Məhkəmə qərarları › İş №2(021)-1886/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1886/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1886/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Allahverdi oğlu Ələkbərovun sədrliyi, Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(021)-1886/2021 nömrəli qərardadından Cavabdeh2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçıASC-nin xeyrinə 31 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 10.739,03 manat əsas, 2565,14 manat faiz, 708,88 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14.013,05 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(021)-1886/2021 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(021)-1886/2021 saylı qərardadının ləğv edilməsinə və işə Bərdə Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 31 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 10.739,03 manat əsas, 2565,14 manat faiz, 708,88 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14.013,05 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 A saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə tutma yönəldikdə və o satiqldıqdan 1 ay sonra Cavabdeh2 digər şəxslərin Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2018-ci il 31 oktyabr tarixli, Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASCnin “Bərdə” filialından 120 ay müddətinə 60.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 31 oktyabr tarixli, kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 illik 20%-lə 36 ay müddətinə 15.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə şəhəri, Hüseyn Cavid küçəsində, 3 otaqlı, 188.7 kv.m ümumi, 62.4 kv.m yaşayış sahədən ibarət 28 “A” saylı ünvanında yerləşən fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi 2018-ci il 31 oktyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh3 ilə 2018-ci il 31 oktyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 31 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən gecikdirilən gündəni gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0.15 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 19-dək Cavabdeh1 2018-ci il 31 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 10.739,03 manat əsas, 2565,14 manat faiz, 708,88 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14.013,05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(021)-1886/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nə onun, nə də digər cavabdehlərin VÖEN-i yoxdur. Nəzərə alınsa ki, maddi cəhətdən onsuz da acınacaqlı vəziyyətdədirlər, onda hazırki işin Bərdə rayonundan Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi onların vəziyyətlərini pis təsir edəcək. Əgər onun və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 VÖEN-i yoxdursa və vergi ödəyicisi deyillərsə, onda işin kommersiya məhkəməsinə göndərilməsi qanunsuzdur. Məhkəmə, Cavabdeh2 şikayətini və iş materiallarını müzakirə edərək hesab edir ki, Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(021)-1886/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 31 oktyabr 2018-ci il tarixli 12-BİZ- 1-0-54-18 saylı baş kredit müqaviləsinə və eyni nömrəli və tarixli kredit verilməsinə dair razılaşmaya əsasən kredit müqaviləsi fərdi sahibkar Cavabdeh1 ilə bağlanmışdır və həmin müqavilələrə əsasən ”Nikoyl” İKB ASC tərəfindən fərdi sahibkar Cavabdeh1 36 ay müddətinə illik 20% olmaqla heyvandarlıq məqsədi ilə 15000 manat məbləğində kredit verilmişdir. İddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Müqavilənin özündən müəyyən olunur ki, kredit müqaviləsi fərdi sahibkar Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmışdır. Kredit isə heyvandarlığın inkişafı məqsədilə verilmişdir. Bundan əlavə vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh1 11 saylı Ərazi Vergilər Baş idarəsində vergi ödəyicisi kimi ********** saylı VÖEN qeydə alınmışdır. Ona görə də verilmiş şikayət əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 269.2-ci və 269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 403-1.5-ci maddəsinə görə şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, Cavabdeh2 şikayəti təmin edilmədiyindən bu şikayət baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutuaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(021)- 1886/2021 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar