Məhkəmə qərarları › İş №2(021)-191/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-191/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-191/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 02 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyətində olan VAZ- 21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik maşınına vurulmuş maddi zərərin əvəzi olaraq 1843 (min səkkiz yüz qırx üç) manatın və zərərin qiymətləndirilməsi barədə rəy verilməsi üçün mütəxəssisə ödədiyi 50 manatı alınaraq ona ödənilməsi, həmçinin hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu kimi ödədiyi 39 manat Cavabdeh tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və onun -tərəfindən verilmiş etibarnamə əsasında oğlu X12 tərəfındən idarə edilən VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik maşınını oğlu Elvin Qasımov idarə edərək həmin maşınla 27 oktyabr 2022-ci В tarixdə saat 19:20 radələrində yaşadıqları Bərdə rayonu Gülgəzli kəndindən çıxıb Bərdə rayonunun Kolayır kəndi ərazisindən keçən magistral asfalt yolla orta sürətlə hərəkətdə olarkən qəflətən yol kənarındakı ağacların və kolluğun arxasından bir neçə baş inək heyvanları çıxıb yolun digər tərəfinə keçmək üçün qaçmışlar. Heyvanlar yola qəflətən (gözlənilmədən) çıxdıqlarına görə oğlu Elvin Qasımovun maşını dərhal saxlamaq imkanı olmamış, odur ki, maşını inəklərə çırpılaraq heyvanlardan ikisini ön ətrafları nahiyyəsindən ciddi, birini isə arxa tərəfindən yüngül yaralamışdır. Hadisə zamanı heyvanlar nəzarətsiz olmuş, onların yanında çoban və ya sahibi olmamış, heyvanlar arxadan qovulduqları üçün yolu çıxaraq keçmək istəmişlər. Maşınının çırpılaraq ciddi xəsarət yetirdiyi inək heyvanlarının hər ikisi yerli cinsdən olan təxminən 5-6 aylıq buzovlar, yüngül xəsarətlənən bir baş inək isə yerli cinsdən olan böyük yaşlı heyvan olmuşdur. Sonradan məlum olmuşdur ki, bu heyvanlar Bərdə rayonu Kolayır kənd sakini Cavabdeh məxsus olan heyvanlar olmuş, onları otlaq sahəsindən gətirən və asfalt yoldan nəzarətsiz keçirən isə onun atası Famil İsayev olmuşdur. Heyvanların sahibi olan Cavabdeh maşınla vurulmuş və ciddi xəsarət almış iki baş buzovlara görə ona 5000 manat pul ödəməyini tələb etmiş, buzovlarının güya boğaz olduqları və doğuşdan sonra hər birinin gündəlik 10-15 litr süd verəcəklərini bəhanə etmişdir. Odur ki, aralarında razılıq olmamışdır və bu məsələ ilə əlaqədar oğlu X17 İsayev arasında məhkəmə çəkişməsi hazırda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmaqla davam edir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bərdə rayon Polis şöbəsi tərəfindən araşdırma aparılaraq oğlu Elvin Qasımovun əməlində cinayət tərkibi aşkar edilmədiyinə görə 04 noyabr 2022-ci il tarixli “Cinayət işi başlamlmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla belə həmin araşdırma zamanı ‘ onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq (Hərəkət surəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş “Cinayət işi başlamlmasının rədd edilməsi haqqında” qərarın surətinin Bərdə RPŞ-nin Dövlət X19 göndərilməsi də həmin qərarla qərara alınmışdır. Odur ki, həmin Bölmə tərəfindən oğlu Elvin Qasımovun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə olan xx.xx.2022-ci il tarix İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə 60 manat məbləğində cərimə olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli hərəkətləri səbəbli onun VAZ-21093 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ciddi zədələnməklə ona 1843 manat məbləğində maddi zərər vurulmuşdur və həmin zərərin cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsi üçün məhkəmə qətnaməsinə zərurət vardır. Belə ki: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsində göstərilir ki: Mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanm qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, İhabelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Lakin Cavabdeh Qanunun bu tələblərinə əməl etməyərək mal- qarasını sutkanın qaranlıq vaxtında asfalt örtüklü yoldan ötürülməsini diqqətli nəzarət təşkil etməklə təmin etməmiş, əksinə onların örtülməsini yaşlı və xəstə atasına etibar etmiş, sonuncu isə heyvanları özbaşına buraxaraq onlardan xeyli arxada qalmış, odur ki, heyvanlar yoldan tam nəzarətsiz və qaçaraq keçdiklərinə görə yuxarıda göstərdiyi yol nəqliyyat hadisəsinin baş verməsinə şərait yaranmışdır. Cavabdeh həmin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsi ilə (mal-qaranı ö.lirən tərəfindən yol hərəkəti qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin Bərdə rayon Polis şöbəsinin yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanılmasmın rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh bu əməlinə naməlum səbəbdən hüquqi qiymət verilməmiş və onun İXM-nin 338.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi, yəni 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsi təmin edilməmişdir. (Məhkəmənin diqqətinə çatdırır ki, oğlu Elvin Qasımov tərəfindən həmin rədd qərarından məhkəmə nəzarətini həyata keçirən Bərdə rayon məhkəməsinə ayrıca şikayət təqdim edilmişdir). Bununla belə həmin rədd qərarı ilə sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisənin 27 oktyabr 2022-ci il tarixdə saat 19:20 radələrində baş verməsi, heyvanları Cavabdeh asfalt yoldan diqqətli nəzarət təşkil etmədən keçirməsi, heyvanları Cavabdeh yaşlı və xəstə atasının təkbaşına, həm də nəzarətsiz surətdə asfalt yoldan ötürməsi faktı öz təsdiqini tapmışdır. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində maşınım müxtəlif yerlərdən zədələnmiş, onun müxtəlif detalları və hissələri yararsız vəziyyətə düşmüşdür. ********* nömrəli VÖEN əsasında rəsmi qaydada Avtomobilə texniki nasazlıq və baxış fəaliyyəti həyata keçirən mütəxəssis X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İlkin qiymətləndirmə aktı’na əsasən avtomobilinə dəymiş zərərin ümumi məbləği 1843 manat təşkil edir. Həmin qiymətləndirmə xidmətinin göstərilməsi üçün onun tərəfindən mütəxəssisə 50 manat xidmət haqqı ödənilmişdir. Beləliklə də, Cavabdeh qanuna zidd (təqsirli) hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin həcmi 1893 manat təşkil edir (1843+50=1893). Lakin Cavabdeh ona vurduğu bu maddi zərəri könüllü olaraq ödəməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat vermişdir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o iddiaçıya zərər vurmayıb. İddiaçı oğlu ona zərər vurub. Belə ki, ona məxsus iri buynuzli heyvanlarını öz avtomobili ilə vurub öldürüb. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. Məhkəmə təəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Bərdə rayonu, Gülgəzli kəndində anadan olmuşdur, Bərdə rayonu, Gülgəzli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli 392 saylı arayışından görünür ki, X2 rayon Gülgəzli kəndində yaşayır. AE seriyalı 041596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. ƏN-Vİ seriyalı 600680 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X9 etibarnamə vermişdir. FSR seriyalı 312182 nömrəli 07 noyabr 2022-ci il tarixli qəbzindən görünür ki, X12 avtomobilin baxışına görə 50 manat ödəmişdir. 17268 nömrəli 17 iyul 2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. 07 noyabr 2022-ci il tarixli İlkin Qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və köməkçi materiallar almaq üçün 1043 manat, dəmirçi işi üçün 400 manat, rəngsaz işi və materiala görə 300 manat, çilingər və mühərrik işi üçün 100 manat, cəmi 1843 (bir min səkkiz yüz qırx beş) manat ziyan dəymişdir. Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(021)-478/2023 saylı qətnamədən görünür ki, iddiaçı Cavabdeh X9 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi qismən təmin edilmişdir. Cavabdeh X4 3000 manat və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi göstərilmişdir. İddia tələbi qalan hissədə təmin olunmamışdır. İş üzrə 200 manat ekspertiza xərci cavabdeh X4 alınaraq "xxxx" MMC-nin xəyrinə ödənilməsi müəyyən olunmuşdur. HK-1/4562 nömrəli 04 noyabr 2022-ci il tarixli Cinayyət işinin rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Bərdə rayonu Gülgəzli kəndində qeydiyyatda olan və orada yaşayan X7 barəsində cinayət işi başlanması rədd edilsin və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin Dövlət X19 göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 6(021)-10/2023 saylı qərardan görünür ki, Bərdə rayon X10 təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında HK-1/4562 saylı 04 noyabr 2022-ci il tarixli qərarından ərizəçi X12 tərəfindən verilmiş şikayət təmin edilmişdir. Bərdə rayon X11 Bölməsinin təhqiqatçısı polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Material yenidən araşdırılması üçün Bərdə Rayon Polis Şöbəsinə həvalə edilmişdir. 039327 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 6(021)-01/2024 saylı qərardan görünür ki, Bərdə rayon X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında HK-1/4562 saylı 31 avqust 2023-cü il tarixli qərarından ərizəçi X12 tərəfindən verilmiş şikayət təmin edilməmişdir, 31 avqust 2023-cü il tarixli HK-1/4562 nömrəli qərar qanuni hesab edilmiş və qüvvəsində saxlanılmışdır. Bərdə rayon Kolayır kənd sakini Cavabdeh və onun atası Famil İsayevin mal-qaranı kəndin içindəki yolda nəzarətsiz qoyması və ya asfalt, sement-beton örtüklü yollarla ötürülməsinə görə mal-qaranın kim tərəfindən nəzarətsiz qoyulması, adları çəkilən şəxslərin əməllərində İXM-nin 338-ci madəsinin tərkibinin olub olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Bərdə Rayon Dövlət X19 göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(104)-1778/2023 saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(021)- 478/2023 saylı qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 9/8696 saylı rəyindən görünür ki, iş materiallarında olan “X8” tərəfindən tərtib edilmiş 07 noyabr 2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaql 1992-ci il buraxılışlı “VAZ 21093” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1415 manat müəyyən edilir. Bərdə rayon Polis şöbəsinə Cavabdeh İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib-edilməməsinə dair müraciət olunsa da, indiyədək onun barəsində sözügedən hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün X9 etibarnamə vermiş, sonuncu 27 oktyabr 2022-ci ildə saat 1920 radələrində “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Kolayır kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh bir neçə baş iri buynuzlu heyvanın qəfildən magistral yolda hərəkətdə olan X7 idarə etdiyi **-BN-*** dövlət eydiyyat nişanlı “Vaz 21093 Minik” markalı avtomobilin qarşısına çıxmış və avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iş materiallarını, tərəflərin izahatını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh baş vermiş hadisə nəticəsində İXM-nin 338.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməməsi onun tərəfindən yol hərəkəti qaydalarının pozulmaması kimi realizə olunur. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 50 (əlli manat) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 dekabr 2023-cü il tarixli 9/8696 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin.

2. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar