Məhkəmə qərarları › İş №2(021)-19/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-19/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-19/2021 25.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17.02.2014-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə 21.05.2018-ci il tarixinə 11419.33 AZN məbləğində əsas borc, 196.08 AZN məbləğində faiz borcu, 1057.61 AZN məbləğində cərimə, 17 fevral 2017-ci il tarixdən başlayaraq Mərkəzi Bankın illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 1,59 manat məbləğində hesablanmaqla 694.83 manat olmaqla cəmi 13367.85 AZN məbləğində pul vəsaitinin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi və 0.048 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti tərəflər arasında razılaşdırılmış 24.000 manat məbləğində müəyyən edilməsinə, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi, 0.048 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.02.2014-cü il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 008 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 15000 manat məbləğində 18 ay güzəştlə, 36 ay müddətinə, illik 6 % olmaqla kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə bank arasında 17.02.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və girovqoyan mülkiyyətində olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi 0.048 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 29.12.2007-ci il tarixdə DƏDRX tərəfindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə MH seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Lakin borclu öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borclu Cavabdeh 17 fevral 2014-cü il tarixli, 008 nömrəli kredit müqaviləsi üzrə 21 may 2018-ci il tarixinə banka 11419.33 AZN məbləğində əsas borc, 196.08 AZN məbləğində faiz borcu, 1057.61 AZN məbləğində cərimə, 17 fevral 2017-ci il tarixdən başlayaraq Mərkəzi Bankın illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 1,59 manat məbləğində hesablanmaqla 694.83 manat olmaqla cəmi 13367.85 AZN məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 07 mart 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və 01 may 2018-ci il tarixdə də qeydiyyata alınmışdır. Odur ki, bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 17.02.2014-cü il tarixli, 008 saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən borcverən borcalana 36 ay müddətinə, 15000 manat pul məbləğini bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə qeyd edilmiş sonuncu ödəniş tarixinədək illik 6% ödənilməklə müqavilənin heyvandarlığın inkişafı məqsədilə kredit verir. Həmin kredit müqaviləsinə əlavə kimi kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 05.03.2014-cü il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalan tərəfindən 05.04.2014-cü il tarixdən 03.03.2017-ci il tarixədək əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 2062.50 manat olmaqla, cəmi 17062.50 manat məbləğində pulun ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış, 17.04.2014-cü il tarixli, 008İ ipoteka müqaviləsindən görünür ki, 17.04.2014-cü il tarixli, 008 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29.12.2007-ci il tarixdə verilmiş MH ******* saylı Çıxarışa əsasən Cavabdeh özünə məxsus ipoteka kimi çıxış Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evini və 0.048 ha torpaq sahəsilə birgə ipoteka qoyur. 07.08.2018-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 17.02.2014-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə 11419.33 AZN məbləğində əsas borc, 196.08 AZN məbləğində faiz borcu, 1057.61 AZN məbləğində cərimə, 17 fevral 2017-ci il tarixdən başlayaraq Mərkəzi Bankın illik 5 faiz uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 1,59 manat məbləğində hesablanmaqla 694.83 manat olmaqla cəmi 13367.85 AZN məbləğində borcu vardır. 06.03.2018-ci il tarixli bildirişin surətindən görünür ki, girovqoyan İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0.048 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55.2 kv. metr yaşayış, 57.4 kv. metr köməkçi sahə olan fərdi yaşayış evi Cavabdeh adına 29.12.2007-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, 22.02.2014-cü il tarixdə **********5 nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli, ƏQ-92/2020 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 112.6 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin 0.048 ha torpaq sahəsi ilə birlikdə halhazırda bazar qiyməti 26.000 (iyirmi altı min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli, 29905 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 17.04.2014-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 26.07.2018-ci il tarixə əsas borc üzrə 9665.75 manat, faiz borcu üzrə 966,58 manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli, ƏQ-113/2020 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,048 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 112,6 kv. Metr sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, fərdi yaşayış evinin 28.10.2020-ci il tarixə likvid dəyəri 23.000 ( iyirmi üç min) manat, bazar dəyəri 28.000 (iyirmi səkkiz min) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 17.02.2014-cü il tarixli, 008 nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalana 36 ay müddətinə, 15000 manat pul məbləğini bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə qeyd edilmiş sonuncu ödəniş tarixinədək illik 6% ödənilməklə müqavilənin heyvandarlığın inkişafı məqsədilə kredit verir. Həmin müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı ASC və Cavabdeh arasında bağlanmış, 17.02.2014-cü il tarixli, 008İ saylı ipoteka müqaviləsinə əsasən, 17.02.2014-cü il tarixli, 008 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29.12.2007-ci il tarixdə verilmiş MH ******* saylı Çıxarışa əsasən Cavabdeh məxsus Bərdə rayonu Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evini və 0.20 ha torpaq sahəsilə birgə ipoteka qoyur. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borca münasibətdə tam əsaslı olduğundan cavabdehdən 196.08 manat faiz borc tutularaq iddiаçıya ödənilməlidir. Bundan başqa, iddiaçı bank cavabdehdən 11419.33 manat əsas borcunun tutularaq iddiаçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2019-cu il tarixli, 29905 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 17.02.2014-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 26.07.2018-ci il tarixə əsas borcu üzrə 9665.75 manat müəyyən olunmuşdur. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Odur ki, məhkəmə əsas borcu ilə bağlı qeyd edir ki, ekspert rəyi həmin hissədə əsaslı olduğundan nəzərə alınmalı, cavabdehdən rəydə göstərilən məbləğdə pul yəni, 9665.75 manat əsas borcu tutularaq iddiаçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 1057.61 manat məbləğində cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 1057.61 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehlərdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 5 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 17.02.2017-ci il tarixindən başlayaraq Mərkəzi Bankın illik 5 faiz uçot dərəcəsi 694.83 AZN tələb etmişdir. Məhkəmə iddianın bu hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Məhkəmə hesab edir ki, cavabdehlərin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 9665.75 manat əsas və 196.08 manat faiz bоrcu və 5 manat cərimə olmaqla, cəmi 9866.83 manat (doqquz min səkkiz yüz altmış altı manat səksən üç qəpik) məbləğində pul borc tutularaq iddiаçıya ödənilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsinə, onun açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə dair hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci mаddəsinə əsаsən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC və ipotekaqoyan arasında bağlanmış 17.02.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 24.000 (iyirmi dörd) AZN məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli, ƏQ-113/2020 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 0,048 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 112,6 kv.m sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, fərdi yaşayış evinin 28.10.2020-ci il tarixə likvid dəyəri 23.000 (iyirmi üç min) manat, bazar dəyəri 28.000 (iyirmi səkkiz min) manat təşkil edir. Belə olan halda, məhkəmə ipoteka predmetinin qiymətində olan fərqlə bağlı qeyd edir ki, likvid qiymət əsas götürülərək ipoteka predmetinin dəyəri 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbinin mənzil satıldıqdan və mülkiyyətçi dəyişdikdən bir ay ərzində boşaldılması və banka təhvil verilməsinə dair hissəsi təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə gorə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yonəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş ohdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına gorə, məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipoteka qoyulmuş yaşayış binası satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, həmin hissədə iddia təmin edilə bilməz. Bundan başqa, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə gorə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan bir ay ərzində oranı tərk etməlidir. Həmin maddədə nəzərdə tutulmuş ipoteka predmetinin satılması şərti hələ baş tutmamışdır. Hər hansı öhdəliyin icra edilməsi üçün müəyyən şərtin baş verməsi müqavilədə nəzərdə tutulubsa və bu şərt hələ baş verməmişdirsə, həmin öhdəliyin icrasının tələb edilməsi istisna olunur. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində də nəzərdə tutulmuşdur ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu baxımdan, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində ipoteka qoyan oranı tərk etmirsə, qanunvericliyin tələbinə gorə, belə olan halda, həmin şəxs notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. MM-in 152.1-ci maddəsinə gorə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun ipoteka predmetindən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. MM-in 203.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini imperativ qaydada təsbit edilmişdir. İşdəki sübutlardan görünür ki, iddiaçının göstərilən mənzilə mülkiyyət hüquqları həmçinin istifadə və icarə hüquqları yaranmamışdır. Digər tərəfdən iddiaçı fərdi yaşayış evinin və torpağın bir aydan sonra boşaldılmasını ona tutmanın yönəldilməsi və onun satılmasından sonra ilə bağlı baş verib-verməməsi indidən məlum olmayan, mücərrəd halla bağlayır. İddiaçı göstərilən halın mütləq baş verəcəyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən, bu iddia tələbini əsaslandıran halı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən qanunda borclunun və (və ya) ipoteka qoyanın, yaxud üçüncü şəxsin ipoteka saxlayanın bütün tələblərini ödədikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına xitam verilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (altı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələblərini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Bu xüsusda məhkəmə bildirir ki, göstərilən şəxslərin həmin mənzildən çıxarılması tələbinin təmin edilməsi heç şübhəsiz ki, borclu, ipoteka qoyan və ya üçüncü şəxs tərəfindən ipoteka saxlayanın tələbinin təmin edilərək, ipoteka predmetinə tutma yönəldilməsi və onun satışına xitam verə bilməsi barədə hüququ əsassız olaraq məhdudlaşdırmış olardı. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində gostərilmiş “satıldıqda” ifadəsi alqısatqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın qeyri-yaşayış binasını tərk etməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-da qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki, digərlərilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbinin ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan bir ay sonra mübahisəli fərdi yaşayış evinin könüllü şəkildə boşaldılmaması halında məcburi qaydada boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi yaşayış sahəsi satıldıqdan bir ay sonra oranın boşaldılması hissəsində təmin edilməməlidir. Bundan başqa, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə gorə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan bir ay ərzində oranı tərk etməlidir. Həmin maddədə nəzərdə tutulmuş ipoteka predmetinin satılması şərti hələ baş tutmamışdır. Hər hansı öhdəliyin icra edilməsi üçün müəyyən şərtin baş verməsi müqavilədə nəzərdə tutulubsa və bu şərt hələ baş verməmişdirsə, həmin öhdəliyin icrasının tələb edilməsi istisna olunur. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X5» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən mühasibatlıq ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 200 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində pul cavabdehdən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat məbləğində pul tərəflərdən tutulаrаq "xxxx" MMC, VÖEN:**********, "xxxx" ASC, Yevlax filialı, Bankın kodu: 509299, VÖEN:**********, M/h: AZ80NABZ********************, S.W.İ.F.T. BRESAZ722, H/h: AZ61BRES******************** nömrəli hesaba ödənilməlidir. Belə ki, MPM 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmçinin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı ipoteka bildirişinin qeydiyyata alınması üçün ümumilikdə 31 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 31 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.02.2014-cü il tarixli, kredit müqaviləsi üzrə 9665.75 manat əsas, 196.08 manat faiz bоrcu və 5 manat cərimə olmaqla, cəmi 9866.83 manat (doqquz min səkkiz yüz altmış altı manat səksən üç qəpik), ödənilmiş 31 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.02.2014-cü il tarixli, ipoteka müqaviləsinə əsasən Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0,048 ha torpaq sahəsi ilə birlikdə 1 mərtəbəli, 3 otaqlı, 112.6 m2 ümumi fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 23000 (iyirmi üç min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh tutulаrаq "xxxx" MMC, Yevlax şəhəri, VÖEN:**********, "xxxx" ASC Yevlax filialı, Kod:509299, VÖEN:********** (bankın VÖEN-i), H/h: AZ61BRES**********03731946601, H/h:AZ80NABZ********************, SWİFT: BRESAZ722 nömrəli hesaba ödənilsin. İddia tələbi qаlаn hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar