Məhkəmə qərarları › İş №2(021)-1883/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1883/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1883/2024 18.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə 18 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz ) manat pulun və iddia qaldırılması üçün ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə işlədiyi avtoyuma sexində tanış olmuşdur. Cavabdeh özünə məxsus “Volksvagen Jetta” markalı avtomobili yudurdarkən həmin avtomobili satdığını bildirmişdir. Həmin avtomobili Cavabdeh 3500 manata satın almışdır. Həmin avtomobilə görə Cavabdeh 1500 manat nağd pul ödəmişdir, borclu qaldığı iki min manat pulu isə hər ay 170 manat məbləğində olmaqla ödəyəcəyinə cavabdehə söz vermişdir. Cavabdehlə qarşılıqlı razılığa gəliblər ki, 1 ay ərzində avtomobildə nasazlıq olarsa həmin avtomobili geri qaytaracaq və ödədiyi pulu cavabdeh tərəfindən ona geri qaytarılacaqdır. Həmin avtomobildə nasazlıq olduğu üçün cavabdehə zəng vuraraq avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh təxminən 2023-cü ilin dekabr ayında həmin avtomobili ondan geri almış və avtomobili təmir edərək ona qaytaracağına söz vermişdir. Lakin sonradan ona bildirdi ki, avtomobili sataraq ona borclu olduğu 1500 manat pulu tezliklə qaytaracağına söz vermişdir. Cavabdeh borclu qaldığı pulu dəfələrlə geri qaytarılmasını tələb etmişdir, lakin bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Bərdə rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Cavabdeh izahatında ona borclu olduğu 1500 manat pulu tam etiraf etmişdir. Keçən müddət ərzində cavabdeh müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qeri qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət sorğunun nəticəsindən görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 aprel 2024-cü il tarixli 197 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Zümürxan kəndində qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Babayev X2 Məhəbbət Nadir oğluna 99KL970 qeydiyyat nişanlı X5 nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2024-cü il tarixədək etibar etmişdir. Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X1 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-542 saylı material üzrə Cavabdeh müraciəti əsasında toplanmış HK-1/542 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Cavabdeh və İddiaçı qarşılıqlı pul tələbi ilə bağlı olan xüsusatlarla əlaqədar xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Qəbul edilmiş qərarın surəti Cavabdeh və İddiaçı göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan respublikası CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Bərdə RPŞ-nin materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024cü il tarixli ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı tərəfindən ona 1500 (bir min beş yüz) manat pul vəsaitinin verildiyini etiraf etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar