Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1890/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31 dekabr 2023-cü il tarixində Ağsu şəhərindəki heyvan satışı bazarında onlardan nisyə olaraq aldıqları hər birinin dəyəri 150 manat olmaqla 20 baş qoyun heyvanlarına görə cəmi 3000 (üç min) manat verməli olduğu puldan qalan 2500 (iki min beş yüz) manat pulun alınıb onlara verilməsinə və cavabdeh danışıqlarına görə vaxtında onlara 3000 (üç min) manat pulu qaytarmadığına görə və bununla da mayaları əldən çıxıb həmin müddətdə 800 (səkkiz yüz) manat qazanc əldə edə bilmədiklərindən 800 manat pulun ondan alınıb verilməsinə və məhkəmə rüsumu üçün ödədikləri 50 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar olaraq onlar İddiaçı1 və İddiaçı2 Ağsu şəhərinin cənub qırağında yerləşən heyvan satışı bazarında şərikli olaraq xırda buynuzlu heyvanların alveri ilə məşğul olurlar, yəni elə orada alıb satırlar. Onlar bazar günlərində alatoranlıq zamanı həmin bazara gəlib satışa gətirənlərdən qoyun heyvanlarını alırlar, Bakıdan gələn alıcılara və ya gec gələnlərə bir az artıq qiymətə satıb qazancları ilə dolanırlar. Orta hesabla hər bazar günü hərəsinin 100(yüz) manat qazancları olur. Cavabdeh ilə 2023-cü ilin noyabr ayının əvvəllərində həmin bazarda tanış olmuşlar. Özünün deməsinə görə faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindəki “Nargilə” kafesinin yaxınlığında yaşayır. Faktiki yaşadığı ünvanı onun Ağsu rayon polis şöbəsində verdiyi izahatdan götürmüşlər, lakin Bərdə rayonundan olduğunu demişdi. Aldığı heyvanları Bakı şəhərinə aparmasını deyirdi, orada kimə neçəyə satması haqqında bilmirlər. Onlar ona təxminən 3 dəfə ayrı-ayrı bazar günlərində və hər dəfə 15-20 baş qoyun heyvanlarını satmışlar. Heyvanları onun təklifinə görə nisyə verirdilər və həftənin 6cı günü, yəni bazar günündən qabaqkı günü zəngləşməklə gəlib axşam çağı həmin mal bazarının yanında pullarını sayıb verirdi. Bazar günü heyvan alıb topalaya biləndə gəlib onlardan alırdı. Beləliklə, onlarda cavabdehə qarşı inam yaratmışdı. Axırıncı dəfə onunla alverləri 31 dekabr 2023-cü ildə olan bazar günü olmuşdur. Onlar cavabdehə 10 baş qoyun heyvanı danışıb hər biri 150 manat hesabı ilə nisyə olaraq 1500 (bir min beş yüz) manata razılaşıb verdilər. O təklif etdi ki, 10 baş qoyunlar da tanış- bilişlərdən alıb ona nisyə verələr ,zamin kimi onlar olsunlar, pulunu gətirib onlara verəcəkdir. Odur ki, orada elə heyvan alveri ilə məşğul olan Qalibin qardaşı Elməddin Əsgər oğlundan 5 baş qoyun və onun qardaşı X2 da 5 baş qoyun heyvanlarını onlar iddiaçılar zamin duraraq alıb cavabdehə hər birini 150 manat hesabı ilə, cəmi 1500 (min beş yüz) manata nisyə qoyun verdilər. Bildirirlər ki, Elməddin və Azif cavabdehi tanımırdılar, lakin heyvanları cavabdehə verilməsini görüb bildilər. Hazırda onlar heyvanlarının cavabdehə tərəflərindən verilməsinə görə 1500 manat pulu onlardan tələb edirlər. Danışıqlarına görə ona verdikləri 20 baş qoyun heyvanlarına görə növbəti həftənin 6-cı günü gəlib Ağsu şəhərində iddiaçılara 3(üç) min manat pullarını cəm halında verməli idi. Lakin bundan sonra bir ay gəlmədi, zənglərinə telefonu açmadı. Bundan sonra bu haqda Ağsu rayon polis şöbəsinə şikayət ərizəsi verdilər. Şikayət etməkləri haqqında məlumatı bilib Qalibin kartına 500 manat pul göndərdi. 2500 manat pul isə qaldı, göndərmədi. Pul göndərilən günün sabahı günü cavabdehi polis işçiləri Bakı şəhərindən şöbəyə gətirdilər və onları da dəvət etdilər. Onlardan izahat alındı. 15 fevral 2024-cü ildə Polis şöbəsində cavabdeh təhqiqatçının otağında və onların yanında öz xətti ilə iltizam yazıb verdi və iltizamda 2350 (iki min üç yüz əlli) manat borcunu onlara 23 mart 2024-cü il tarixə kimi ödəyəcəyinə söz verdiyini göstərmişdir. Hansı ki, həmin iltizamı da ərizəyə əlavə edirik. Cavabdeh onlara maddi və mənəvi zərər vurmuşdur. Mayaları əllərindən çıxmışdır, əgər çıxmasa idi hər həftə hər biri 100 manat qazanc əldə edəcəkdilər. Bununla da iki ay ərzində hər biri azı 400 manat olmaqla cəmi 800 manat qazanc itirmiş olmuşlar. Ona görə də cavabdehdən 2500 manat pulu və 800 manat itirdikləri qazancın verilməsini tələb edirlər. Əlavə onu da göstərirlər ki, cavabdeh özü Ağsu şəhərinə “BM” markalı maşınla gəlirdi, heyvanları da aparmaq üçün əlavə olaraq yük maşını gətirirdi. Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər İddiaçı2 və Cavabdeh məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu ildə Ağsu rayonu, Çarpalı kəndində anadan olmuşdur. Ağsu rayonu, Çaparlı kəndində yaşayır. AA ******* Fin xxxxxxx seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, İddiaçı2 xx.xx.1985-ci ildə Ağsu rayonu, Çarpalı kəndində anadan olmuşdur. Ağsu rayonu, Çarpalı kəndində yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırılması üçün 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ağsu rayon Polis Şöbəsinin TQ-nin təqiqatçısı, polis kapitanı X5 tərəfindən icraatında araşdırılan HK-1/106 saylı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 22 fevral 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki Ağsu rayon Polis Şöbəsinin TQ-nin təqiqatçısı, polis kapitanı X3 tərəfindən icraatında araşdırılan HK-1/168 saylı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 15 fevral 2024-cü il tarixli yazılı iltizamdan görünür ki, “Mən 1984-cü il təvəllüdlü Cavabdeh bu iltizamı imzalayıram ondan ötrü ki, İddiaçı1 olan 2350 manat pul borcumu hər həftənin altıncı gününə kimi 500 manat ödəməklə 23 mart 2024-cü il tarixə kimi ödəyəcəyimə söz verirəm. Sözümə əməl etməsəm məsuliyyətə cəlb ediləcəyim mənə izah olundu. İmza Cavabdeh” İşdə olan Ağsu RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvAfil olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvAfil surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvAfil surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırda yaranmış borc məbləği tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvAfil tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasını sübut edilməsidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ona görə belə qənaətə gəlir ki, iş materiallarında olan 15 fevral 2024-cü il tarixli cavabdehin öz əlyazması ilə verilmiş iltizamdan, həmçinin polis şöbəsində verdiyi izahatında cavabdehin iddiaçıya heyvan alqı-satqısı nəticəsində 2350 manat borcunun olduğu etiraf edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 2350 manatlıq hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, qalan hissə ilə bağlı pulun tutulması əsaslandırılmayıb və mötəbər sübutlar iş materiallarına əlavə edilməyib. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 40 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2350 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1890/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1890/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver