Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-188/2024 11.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 11 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1ində yaşayan Cavabdeh əmlakına qəsdən vurduğu ziyana görə 35 665 manat pulun və ödənilmiş 197 manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1ində 10.72 ha və 6.8082 ha torpaq sahələri vardır. Qeyd etdiyi 6.8082 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmış seriya RX ******* saylı, 10.72 ha torpaq sahəsinə isə xx.xx.2015-ci il tarixdə ********** nömrəsi lə qeydiyyata alınmış seriya RX ******* saylı çıxarışlar verilmişdir. O həmin torpaq sahələrində ailə dolanışığını təmin etmək üçün pambıq əkini ilə məşğul olur. Pambıq əkini ilə məşğul olduğu üçün isə "xxxx" MMC-ilə 05/23-99 saylı müqavilə bağlamışdır və Bərdə rayonunda yerləşən Pambıq zavodu ilə razılaşaraq əkdiyi pambığı onlara satır. Lakin cavabdeh kimi qeyd etdiyi Cavabdeh isə sahəsinə su qoşmuşdur və nəticədə əkdiyi pambıqlar məhv olmuşdur. Bu barədə "xxxx" MMC-nin Bərdə filialı 09 iyun 2023-cü il tarixdə akt tərtib etmişdir. Aktdan da göründüyü kimi, əkin apardığı 7 ha pambıq sahəsinin 5 hektarında pambıq səpini aparılmış, səpin aparılmış 5 ha sahənin 0.30 hektarını su basması nəticəsində bitişin alınmaması müəyyən edilmişdir. Həmçinin sahənin su basması nəticəsində heç bir aqrotexniki işlər görmək mümkün olmamışdır. Əkin aparılmış 7 ha sahənin 3 hektarında şum aparılmasına baxmayaraq həmin şumlanmış 2 ha sahənin 0.25 hektarını su basaraq göl əmələ gəlmiş və ona görə həmin sahəsə pambıq səpini aparmaq mümkün olmamışdır. Cavabdeh bunu qəsdən və bilərəkdən etmişdir. Əkinini məhv etmişdir. İstəyi isə onun o torpağı tərk etməyidir. O bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Polis şöbəsində şikayət ərizəsinə baxılaraq mülki iş üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Bərdə rayon İcra Hakimiyyətinin vermiş olduğu məktubda 7 ha torpaq sahəsinə aqrotexniki qaydalara əməl etməklə 1 ha torpaq sahəsindən 30-35 sentner məhsul götürmək olduğunu, bir kq pambığın satış qiymətinin 0.97 qəpik olduğunu və 1 ha torpaq sahəsinə çəkilən xərcin 1600-1700 manat olduğunu bildirmişdir. Buradan da görünür ki, 7 ha torpaq sahəsinə çəkilən xərc 1700 manat olmaqla 11 900 manat, 7 ha torpaq sahəsindən 35 sentner olmaqla 245 sentner pambıq sahəsi çıxılarsa, 3500 sentner 0.97 qəpikdən 7 ha olaraq hesablanarsa 23 765 manat təşkil edir. 23 765+11 900 manat ziyanlıq cəmi 35 665 manat təşkil edir. Bu vaxta gədər hər səfərində cavabdehdən dəymiş ziyanı olan 35 665 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, hər səfərində cavabdeh verməkdən imtina etmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 qeyd etdi ki, Bərdə rayonu Məmmədli kəndində su bölgüsünə o nəzarət edir. Cavabdeh səhlənkarlığı nəticəsində İddiaçı sahəsini su basmamışdır. Əlavə olaraq qeyd edib ki, İddiaçı sahəsinin yanından kanal keçir və həmin kanalın aşması nəticəsində əvəllər də onun sahəsini dəfələrlə su basmışdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953cü ildə Bərdə rayonunda anadan olmuşdur Bakı şəhəri, Suraxanı Rayonu,Yeni Günəşli Y/M "D" Massivi,18,54 qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 10.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyun 2015-ci il tarixli AA seriyalı 00420 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 6.8082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-68/2-24486 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC Bərdə filialının fermeri İddiaçı 05/23-99 nömrəli müavilə üzrə aparılmış 7 ha pambıq sahəsinə baxış keçirilən zaman bəzi nöqsanları aşkar etmişlər. Əkin aparılmiş 7 ha sahənin 5 hektarında pambıq səpini aparılmışdır. Səpin aparılmış 5 ha sahənin 0.30 hektarını su basması nəticəsində bitişin almaması müəyyən edilmişdir. Həmçinin sahənin su basması nəticəsində heç bir aqrotexniki işlər görmək mümkün olmamışdır. Əkin aparılmış 7 ha sahənin 2 hektarında şum aparılmasına baxmayaraq həmin şumlanmış 2 ha sahənin 0.25 hektarını su basaraq göl əmələ gəlmiş və ona görə həmin sahədə pambıq səpini aparmaq mümkün olmamışdır. Bərdə Rayon İcra hakimiyyətinin Başçısının aparatının 07 iyul 2023-cü il tarixli 3/539 nömrəli məktubundan görünür ki, Bərdə rayonu Məmmədli kəndində yerləşən 7 (yeddi) ha torpaq sahəsinə aqrotexniki qaydalara düzgün əməl edilərək 1 ha çəkilən xərc 1600-1700 manat olmaqla, həmin pambıq sahəsindən 30-35 sentner məhsul götürülə bilər. Hazırda pambığın bir kiloqramının satış qiyməti 0.97 manatdır. Bərdə Rayon Məhkəməsnin xx.xx.2023-cü il tarixli 2(021)-3218/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinn 29 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/1731-9/9869 nömrəli məktubdan görünür ki, təyin edilmiş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-188/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Bərdə Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli 2(021)-188/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmışdır. Mütəxəssis rəyi məhkəməyə təqdim olunması Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə olunmuşdur. Bərdə Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli 2(021)-188/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmışdır. Mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə tapşırılmıışdır. Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2160/2024 məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə qərardadında mütəxssis qarşısında qoyulmuş sualların cavablandırılması, ərazi idarəsinin səlahiyyətləri xaricindədir və bu səbəbdəndə sualların cavablandırılması mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 001/613 nömrəli rəyindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)-188/2024 saylı qərardadına əsasən Bərdə rayonu Məmmədli kənd sakini İddiaçı məxsus torpaq sahəsində pambıq əkini ilə bağlı çəkilən xərc və məhsuldarlıq barədə “P-Aqro" MMC-nin Bərdə filialında 2023-cü ildə 1850 ha sahədə pambıq əkini həyata keçirilmişdir. Bir hektardan filial üzrə orta məhsuldarlıq 24 sentner olmuşdur. Bir hektara orta hesabla şirkət tərəfindən çəkilən xərc 1662 AZN olmuş, bir kq xam pambığın satış qiyməti 1-ci növ üzrə-0.80 AZN, 2-ci növ üzrə-0.78 AZN. 3-cü növ üzrə-0.74 AZN. 4cü növ üzrə-0.70 .AZN. 1 kq kondisiya çəkidə təhvil verilən xam pambığa görə verilən subsidiya isə 0.19 AZN təşkil etmişdir. Fermer ünvan 1 sakini İddiaçı ilə "xxxx" MMC-nin Bərdə filialı arasında bağlanmış 05/23-99 nömrəli xx.xx.2022- ci il tarixli müqavilə əsasında 8 ha sahədə pambıq əkini həyata keçirilmişdir. Şirkət tərəfindən 8 ha sahəyə ümumilikdə 8280.30 manat dəyərində aqrotexniki işlər görülmüş, toxum, gübrə və pestisid verilmiş, avans ödənilmişdir. Orta hesabla bir hektara 1035.04 manat maliyyə xərci çəkilmişdir. “P-Aqro" MMC-nin Bərdə Filialı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan göründüyü kimi fermer İddiaçı sahəsini su basmış, bunun müqabilində şirkətə 6987.09 manat dəyərində kondisiya çəkidə 8762.89 kq xam pambıq təhvil verilmiş, məhsuldarlığı isə hər hektardan 12 sentner olmuşdur. Cəmiyyət üzrə orta məhsuldarlığın hər hektardan 24 sentner olduğunu nəzərə alsaq fermer İddiaçı dəymiş zərər hər hektardan 12 sentner təşkil edər. İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh tərəfindən ziyan vurulması barədə "xxxx" MMC-ə rəsmi məlumat daxil olmamışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh tərəfindən ona vurulmuş maddi zərəri sübuta yetirə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləlliklə, İddiaçı mülkiyyətində olan torpaq sahəsində pambıq zəmilərinə Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində zərər vurulması iş materiallarına əsasən sübut olunmadığından iddia təmin olunmamalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin koordinat, sxem-cizgi və yerləşmə yerinə nəzər salarkən də vizual baxımdan suyun məhz cavabdeh tərəfindən axıdılması ağlabatan deyildir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin.
2. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
3. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci onun özünə aid edilsin.
4. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev