsi verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Bərdə rayonu Göyüşlü kəndində 0.*56 ha həyətyanı torpaq sahəsində giriş-çıxış yolunun olmaması göstərilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 2(02*)-3*87/202 saylı Bərdə rayon məhkəməsinin qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh2 qаrşı “yolun açılması ” tələbinə dаir mülki iş üzrə torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş 7 Saylı Bərdə Ərazi İdarəsinin 07.0*.2024-cü il mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *82203*663 qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,*56 ha həyətyanı torpaq sahəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,28 ha həyətyanı torpaq sahəsindən verildiyi üçün gediş-gəliş yolu hazırda mövcud deyil. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində normadan artıq istifadə olunan *2*BB nömrə ilə 0,02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su arxı mövcud olduğundan həmin hissədən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdeh2 iddia olunan mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsindən bağ salaraq istifadə edir. Həmçinin iddia olunan və hal-hazırda Cavabdeh2 tərəfindən bağ salınaraq istifadə edilən ərazi TEKUİS məlumat bazasında və kompleks yerquruluşu layihəsinə əsasən, ümumi istifadəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğundan, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *82203*663 qeydiyyat nömrəli çıxarışla İddiaçı müllkiyyətinə verilmiş 0.*56 ha həyətyanı torpaq sahəsinə iddia olunan ərazidən, gediş-gəliş yolunun açılıb açılmaması bələdiyyənin səlahiyyətləri daxilindədir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, Azərbaycan respublikası İqtisadiyyat Nazirliyi yanında Əmək məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə ƏD mühəndisi Xəqani Süleymanov mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən *82203*663 qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.*56 ha həyətyanı torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.28 ha həyətyanı torpaq sahəsindən verildiyi üçün , gediş-gəliş yolu hazırda mövcud deyildir. İlkin torpaq islahatı zamanı JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu həmin həyətin şimal hissəsindəki kəndarası yoldan nəzərdə tutulmuşdur. Kompleks yerquruluşu layihəsinə əsasən JN-53A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin cənub hissəsində normadan artıq istifadə olunan *2*BB nömrə ilə 0.02 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi və su axrı mövcud olduğundan həmin hissədən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Cavabdeh2 iddia olunan mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid ümumi istifadəli torpaq sahəsindən bağ salaraq istifadə edilməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı Cavabdeh2 qаrşı “yolun açılması ” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin *57.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun *-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-*983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin *7-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun *7-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin *-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin *-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin *-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. ***-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4 fevral 2003-cü il tarixli qərarında göstərilmişdir ki, torpaq üzərində hüquqları pozulan və yaxud mübahisələndirilən şəxslər (fiziki və hüquqi şəxslər, sahibkarlar) öz mülahizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və yaxud həmin orqanlara müraciət etmədən birbaşa məhkəmələrə müraciət edə bilərlər. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. MPM-in 97.*-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin *0*.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini faktiki subutlarla subut etmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Belə ki, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, həmin torpaq sahəsi atası olan X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,28 ha həyətyanı torpaq sahəsində verilmişdir, iddiaçıya məxsus torpaq sahəsinə isə həyətin şimal hissəsindəki yoldan girib-çıxmaq çətinlik yaradır və mümkün deyil, iddiaçı isə mülkiyyətində olan torpaq sahəsinə girib-çıxa bilmir və ondan istifadə edə bilmir, mütəxəssis rəyinə əlavə edilmiş sxematik plandan isə iddiaçıya məxsus torpaq sahəsinin su arxı mövcud olan arxa hissəsindən cavabdeh bağ sahəsi salaraq istifadə etdiyi məlum olur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinə su arxı mövcud olan və bələdiyyə mülkiyyətində olmaqla Cavabdeh2 bağ sahəsi salmaq üçün istifadəsinə verilmiş və hazırda bağ olan yerdən ağacların seyrək (az) olduğu hissədən 3 metr enində yol açılmalı, cavabdehin gediş-gəliş yoluna ağac əkməklə maneə törətməsi sübut olunduğundan Cavabdeh2 iddiaçının torpaq sahəsinə açılacaq olan gediş-gəliş yoluna maneə törətməsi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə *994-cü il *9 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin *-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağa qoyulmalı, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu maneə törədən meyvə ağaclarının az (seyrək olduğu yerdən) 3 metr enində açılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0.*56 ha həyətyanı torpaq sahəsinə su arxı mövcud olan və bələdiyyə mülkiyyətində olmaqla Cavabdeh2 bağ sahəsi salmaq üçün istifadəsinə verilmiş və hazırda bağ olan yerdən ağacların seyrək (az) olduğu hissədən 3 metr enində giriş-çıxış yolu açılsın. Cavabdeh2 iddiaçının torpaq sahəsinə açılacaq olan gediş-gəliş yoluna maneə törətməsi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulsun. Ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-182/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-182/2024
08.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver