Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1840/2021 09.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Aslanova Almaz Nəbi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 800 manat əsas borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Mayıl qızını əvvəllər tanımışdır, onunla nprmal münasibətləri olub, 03 fevral 2019-cu il tarixdə Kərimova İlahə Mayıl qızı ondan borc pul istəmiş, 03 avqust 2019-cu il tarixdə qaytarmaq şərti ilə ona 800 manat borc pul vermişdir. Ondan pul almasını təsdiq edən öz xətti ilə yazdığı “iltizam”ı iddia ərizəsinə əlavə etmişdir. Ona olan borcunun qaytarılması vaxtı çatanda brcunu istədikdə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Cavabdeh Cavabdeh mobil telefonlarına dəfələrlə zəng vursa da, Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Nəbi qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Cavabdeh izahatında iddianı qismən qəbul edərək, göstərdi ki, iddiaçıya 400 manat borcu qalmışdır. Ondan aldığı borcun bir hissəsini ödəmişdir. Qalan borcu ödəməyə hazırdır. Pulu aldığını və hal-hazırda iddiaçıya 400 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Nəbi qızı xx xxxxxxxx 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 22 aprel 2021 –ci il tarixli, 204 saylı arayışdan müəyyən olunur ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 43/1 nömrəli ünvanda yaşayır. Mülki işə əlavə olunmuş İddiaçı tərəfindən Bərdə Rayon Polis Şöbəsinə ünvanlanmış şikayət ərizəsinin surətindən müəyyən olunur ki, Kərimova İlahə Mayıl qızından 800 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Mülki işə əlavə olunmuş Cavabdeh Mayıl qızı tərəfindən yazılmış 03 oktyabrr 2019-cu il tarixdə Aslanova Almaz Nəbi qızından 800 manat borc pul aldığını, həmin pulu 03 avqust 2019-cu il tarixədək qaytarılacağına söz vermişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsi tərəfindən İddiaçın ünvanlanmış 26 dekabr 2020-ci il tarixli, ***-**** A nömrəli mktubun surətindən müəyyən olunur ki, İddiaçı Nəbi qızına müraciəti mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu qismən etiraf etmiş, qalan borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh iddiaçıya olan borcdan 400 manat ödəməsini məhkəmədə bildirsə də, həmin dəlillərini sübut edə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin də iddianı qismən etiraf etməsi hazırki iddia tələbinin təmin edilməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Kərimova İlahə Mayıl qızına 800 (səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1840/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1840/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver