Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-188/2021 09.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin__ nümayəndəsi X3 _ Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019cu il tarixli 0402-105053-01 saylı kredit müqaviləsinə əsasən 1777,10 manat əsas, 469,10 manat faiz, 36,10 manat cərimə, 30 manat məbləğində dövlət rüsumunun, Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün çəkilmiş 11 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2312,30 manat borcun Cavabdeh “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 27.08.2019-cu il tarixdə “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında 0402- 105053-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 49,90% faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində əsas borcu 1777,10 manat, faiz borcu 469,10 manat və cərimə borcu 36,10 manat olmaqla, ümumilikdə 2282,30 manat borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə caabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəməmühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4443 saylı 22 iyul 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli 0402-105053-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 23 iyul 2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka 1788,16 manat əsas, 555,20 manat faiz, ümumilikdə 2343,36 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2019-cu ilin avqust ayında “X6 Olmayan Kredit Təşkilatı” MMC-dən 2000 manat məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan ödəniş edə bilməmişdir. Sonradan bank tərəfindən telefonuna sms göndərilərək onun ödəniş cədvəli üzrə ödənişinin vaxtı başqa vaxta keçirilmişdir. Bankla əlaqə saxlamış, ona bildirmişlər ki, müqavilə dəyişdirilmişdir. Lakin bununla bağlı ona heç bir sənəd verilməmişdir. Lakin onun həmin müqavilədən məlumatı olmamış, heç bir müqaviləyə imza etməmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş 0402-105053- 01 saylı 27.08.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, «X6 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh 18 ay müddətinə illik 49.90% ödəmək şərtilə 2000 manat məbləğdə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçünyəni biznes məqsədi üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 iyul 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 0402-105053-01 saylı kredit müqaviləsi üzrə 23.07.2020-ci il tarixə 1777,10 manat əsas, 469,10 manat faiz, 36,10 manat cərimə borcu vardır. İş materiallarında olan 24 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbi barədə sonuncu xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borc məbləğini bu xəbərdarlığı aldıqdan sonra dərhal ödəməsi tələb edilmiş və kredit müqaviləsinə 2 (iki) iş günü ərzində xitam verilməsi tələb edilmişdir. Əks halda Təşkilat Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bağlanmış 0402-105053-01 nömrəli 25.11.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun, o cümlədən, ödənilməyən əsas borcu, hesablanmış faiz borcunu, hesablanmış cəriməni və məhkəmə xərclərini ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 06.08.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı «X6 Olmayan Kredit Təşkilatı» MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «X6 Olmayan Kredit Təşkilatı» MMC-dən 2000 manat məbləğində kredit götürmüş, 23 iyul 2020-ci il tarixə banka ödənilməmiş 1777,10 manat əsas, 469,10 manat faiz, 36,10 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4443 saylı 22 iyul 2021-ci il tarixli rəyində cavabdehin 1788,16 manat əsas, 555,20 manat faiz borcu olduğu qeyd edilsə də iddiaçı iddia ərizəsində cavabdehdən 1777,10 manat əsas və 469,10 manat faiz borcu tələb etdiyindən məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulmasına dair hissəsininin iddia ərizəsinə uyğun qaydada təmin edilməsini əsaslı hesab etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 2000 manat məbləğində kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 1777,10 manat əsas, 469,10 manat faiz, 36,10 manat cərimə borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1777,10 manat əsas, 469,10 manat faiz və 36,10 manat cərimə borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh iddianı qəbul etməsə də 27 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1777,10 manat əsas, 469,10 manat faiz və 36,10 manat cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1777,10 manat əsas kredit borcu, 469,10 manat faiz borcu, 36,10 manat məbləğində cərimə borcu qalması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün çəkilmiş 11 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X6 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 iyul 2021-ci il tarixli 9/4443 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1777,10 manat əsas, 469,10 manat faiz, 36.10 manat cərimə, 30 manat məbləğində dövlət rüsumu, Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və Məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün çəkilmiş 11 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2312.30 (iki min üç yüz on iki manat otuz qəpik) manat tutulаrаq iddiaçı «X6 Olmayan Kredit Təşkilatı» MMC xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-188/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-188/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver