Məhkəmə qərarları › İş №2(021)-1891/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1891/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1891/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı maddi ziyan tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabadeh X3, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin idda üzrə İddiaçı qarşı pul tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı maddi ziyan tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabadeh X6, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin idda üzrə İddiaçı qarşı pul tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 21 avqust 2021-ci il tarixdə saat 17 radələrinə Bərdə rayonu Alpoud kəndi ərazisində bir baş atı nəzarətsiz qoyduğundan at asfalt yola çıxaraq onun idarə etdiyi avtomobilə çırpılmışdır. Nəticədə avtomobilinə xeyli məbləğdə ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ilkin qiymətləndirilmə aktında öz əksini tapmışdır. Bundan sonra Bərdə Rayon DYPB-nin yol patrul xidmətinin əməkdaşı X7 tərəfindən X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinin tərkib hissəsi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, 23 avqust 2021-ci il tarixli qərarla Ş.Rəhimli 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin təqsiri nəticəsində avtomobilinə 580 manat məbləğində maddi ziyan vurulmuşdur. X2 vurulmuş maddi ziyanın ödənilməsini tələb etməyinə baxmayaraq o, həmin maddi ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məcbur qalıb, məhkəmədə iddia qaldırmalı olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 avqust 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Bərdə rayonu Alpoud kəndində yenicə aldığı bir baş at ilə hərəkət edərkən İddiaçı da öz avtomobili ilə yolla hərəkət edirmiş, həmin vaxt İddiaçı yolda avtomobili ilə onun atına dəymiş və at ölmüşdür. O, atı atası Rəhimli Famil ilə kənd baytar həkiminə aparmış, həkim ata baxaraq atın travma alıb, öldüyünü bildirmişdir. 22 avqust 2022-ci il tarixdə isə kənd icra nümayəndəliyi tərəfindən onların həyətinə baxış keçirilərkən ölmüş atın meyidi aşkarlanmışdır, bu barədə akt da yazılmışdır. O, atı 1000 manat verib almışdır. Hal-hazırda atı İddiaçı təqsirindən öldüyündən həmin 1000 manat pulu ondan tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini, qarşılıqlı iddianən isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 izahatında iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddiaya uyğun izahat verərək, ilkin idddianın rədd, qarşılı iddianınisə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 848 saylı, 12 may 2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Muğanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, X6 xx xxx 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş ilkin qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, QAZ- 2402 minik markalı 09 BM0 39 dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 580 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 23 avqust 2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilnib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, 22 avqust 2021-ci il tarixdə X3 təsərrüfatına baxış keçirilməsi, təxminən 4-5 yaşlarında bir baş dişi at meydinin aşkar olunması aktlaşdırılmışdır. İş materiallarında olan 365 nömrəli, 14 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu Alpoud kəndində yaşayır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, Bərdə Rayon DYPB-nin yol patrul xidmətinin əməkdaşı X7 tərəfindən X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinin tərkib hissəsi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, 23 avqust 2021-ci il tarixli qərarla Ş.Rəhimli 40 manat məbləğində cərimə olunması və həmin qərarın X6 tərəfindən mübahisələndirilməməsi artıq İddiaçı maddi zərərin vurulması faktını və zərərvurmanın X3 təqsiri ucbatından baş verməsini təsdiq edir. Qarşılıqlı iddia üzrə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X3 1000 manat pulun və 30 manat rüsum pulunun, qarşılıqlı iddi üzürə cavabdeh İddiaçı alınıb ona ödənilməsinə dair qarşılıqlı iddiası ilə bağlı mötəbər sənədlərini məhkəməyə təqdim edə bilməmiş, həmçinin də zərərvurma faktında X3 təqsirli olması sübut edildiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Beləliklə, İddiaçı cavabdeh X4 qarşı maşına dəymiş ziyana görə 580 manat və 3 manat dövlət rüsumu pulunun alınaraq ona verilməsi tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdeh X2 İddiaçı xeyrinə 580 manat məbləğində vurulmuç ziyana görə pul, 30 manat ödənilmiş dövlət rüsumu və 20 manat ilkin qiymətləndirmə aktına görə ödənilmiş pul tutulmalı, qarşılıqlı iddia isə təmin edilməməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İlk iddia ürzə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 maşına dəymiş ziyana görə 580 (beş yüz səksən) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat ilkin qiymətləndirmə aktına görə ödənilmiş pul alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar