Məhkəmə qərarları › İş №2(021)-190/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-190/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-190/2021 17.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi_ X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 17 mart 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 19.06.2020-ci il tarixə Cavabdeh 1491.5 (bir min dörd yüz doxsan bir manat əlli qəpik) manat əsas borc,1041.37(bir min qırx bir manat otuz yeddi qəpik) manat müqavilə müddətinə hesablanmış faiz borcu, 231.84 (iki yüz otuz bir manat səksən dörd qəpik) manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2764.71 (iki min yeddi yüz altmış dörd manat yetmiş bir qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X3 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin “Bərdə” filialı ilə Cavabdeh arasında baglanmış 29 may 2015-ci il tarixli 107/06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 27% dərəcəsi ilə 3000 manat məbləğində istehlak krediti verilmişdir. Eyni zamanda verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə cavabdeh X7 arasında 29 may 2015-ci il tarixli 107/06 saylı zaminlik müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin 1.1, 2.1, 2.2 və 2.3cü bəndlərinə əsasən zamin duran şəxs borc alanın götürdüyü öhdəlikləri tam şəkildə, yaxud lazımınca icra etməməsi nəticəsində banka dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üçün bank qarşısında borc alanla eyni həcmdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3, 4.3, 5.2, 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şıfahi və yazılı bildirişlərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi Bank tərəflər arasında baglanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.Hazırda, 19 iyun 2020-ci il tarixə Cavabdeh 1491.5 manat əsas borc, 1041.37 manat müqavilə müddətinə hesablanmış faiz borcu,231.84 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilələrin quvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edərlər. Bərdə Rayon Məhkəməsinin 2(021)-2467/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4399 saylı 14 yanvar 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 29 may 2015-ci il tarixdə bağlanmış 107/06 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə iddia tələbinin tarixinə 19.06.2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: -19.06.2020-ci il tarixə (iddia tələbinin tarixinə) borcu 1820,3 manat:- əsas borc üzrə 1466,80 manat, faiz borcu üzrə 353,50 manat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 may 2015-ci il tarixli 107/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit istehlak məqsədi üçün verilir. İş materiallarında olan 26.05.2015-ci il tarixli 107/06 saylı zaminlik müqaviləsi surətindən müəyyən olunur ki, "xxxx" KB Bərdə filialı ilə fiziki şəxs Cavabdeh arasında 29.05.2015-ci il tarixdə bağlanmış 107/06 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək cəmi 3000 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan borc verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin olmuş şəxs X7 borcalanla birlikdə borc verən qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 29 may 2015-ci il tarixli 107/06 saylı kredit müqaviləsi üzrə 09 iyun 2020-ci il tarixə 1491,50 manat əsas kredit borcu, 1041,37 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 231,84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2764,71 manat borcu vardır. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə Cavabdeh kredit borcunun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08 iyul 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində Cavabdeh 107/06 saylı kredit müqaviləsinə əsasən 09 iyun 2020-ci il tarixə 1491,50 manat əsas, 1041,37 manat faiz məbləğində borcu olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4399 saylı 14 yanvar 2021-ci il tarixli rəyində isə əsas borcu 1466,80 manat, faiz borcu 353,50 manat məbləğində olması göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 29 may 2015-ci il tarixli, 107/06 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 3000 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 1466,80 manat əsas kredit borcu, 353,50 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1466,80 manat əsas kredit borcu, 353,50 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 29 may 2015-ci il tarixli, 107/06 saylı kredit müqaviləsi üzrə yaranmış 1466,80 manat əsas kredit borcu, 353,50 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin X7 kreditor ləğv prosesində olan "xxxx" KB ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1466,80 manat əsas kredit borcu, 353,50 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin 231,84 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 14 yanvar 2021-ci il tarixli 9/4399 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 1466,80 manat əsas kredit borcu, 353,50 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, cəmi 1820,3 (bir min səkkiz yüz iyirmi manat otuz qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar