Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1924/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 oğlunun, İddiaçının nümayəndəsi Piriyeva Türkan İlham qızının, Cavabdehlər Balakişiyev Məharət Məhəbbət oğlunun, Məhərrəmov Ruhlan Həsrət oğlunun, Cavabdeh3 Maarif qızının, Orucova Sitarə İsmayıl qızının iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Balakiiyev Məharət Məhəbbət oğluna, Məhərrəmov Ruhlan Həsrət oğluna, Cavabdeh3 Maarif qızına, Orucova Sitarə İsmayıl qızına qarşı kreditin, kredit fazinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehər Balakişiyev Məharət Məhəbbət oğlundan, Məhərrəmov Ruhlan Həsrət oğlundan, Cavabdeh3 Maarif qızından, Orucova Sitarə İsmayıl qızından müştərək qaydada "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3811,8 manat əsas borc, 1115,92 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 4927,72 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 Məhəbbət oğlu arasında bağlannmış 25 iyul 2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə 150 000 manat 120 ay müddətinə illik 32% olmaq şərtilə kredit xətti ayrılmış, 25 iyul 2019-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz olmaq şərtilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə Bank “Borcalan” a bank hesabı ( cari, ssuda) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3, X13 ilə bank arasında zaminlik müqaviləsi bağlanılmış, zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin müqaviləsi üzrə 3811,8 manat əsas borc, 1115,92 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 4927,72 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi X15 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Məhəbbət oğlu izahatında iddianı qəbul etdiyini, pandemiya ilə əlaqədar banka olan borcunu ödəyə bilmədiyini göstərərək, hazırda işlədiyini, banka olan borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, X6, Orucova Starə İsmayıl qızı cavabdeh Balakişiyeva Məharət Məhəbbət oğlu ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyul 2019-cu il tarixli, 778micGNDJ/19-EM nömrəli kredit xətt müqaviləsi üzrə 150 000 manat 120 ay müddətinə illik 32% olmaq şərtilə kredit xətti ayrılmış, 25 iyul 2019-ci il il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz olmaq şərtilə 24 ay müddətinə 5000 AZN məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Məhərrəmov Ruhlan Həsrət oğlu, Cavabdeh3, Cavabdeh4 İsmayıl qızı ilə bank arasında zaminlik müqaviləsi bağlanılmış, zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzrəinə götürb. İş materiallarına əlavə edilmiş 17 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 25 iyul 2019-cu il tarixli, 778micGNDJ/19-EM nömrəli kredit xətt müqaviləsi üzrə 150 000 manat 120 ay müddətinə illik 32% olmaq şərtilə kredit xətti ayrılmış, 25 iyul 2019-ci il il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə illik 28 faiz olmaq şərtilə 24 ay müddətinə 5000 AZN məbləğdə kredit verilmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh X3 bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və "xxxx" KB ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müqavilə münasibətlərini tənzimləyən mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını əsas götürərək hesab edir ki, kredit müqaviləsi üzrə münasibətlərin iştirakçıları kimi iddiaçı "xxxx" Kommersiya Bankı ASC və cavabdehlər Balakişiyev Məharət Məhəbbət oğlu, Məhərrəmov Ruhlan Həsrət oğlu, Cavabdeh3 Maarif qızı və Orucova Sitarə İsmayıl qızı həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsinə cavabdehlik daşıdığından, iddia tələbi təmin edilməli, müqaviləyə əsasən yaranmış əsas borc üzrə 3811,8 manat, faiz borcu üzrə 1115,92 manat, cərimə borcu üzrə 0 manat olmaqla cəmi 4927,72 manat məbləğində pul cavabdehər Balakişiyev Məharət Məhəbbət oğlundan, Məhərrəmov Ruhlan Həsrət oğlundan, Cavabdeh3 Maarif qızından, Orucova Sitarə İsmayıl qızından müştərək qaydada tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə xeyrinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehərdən müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Balakişiyev Məharət Məhəbbət oğluna, Məhərrəmov Ruhlan Həsrət oğluna, Cavabdeh3 Maarif qızına, Orucova Sitarə İsmayıl qızına qarşı kreditin, kredit fazinin və cərimənin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Maarif qızından və Orucova Sitarə İsmayıl qızından 25 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3811,8 manat əsas borc, 1115,92 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 4927,72 manat (dörd min doqquz yüz iyirmi yeddimanat yetmiş iki qəpik) kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1924/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1924/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver