Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1877/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əliyev Yusif Qaçay oğluna qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qaçay oğlundan «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6794.46 manat əsas, 6579.75 manat faiz, 1009.48 manat cərimə borcu və kredit müqaviləsi üzrə 07 avqust 2019-cu il tarixdən 09 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 542.55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14.926,25 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə də 0.0773 ha torpaq sahəsində yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərrə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı 31.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 29.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.0773 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.0773 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh1 Əzim qızının və Əliyev Yusif Qaçay oğlunun Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.0773 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Qaçay oğlunun həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 07 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 Əzim qızına "xxxx" İKB ASC-nin Bərdə filialından 120 ay müddətinə 16.800 manat və ya həmin məbləğin digər valyutalara ekvilalenti məbləğində kredit limiti ayrılmışdır. 07 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə 11.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 qızının mülkiyyətindəki Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.0773 ha torpaq sahəsi 07 avqust avqust 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reystrində qeydə alınmışdır. 07 avqust 2014-cü il tarixli kredit müqaviləsinin 10.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcminə cərimə hesablayıb, borcludan tələb edir. 2021-ci il martın 09-dək Cavabdeh1 Əzim qızının 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6794.46 manat əsas, 6579.75 maanat faiz, 1009.40 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14.383, 70 manat borcu vardır. Xəbrədarlıq edilməsinə baxmayaraq Əliyeva Nərgiz Əzim qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmşdir. Ərizə bu orqanda qeydə alınmışdır, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, banka olan borcunu tam ödəmişdir, kredit tam ödənildiyindən bank tərəfindən ipoteka ilə girov qoyulmuş Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.0773 ha torpaq sahəsinin yüklülükdən azad edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Ərazi İdarəsinə məktub göndərilmişdir, həmin məktubun surətini məhkəməyə təqdim edir, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan AZ-İ 846041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 05 noyabr 2016-cı ildə kəskin ürək çatışmamazlığı, şəkərli diabet xəstəliyindən ölmüşdür. Məhkəmə cavabdeh Cavabdeh2 Qaçay oğlunun izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Əzim qızına "xxxx" İKB ASCnin Bərdə filialından 120 ay müddətinə 16.800 manat və ya həmin məbləğin digər valyutalara ekvilalenti məbləğində kredit limiti ayrılmışdır. 07 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə 11.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 07 avqust avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Borcun təminatı olaraq, Cavabdeh1 qızının mülkiyyətindəki Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.0773 ha torpaq sahəsi 07 avqust avqust 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfəindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Ərazi İdarəsinə ünvanladığı 17 iyul 2021-ci il tarixli, 19/2736 nömrəli məktubun surətindən müəyyən olunur ki, Cavabdeh1 Əzim qızı Banka olan kredit borcunu İstehlak kredit bərpa Komitəsinin 15 iyul 2021-ci il tarixli qərarına əsasən güzəştli şərtlərlə ödədiyindən, Bərdə şəhəri, füzuli küçəsi ünvanında yerləşən 0.0773 ha torpaq sahəsi və onun üzərindəli 02 nömrəli fərdi yaşayış evi-daşınmaz əmlakı ipotekadan azad edilməsi və bu barədə banka rəsmi məlumat verilməsi göstərilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, 07 avqust 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Əzim qızına "xxxx" İKB ASC-nin Bərdə filialından 120 ay müddətinə 16.800 manat və ya həmin məbləğin digər valyutalara ekvilalenti məbləğində kredit limiti ayrılmışdır. 07 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə 11.000 manat məbləğində kredit götürmüşdür. 07 avqust avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə borcun təminatı olaraq, Cavabdeh1 qızının mülkiyyətindəki Bərdə şəhəri, Füzuli küçəsi 02, döngə 10-da yerləşən, 4 otaqlı, 131.5 kv.m ümumi, 102.2 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.0773 ha torpaq sahəsi 07 avqust avqust 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdehlər tərəfindən kredit borcu tam ödənildiyindən girov qoyulmuş daşınmaz əmlak yüklülükdən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Əliyev Yusif Qaçay oğlu tərəfindən banka olan borc tam ödənildiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əliyev Yusif Qaçay oğluna qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Əliyev Yusif Qaçay oğluna qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1877/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1877/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver