Məhkəmə qərarları › İş №2(021)-189/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-189/2024

04.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-189/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X12 iclas kаtibliyi, İddiaçı və vəkili X8 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Bərdə rayon Sərkarlar Bələdiyyəsinə, Cavabdeh və X13 qаrşı “qovaq ağaclarının kəsilməsi və maneələrin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X7 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh X14 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və həyətyanı sahəsinə bitişik, çəpər yerində həyətyanı sahə boyu əkilmiş qovaq ağaclarının kəsilib götürürülməsinə dair qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddiаçı İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Sərkarlar kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh X14 onun yaxın qonşusudur, onun həyətyanı sahəsi ilə cavabdehin həyətyanı sahəsi yanaşadır, həyətlərinin arasından tikanlı koldan çəpərə çəkilmişdir. Lakin hazırda çəpər dağılmış vəziyyətdədir. Belə ki, cavabdeh Səbinə Vəliyeva həyətyanı sahələri ayıran çəpərənin içərisində sıra ilə bütün həyətyanı sahə boyu çoxlu qovaq ağacları əkmişdir. Hazırda həmin qovaq ağaclarının hündürlüyü 10-20 metr və bəlkə də daha hündürdür. O, öz həyətyanı sahəmin ətrafında səliqəli çəpərə düzəldə bilmir. Bundan əlavə cavabdehin əkdiyi həmin qovaq ağacları artıq həddindən artıq böyüdüyünə görə onun həyətyanı sahəsinə kölgə salır, ağaclardan tökülən yarpaqlar həmin hissədə əkdiyi bitkilərin üzərinə töküldüyü üçün məhsul yığa bilmir və bunun nəticəsində həyətyanı sahəsində zəruri bitkilər, yaxud tərəvəz bitkiləri əkib-becərə bilmir. Həmçinin S.Vəliyevanın çəpərənin içərisində əkdiyi qovaq ağacları kövrək olduğu üçün hər an aşmaq və onlara ziyanlıq vurmaq təhlükəsi vardır. O da dəfələrlə Səbinə Vəliyeva həyətyanı sahələrin arasında əkdiyi qovaq ağaclarını kəsib götürməsini, bunun əvəzində həyətləridə meyvə ağacları, yaxud tərəvəz-bostan məhsulları əkib-becərməsinə imkan verməsini xahiş etmişdir. Ancaq sonuncu ona məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir. Odur ki, cavabdehin həyətyanı sahəsinə bitişik qovaq ağacları əkməsi və həmin ağacları kəsib götürməməsi nəticəsində qarşılıqlı hörmət göstərmir və birgə yaşayış qaydalarını pozur. Belə ki, Səbinə Vəliyeva tərəfindən həyətinə bitişik əkdiyi qovaq ağacları hər zaman onların aramızda mübahisə yaranmasına səbəb ola bilər. Cavabdeh Səbinə Vəliyeva öz bildiyini edir, onun xəbərdarlıqlarına məhəl qoymur və öz hərəkətlərini davam etdirməklə qonşuluq münasibətlərini pozur. Odur ki, onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Daha sonra iddiаçı İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən nəhkəməyə ərizə təqdim edərək, Bərdə rayon Məhkəməsinə «cavabdeh X14 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və həyətyanı sahəmə bitişik çəpərə yerində həyətyanı sahə boyu əkilmiş qovaq ağaclarının kəsilib götürülməsinə» dair məhkəmə aktı çıxarılması tələbi ilə iddia ərizəsi vermişdir. Lakin düzgün olmayaraq iddia ərizəsinin tələb hissəsində «cavabdeh X14 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və həyətyanı sahəsinə bitişik çəpərə yerində həyətyanı sahə boyu əkilmiş qovaq ağaclarının kəsilib götürülməsinə» dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də ərizə tələbini dəqiqləşdirib bildirir ki, iddia tələbi təmin edilərək, “cavabdeh X14 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və həyətyanı sahəsinə bitişik çəpərə yerində həyətyanı sahə boyu əkilmiş qovaq ağaclarının cavabdeh tərəfindən kəsilərək götürülməsinin sonuncuya həvalə edilməsi» barədə qətnamə çıxarılması kimi oxunmalıdır. İddia tələbinin təmin olunaraq, <<cavabdeh X14 tərəfindən qonşuluq hüququnun pozulmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və həyətyanı sahəmə bitişik çəpərə yerində həyətyanı sahə boyu əkilmiş qovaq ağaclarının cavabdeh tərəfindən kəsilərək götürülməsinin sonuncuya həvalə edilməsinə dair qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Daha sonra iddiаçı İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh X5 əsl cavabdehlər Bərdə rayon Sərkarlar Bələdiyyəsi, Cavabdeh və X19 ilə əvəz edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-189/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7 qarşı «qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-189/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7 qarşı «qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması» tələbinə dair mülki iş üzrə cavabdeh X14 əsl cavabdehlər Bərdə rayon Sərkarlar Bələdiyyəsi, Cavabdeh və X19 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X25 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Bərdə rayon Sərkarlar Bələdiyyəsinə, Cavabdeh və X13 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirkak eddən şəxsləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Sərkarlar kəndində qeydiyyatdadır. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Sərkarlar kəndində 0,80 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,40 kv.m olan fərdi yaşayış evi X9, İddiaçı, X2, X15 və X16 ümumibirgə mülkiyyətindədir. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********94-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Sərkarlar kəndində 0,80 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,40 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti X17r. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Sərkarlar kəndində 0,6374 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3, X5 və X6 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlаvə edilmiş Bərdə rayonun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi ndən görünür ki, Bərdə rayonu Sərkarlar kəndində yaşayan X10, X14 və X18 Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 21 yanvar 2012-ci il, 111 saylı arayışına və 15 dekabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********35- 10301 reyestr nömrəsindən çıxarışı əsasında onlara məxsus olan və Bərdə rayonu Sərkarlar kəndində 0.65 torpaq sahəsində yerləşən, 1967-ci ildə tikilmiş, 4 (dörd) otaqlı, 145.2 kv.m ümumi, 89 kv.m yaşayış, 56.2 kv.m yardımçı sahəsi olan yaşayış evini həyətyanı tikililəri ilə birlikdə - X13 bağışlamışdırlar. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2012-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Sərkarlar kəndində 0,6374 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X11 xüsusi mülkiyyət növü ilə tam mülkiyyətindədir. Mülki işə əlаvə edilmiş Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Sərkarlar kəndində 0,80 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,40 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti X17r. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X28 Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, idarənin bitkiçilik sektorunun böyük məsləhətçisi göstərilən həyatyanı sahələrə baxış keçirmişdi və müəyyən olunmuşdur ki, həqiqətən də şikayətçi İddiaçı həyatyanı sahəsinə ona qonşu olan X4 həyətyanı torpaq sahəsində əkilmiş qovaq ağaclarından düşən kölgə və yerə tökülən yarpaqlar tərəvəz və bostan bitkilərinin inkişafına mane olur. Bu da öz növbəsində həmin sahədə aparılan əkinə ciddi ziyan vurur və məhsuldarlığı aşağı salır. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3229/2023 saylı mülki işi üzrə İddiaçı cavabdeh X7 qarşı "qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(021)- 3229/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, TEKUİS məlumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla X9 və ailə üzvlərinin ümumbirgə mülkiyyətlərində olan Bərdə rayonu Sərkarlar kəndində 0.80 ha torpaq sahəsi ilə qonşu olan cavabdeh Vəliyeva Səbinə İsmayıl qızının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sərhəddində əkilmiş qovaq ağacları, kompleks yerquruluşu layihəsinə əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-14A nömrəli şəhadətnamədən, normadan artıq qalan və faktiki istifadə etdiyi 89BB nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində əkilmişdir. TEKUİS melumat bazasına əsasən ********** qeydiyyat nömrəli çıxarışla X9 və ailə üzvlərinin ümumbirgə mülkiyyətlərində olan Bərdə rayonu Sərkarlar kəndində 0.80 ha torpaq sahəsi ilə qonşu olan cavabdeh X5 faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla X11 mülkiyyətinə verilmişdir. Mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı ilə cavabdeh X1 rayonu Sərkarlar kəndində qonşu torpaq sahələrində yaşayırlar. Tərəflərin qonşuluq ara sərhədlərini tikanlı kollar ayırır. Həmin kolların üzərində 20-25 ədəd qovaq ağacları mövcuddur ki, bu ağaclar iddiаçı İddiaçı torpaq sahəsinə kölgə salır. İddiaçı iddia edir ki, bu ağaclar həyətində kənd təsərrüfatı məhsullarının inkişafına mane olur. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, həmin ağacların yerləşdiri ərazi əslində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Belə ki, cavabdeh X19 öz torpaq sahəsindən artıq sahə istifadə edərək Bələdiyyə mülkiyətini də zəbt etmişdir. Digər Cavabdeh isə qardaşı olan cavabdeh X11 torpaq sahəsində yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşayır ki, ağacların kəsilməsinə bir başa müdaxilə edir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 1 3 - c ü mаddəsinə əsаsən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 2 9 - c u mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə qeyd edir ki, ağacların kəsilməsi ilə bağlı iddiaçı ilk olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq İdarəsinə mürciət etməlidir. Onların razılığını ala bildikdən sonra Bələdiyyə ilə birlikdə kəsimi həyata keçirə bilər. Hazırkı halda belə bir razılığın olması müəyyən olunmur. Belə razılıq əldə edildikdən sonra digər cavabdehlərin müdaxiləsi olarsa məhkəməyə müraciət edilə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manaat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Bərdə rayon Sərkarlar Bələdiyyəsinə, Cavabdeh və X13 qаrşı “qovaq ağaclarının kəsilməsi və maneələrin aradan qaldırılması ” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar