Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1826/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “maddi ziyan və mənəviz zərər” tələbinə dair ilk, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X3 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 ona vurmuş olduqları 8000 manat maddi zərərin, 1000 manat isə mənəvi zərərin əvəzinin, 100 manat dövlət rüsumunun, yəni cəmi 9100 manat pulun tutularaq mənim xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 Bərdə Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, onlara məxsus olan Bərdə rayonu ,Darğalar kəndi ərazisində yerləşən 0.85 ha torpaq sahəsindən çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehər ərizəsində göstərir ki, guya mübahisəli torpaq sahəsini 2010-cu il tarixdən ona 10 il müddətinə icarəyə vermişlər. 10 illik icarə müddəti başa catmişdır. Ona görə də onun torpaq sahəsindən çıxmağını tələb edirlər. Cavabdehlərin ona qarsi, Bərdə rayonu ,Darğalar kəndi ərazisində yerləşən onlara məxsus olan 0.85 ha torpaq sahəsindən qanuni istifadə etməyi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməklə, sözügedən torpaq sahəsindən çıxarılma tələbinin əsas arqumenti, iddianın əsası kimi göstərilmişdir. Əslində üzərində mülkiyyət hüququ verən sənəd deyildir, ancaq həmin müqavilə bu gün cavabdehlərin onu aldatdıqlarını, onların etibarından sui-istifadə edərək ona ziyan vurduqlarını eyni zamanda məhkəmyə yalan və uydurma ərizə vediklərini,hüquqlarından ona ziyan vurmaq üçün istifadə etdiklərini təsdiq edan bir sübutdur. Cavabdehlər torpaq sahəsi atmaq adı ilə onu aldadıb baş heyvanını 2012 ci ildə satdırıb pulunu ondan almış,sonra isə dövlət aktının müvəqqəti olaraq girovda olması bəhanəsi ilə alqı-satqını qanuni qaydada rəsmləşdirməyib, 2019-cu il dekabr ayında ona satdıqları, üstündə yonca bitkisi əkmiş olduğu 2.22 ha torpaq sahəsini şumlayıb ondan almaqla ona 8000 manat maddi ziyan vurmuşdur. Cavabdehlərin bu hər\k\tindən sarsıntı leçirib iztirab keçirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X5 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və hazırki iş üzrə cavabdeh İddiaçı onların xeyrinə 4000 manat məbləğində pul vəsaitinin alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X5 iddia tələbini onunla əsaslandırmışdırlar ki, ilkin iddia üzrə İddiaçı iddiası əsassızdır. Belə ki, torpaqdan istifadə etdiyi müddətdə hər il üçün icarə haqqı 1000 manat olmaqla onalara vermədiyi 2018-ci ildən, 2021-ci ilədək müddətdə olan fərqi, yəni 4000 manat məbləğində pul alınıb onlara verilməlidir. Orduxan qanunsuz olaraq onlara məxsus torpaqdan çıxmadığı üçün qanuni olaraq məhkəməyə müraciət etmişdirlər. Məhkəməninin qərarına əsasən Orduxan onların torpaqdan çıxarılmışdır. Orduxanın onlara etdiyi haqsızlıq nəticəsində Cavabdeh3 hər gün əsəb keçirdiyi üçün xəstəlik taparaq, haqsızlığa dözməyərək 2021-ci il tarixdə vəfat etmişdir. Ancaq vəfat etməsinə baxmayaraq Orduxan cavabdeh olaraq məhkəməyə verib. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onlar arasında icarə müqaviləsi bağlanmamışdır. Pul verib 0.85 ha topaq sahəsini almışdır. İlk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 bildirdi ki, ilk iddia tələbini qəbul etmir, həmin iddia tələbinin rədd olunmasini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdi. Digər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, həm iddia, həm də qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01556 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X11 Mərkəzi tərəfindən verilmiş 168 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bərdə rayon Darğalar kəndi ərazisində 0.85 ha torpaq sahəsindən hər 0.85 hektarından 4 biçin biçib götürmək mümkündür. Hər 0.85 ha üçün orta hesabla 110 yonca kipi götürmək mümkündür ki, bu da 1 il ərzində 0.85 hektar sahədən 440 yonca kipi deməkdir. Bu il üçün yoncanın bazar qiyməti orta hesabla 2.30 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Seriya AZE № 15310144 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1988-ci il tarixdə Bərdə ayon Darqalar kəndində anadan olmuşdur. Bərdə ayon Darqalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 15213118 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1966-ci il tarixdə Bərdə ayon Darqalar kəndində anadan olmuşdur. Bərdə ayon Darqalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 892 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayon Darğalar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 201138 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Darğalar kəndində kənd təsərrüfat təyinatlı 0.85 ha torpaq sahəsi Cavabdeh1, X3 və Cavabdeh3 paylı mülkiyyətindədir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 282613 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Darğalar kəndində yerləşən 0.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti Cavabdeh3dur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki; Cavabdeh1, X5 və Cavabdeh3 məhkəmədə iddia qaldıraraq, cavabdeh İddiaçı Bərdə rayonu Darğalar kəndində yerləşən onlara məxsus 0.85 ha torpaq sahəsindən çıxarılmasına və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pulun alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını; İddiaçı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 ona vurmuş olduqları 2500 manat alqı-satqıya, melorasiya və əkin işlərinə xərclədiyi 5000 manat, əldən çıxmış fayda şəklində 3500 manat maddi zərərin, 10000 manat isə mənəvi zərərin əvəzinin, 30 manat dövlət rüsumunun, 150 manat hüquqi yardıma görə xidmət haqqının, cəmi 21180 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər; Cavabdeh1, X3 və Cavabdeh3 İddiaçı qarşı torpaqdan çıxarılma ilkin iddia tələbi qismən təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Bərdə rayonu Darğalar kəndində yerləşən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 mülkiyyətində olan 0,85 hektar torpağ sahəsinin 0,29 hektar hissəsindən çıxarılması qət olunmuşdur. İddiaçı qarşılıqlı iddia tələbi təmin edilməmişdir. . Məhkəmə qeyd edir ki, ilk iddia tələbi maddi ziyan və mənəvi zərər tələblərindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı ona vurmuş olduqları 2500 manat alqı-satqıya, melorasiya və əkin işlərinə xərclədiyi 5000 manat, əldən çıxmış fayda şəklində 3500 manat maddi zərərin, 10000 manat isə mənəvi zərərin əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Yenidən iddiaçı iddianın əsasını və tələbini dəyişərək maddi ziyan və mənəvi zərər tələbi ilə məhkəmyə müraciət etmişdir. Maddi zərər hissəsində iddia tələbi təmin oluna bilməz. Belə ki, məhkəməyə həmin zərərlə bağlı mötəbər sübut təqdim etməmişdir. İş materialına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X11 Mərkəzi tərəfindən verilmiş 168 saylı xx.xx.2021-ci il tatixli arayışa istinad etmişdir ki, həmin arayışda qeyd olunur ki, Bərdə rayon Darğalar kəndi ərazisində 0.85 ha torpaq sahəsindən hər 0.85 hektarından 4 biçin biçib götürmək mümkündür. Hər 0.85 ha üçün orta hesabla 110 yonca kipi götürmək mümkündür ki, bu da 1 il ərzində 0.85 hektar sahədən 440 yonca kipi deməkdir. Bu il üçün yoncanın bazar qiyməti orta hesabla 2.30 manat olmuşdur. İddiaçı öz iddia ərizəsini maddi zərərlə bağlı hissəsini onunla əsaslandırmışdır ki, həmin əraziyə yonca əkmişdir. Lakin həmin əraziyə yonca əkməsini sübut edə bilməmişdir. Bunula əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X11 Mərkəzi tərəfindən verilmiş arayışa istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bu tip iddialarda arayışa yox, müvafiq rəy olmalı, həmin torpaq sahəsinin məhsul vermə qabliyyəti müəyyən olunmalı, onun əsasında rəy verilməlidir. Ona görə də iddia tələbi maddi ziyan hissəsində təmin olunmamalıdır. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları işin faktiki halları ilə müqayisə edərək belə qənaətə gəlir ki, mənəvi zərər hissəsində də iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X3 cavabdeh İddiaçı onların xeyrinə 4000 manat məbləğində pul vəsaitinin alınıb verilməsinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir. Qarşılıqlı iddia tələbi icarə müqaviləsi üzrə ödənilməyən pul məbləğindən irəli gəlməsi ilə əsaslanmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi olmayıb. Hazırkı halda da həmin müqavilənin olmasını məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, olmayan müqavilə münasibətlərindən irəli gələn pul tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “maddi ziyan və mənəviz zərər” tələbinə dair iddiası təmin edilməsin. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X3 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1826/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1826/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver