Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1827/2022 09.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq ailə qurub evlənmişlər və birgə nikah dövründən övladları vardır. Övladlarının hər biri yetkinlik yaşıa çatmışdır. Cavabdeh ilə aralarında olmuş mübahisələr nəticəsində hal-hazırda ayrı yaşayırlar və rəsmi olaraq ayrılmışlar. Sabiq həyat yoldaşı Cavabdeh adına Bərdə rayon Şatırlı kəndində müəyyən bir ölçüdə torpaq sahəsi var. Həmin torpaq sahəsini cavabdeh ilə öz aralarında razılığa gələrək torpaq sahəsindən onun payına düşən hissəni ona verəcəkdi. Lakin cavabdeh torpaq sahəsindən ona verilən hissəni satdığı üçün ona torpaq hissəsinin dəyərini 2500 manat pul verəcəkdi. Cavabdeh ona verilməli olan 2500 manat puldan 08 dekabr 2021-ci il tarixdə 300 manat vermiş və qalan 2200 manat pulun hər ay davamlı olaraq 50 manat ödəyəciyini bildirmişdir. Bu barədə qeyd olunan tarixdə öz əl yazması ilə qəbz yazmışdır. Cavabdeh borclu olduğu puldan heç bir ay verməmişdir. Cavabdeh vermış olduğu sözünə əməl etmədiyi üçün hal-hazırda ona 2200 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək, bildirdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Ondan hər vasitə ilə pul almağa çalışır. İddia tələbinin rədd olunmasını xahiş etdi. İşdə işdə edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE N ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972--ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuşdur. Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün statusu daşıyır. Mülki işə əlavə olunmuş arayışdan görünür ki, İddiaçı Bərdə rayon Soğanverdilər kəndində məskunlaşıb yaşayır. Mülki işə əlavə edilmiş qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh 2500 manat borclu olmasına və 300 manat nağd şəkildə İddiaçı pul ödəməsinə dair qəbz yazmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh, X1, X2 və İddiaçı özlərinə məxsus torpaq sahəsini X3 3000 (üç min) manata satmışlar. Mülki işə əlavə edilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəfl\r arasında bağlanmış nikah 13 may 2005-ci ildə pozulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər nikahda olmuş və nikahları 13 may 2005-ci ildə pozulmuşdur. Onların birgə mülkiyətində torpaq sahəsi olmuş və xx.xx.2017-ci il tarixdə satmışlar.Cavabdeh iddiaçıya qəbz yazaraq ona 2500 manat borclu olduğunu və 300 manatı nağd şəkildə verdiyini göstərmişdir.Həmin torpaq sahəsinin birgə mülkiyyət üzrə 4 nəfərə məxsus olmuş və 3000 manata satmışlar. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1 maddəsinə əsasən, öhdəliyə zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən satılan torpaq 3000 manata satılmış və 4 mülkiyyətçinin olmasını nəzərə alaraq hər birinə düşən məbləğ 750 manat təşkil edir ki, bu məbləğdən də cavabdeh iddiaçıya 300 manat nağd şəkildə ödəmişdir. Ödəmədiyi məbləğ isə 450 manat təşkil edir. Odur ki, iddia tələbi qismən təmin olunarq 450 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1827/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1827/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver