Məhkəmə qərarları › İş №2(021)-1909/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1909/2022

16.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1909/2022 16.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla qadağan edilməsi ” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmaqla qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalıdır. İddia tələbi əsaslandırılarkən qeyd olunmuşdur ki, iddiaçı Bərdə rayonu Alpoud kəndində yerləşən onun və cavabdehin hər birinin 1/2 hissə paylarının rəsmiləşdiyi 0.52 ha torpaq sahəsinin onlar arasında bölünməsini istədiyinə görə müraciət etmiş, lakin mütəxəssisin mübahisəli əmlaka baxış keçirməsinə cavabdeh imkan verməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti isə payçılar arasında mübahisə olduğuna görə əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, məhkəmə qeyd edir ki, payçılar arasında razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Bundan sonra məhkəmənin qərardadına əsasən mütəxəssis cəlb olunmaqla mübahisəli əmlaka baxış keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla qadağan edilməsi ” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 151-153-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmaqla qadağan edilməsi ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar