Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1850/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manatın, cəmi 2040 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlamış və iş Tərtər Hərbi Məhkəməsinin icraatında olmuşdur. Həmin cinayət işi üzrə Cavabdeh tərəfindən ona 2700 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə icraatında olan zaman Cavabdeh və ətrafının çoxsaylı yalvarışlarından sonra onlar arasında razılaşma əldə olunmuşdur ki, o, məhkəməyə ərizə yazaraq şikayətçi olmayacaq, bu halda məhkəmə İş üzrə icraata xitam verəcək, Ceyhun da özünə məxsus olan kartı ona verməklə pulu ödəyəcəkdir. Bu barədə müqavilə bağlamışdırlar. O. məhəkəməyə şikayətçi olmadığı barədə ərizə vermişdir. Məhkəmə də iş üzrə icraata xitam verərək Ceyhuna hər hansısa bir cəza verməmişdir. Cavabdeh özünə məxsus olan bank kartını ona təqdim etmiş və iddiaçı kartdan 700 manat məbləğində pul çıxarmış, lakin sonralar kart bloklandığı üçün pul çıxara bilməmişdir. Beləliklə, borcun yalnız 700 manatı ödənilmiş, qalan 2000 manat isə ödənilməmişdir. İddiaçı dəfələrlə borcun ödənilməsini tələb etsə belə, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Həmin cinayət işi üzrə qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini təsdiq etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı olaraq məhkəməyə gələ bilməyəcəyini bildirmiş və məhkəmənin növbəti aya təxirə salınmağını xahiş etmişdir. Lakin üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyinə dair sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh bütün məhkmə proseslərindən xəbərdar olmuş, lakin məhkəməyə gəlməmiş, telefon əlaqəsi saxlanılan zaman hər dəfə müxtəlif bəhanələr gətirərək növbəti məhkəmə iclasında iştirak edəcəyini bildirmişdir. Cavabdehin məhkəmədən yayınması məhkəmə iclasını yubatmaq məqsədi daşıdığından məhkəmə onun işə iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmçinin Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman iddiaçıya 2000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki , Cavabdeh xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh, İddiaçı tərəfindn imzalanmış xx.xx.2023cü il tarixli müqavilə aşağıdakı məzmunda bağlanmışdır: -Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Tərtər Hərbi Məhkəməsinin icraatındadır. Həmin iş üzrə Cavabdeh tərəfindən zərərçəkmiş şəxs İddiaçı 2700 (iki min yeddi yüz) manat məbləğində ziyan vurulmuşdur. -Mən Cavabdeh - oğlu etiraf edirəm ki, İddiaçı 2700 (iki min yeddi yüz) manat məbləğində borcum vardır. -Mən Cavabdeh - 2700 (iki min yeddi yüz) manat məbləğində pulu İddiaçı qaytarmağı öz öhdəmə götürürəm. -Mən Cavabdeh mənə məxsus olan «Kapitalbank»a aid 4169-7416-3471-1152 saylı plastik bank kartını 09 fevral 2023-cü il tarixdə könüllü olaraq İddiaçı verirəm. Həmin kartdan borcum ödənilib qutarana qədər İddiaçı tərəfindən istifadə edilməsinə və pulların hər ay onun tərəfindən çıxarılaraq götürülməsinə razıyam. -Mən Cavabdeh - İddiaçı olan 2700 (iki min yeddi yüz) manat məbləğində borcumu tam ödəyib qutarana qədər ona verdiyim bank kartımı geri istəməyəcəyimi və ya hər hansısa bir yolla kartın qabağımı bağlatdırmayacağını öz öhdəmə götürürəm. Əgər belə bir hala yol verərəmsə Qanunla məsuliyyət daşımağa hazıram. -Mən İddiaçı - Cavabdeh mənə olan 2700 (iki min yeddi yüz) manat məbləğində borcun ödənilməsi üçün Cavabdeh maxsus olan «Kapitalbank»a aid 4169-7416-3471- 1152 saylı plastik bank kartını 09 fevral 2023-cü il tarixdə şəxsən aldım. Həmin müqaviləni X1, X3 və Nümayəndə şahid olaraq imza etmişdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirdi ki, o İddiaçı qardaşıdır. Cavabdeh Ramini işə düzəltmək üçün iddiaçıdan 2700 manat pul alıb, o borcunu ödəmək üçün öz kartını İddiaçı verib. İddiaçı kartdan yalnız 700 manat çəkə bilib, lakin sonra kart bloklanıb . Onun iştirakı ilə Ceyhun 2000 manatı qaytaracağına dair söz verib, hətta bununla bağlı müqaviləyə imza da çəkib . Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirdi ki, o, Ceyhunla qohumdur. Təxminən 2 il öncə qohumu Ceyhun ona Nərgiz adlı xanımdan 2700 manat borc aldığını demiş, borcun etirafı üçün onu şahid qismində Nərgizin qardaşı Elnurun evinə dəvət etmişdir. Ceyhun onun yanında 2700 manat borcu olduğunu etiraf etmiş, Nərgizə kartını verib borcunu kartdan çəkməyini istəmiş və müqavilə bağlamışdır. Sonralar Nərgiz və Elnurdan öyrənmişdir ki, kartdan yalnız 700 manat çəkilib, 2000 manat borc qalıb. O borcun ödənilməsi üçün Ceyhunun yaşadığı ünvana belə gedib. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 2700 manat məbləğində borcu almış və buna dair müqavilə imzalamışdır. Lakin cavabdeh aldığı pulu bu günə kimi borcdan yalnız 700 manat ödəmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə dair öz etiraz və mülahizəsini göndərməmişdir. Həmçinin Cavabdeh ilə telefon əlaqəsi saxlanılan zaman iddiaçıya 2000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən imzalanmış müqavilə nəzərə alınmaqla, Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-1850/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1850/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver