Məhkəmə qərarları › İş №2(021)-1857/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1857/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1857/2021 09.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul ” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3485 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun və ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 iyun 2020-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan özünə məxsus “VAZ2106” markalı, 09BT136 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri İ.Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək ona məxsus olan “Hundai Granduer”markalı, **-AA-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə cavabdeh tərəfindən ona məxsus “Hundai Granduer”markalı, **- AA-*** qeydiyyat nömrə nişanlı avtomobilə 6985 manat dəyərində ziyan dəymişdir. Bundan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar Bərdə rayon Polis Şöbəsinin istintaq Bölməsində araşdırılma aparılmış, Cavabdeh əməlində İXM-nin 332.4-cü maddəsinin tərkib hissəsinin olduğundan onun barəsində 31.08.2020-ci il tarixdə inzibati inzibati xəta haqqında porotokol tərtib edilərək aidiyyati üzrə Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 3(021) 907/2020 nömrəli qərarına əsasən Cavabdeh İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib 01 ay müddətinə inzibati həbs tətbiq edilmişdir. Avtomobilə dəymiş 6985 manat ziyanın 3500 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Lakin bu günə kimi ona dəymiş ziyanı ödəməmişdir. Dəfələrlə istəməsinə baxmayaraq, o, pulu verməkdən imtina edir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, qəza nəticəsində onun maşınına ziyan dəymiş və sığorta şirkəti tərəfindən qiymətləndirmə aparılaraq ona 3500 manat pul ödənilmişdir. Bu pul isə maşının təmirinə yetmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov Şahin Şəmil oğlu xx.xx.1951-ci ildə Bərdə rayonu Gərənə kəndində doğulmuş, həmin ünvanda qeydiyyatdadır. ünvan 2 Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli, 438 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Gərənə kəndində yaşayır. AD N 530574 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil “Brand Credit “Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. “Avtomobilə texniki nasazlıq və Baxış” fiziki şəxs X4 tərəfindən verilmiş 22 iyul 22020-ci il tarixli ilkin qiymətləndirmə Aktından görünür ki, "xxxx" BOKT MMC-yə məxsus olan “Hyundai Grandeur” minik markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilə 6985 manat ziyan dəymişdir. X2 məxsus avtomobilə dəymiş ziyan 5488 manat dəyərində qiymətləndirilmiş, quraşdırılma xərci ilə birlikdə cəmi 6888 manat təşkil etmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) 31 avqust 2020-ci il tarixli, 3(021)- 907/2020 saylı qərarından görünür ki, Cavabdeh oğlu İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. 23.09.2020-ci il tarixli, 59701 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, PGU- 201852 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 3740 AZN icbari zərər ödənişi "xxxx" BOKT MMC-yə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 18 iyun 2020-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan özünə məxsus “VAZ2106”markalı, 09BT136 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri İ.Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək “Hundai Granduer”markalı, **-AA-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə cavabdeh tərəfindən “Hundai Granduer” markalı, **-AA-*** qeydiyyat nömrə nişanlı avtomobilə 6985 manat dəyərində ziyan dəymişdir. X9 oğlu İXMin 332.4-cü maddəsi ilə təqsirli bilinib, Bərdə Rayon Məhkəməsinə verilmiş, barəsində 1 ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bundan sonra dəymiş ziyanı ala bilmədiyini bildirən İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyan hesabına 3485 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqiməsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərəborclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktıarasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hərhansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-in 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh istənilən davranışına görə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə, cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə iddiaçıya zərəri təqsirli olaraq vurması iş materiallarında olan 31 avqust 2020-ci il tarixli, 3(021)-907/2020 saylı qərarı ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan həmin qərarından görünür ki, Cavabdeh İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Eyni zamanda, həmin qərardan görünür ki, Cavabdeh törətdiyi əməli etiraf etmiş, törətdiyi əməldə özünü təqsirli bilmişdir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. Lakin, yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə iddia tələbində qeyd edilmiş məbləğə tənqidi yanaşır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki: AD N 530574 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Grandeur” minik markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. “Avtomobilə texniki nasazlıq və Baxış” fiziki şəxs X4 tərəfindən verilmiş 22 iyul 2020-ci il tarixli ilkin qiymətləndirmə Aktından görünür ki, "xxxx" BOKT MMC-yə məxsus olan “Hyundai Grandeur” minik markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilə 6985 manat ziyan dəymişdir. İddiaçıya məxsus avtomobilə dəymiş ziyan 5488 manat dəyərində qiymətləndirilmiş, quraşdırılma xərci ilə birlikdə cəmi 6888 manat təşkil etmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) 31 avqust 2020-ci il tarixli, 3(021)- 907/2020 saylı qərarından görünür ki, Cavabdeh oğlu İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun 47.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 47.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 47.1.2. əmlaka dəyən zərər üzrə 50.000 manat. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən görünür ki, sığortalının vurduğu fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, əmlaka dəyən zərər üzrə 50.000 manat sığorta ödənişi ödənməsi hüququna məxsusdur. Bu səbəbdən də, sığorta şirkəti tərəfindən İddiaçı 3500 manat ödənilmişdir. Bu hal, iddiaçının məhkəmə iclasında verdiyi izahatla da müəyyən edilir. Məhkəmə xüsusilə qeyd edir ki, əgər zərərin smetası daha artıq hesablansaydı Sığorta şirkəti tərəfindən həmin məbləğdə iddiaçıya ödənilmiş olacaqdı. Bu hüquq isə sığorta müqaviləsi bağlanan zaman siğortalının ən önəmli hüquqlarından biridir. Belə ki, sığortalının avtomobili tərəfindən başqalarına zərər vurulduğu zaman onun əvəzinə həmin məbləğ siğorta şirkəti tərəfindən ödənilir. Bu, “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun təməlini təşkil edir. Hazırki iş üzrə iddiaçı isə sığorta şirkəti tərəfindən zərər smetası çıxarılan və ona ödəniş edilən zaman hesablanmış məbləği mübahisələndirməmiş, heç bir etirazını bildirməmiş və həmin məbləği qeyd şərtsiz qəbul etmişdir. Belə olan halda, iddiaçı sığorta tərəfindən ona ödənilən məbləğə etiraz etməməklə cavabdehin həmin qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 47.1-ci maddəsinə əsasən sığortalının sığorta şirkətindən daha yüksək məbləğ almaq hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan ödənildikdən sonra iddiaçının cavabdehdən dəymiş ziyanın tutulmasını tələb etməsi yolverilməzdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar