Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1933/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqramın lisenziyasının, bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni 2604,14 manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-241/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məxəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində seçilmiş həbs qətimkan tdəbiri Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-3/2024 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdən azad edilərək müvəqqəti yaşayış yeri Bərdə rayonu, Qaradəmirçi kəndi müəyyən edildiyindən qərarın icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı CAB-nin əməliyyat müvəkkili polis leytenentı Murad Alıyev Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adapteri və 01 ədəd qolbaq onun yaşadığı ünvana quraşdırılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qolbağı sındıraraq yararsız hala salmışdır. Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən 01 ədəd qolbağın dəyəri 2604,14 manat təşkil edir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından yəni lazımnca məsuliyyətli olmadığından elektron qolbağını yararsız vəziyyətə salmış və onlara maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərdi ki, iddianı qəbul etmir. Belə ki, qolbağı qolunda olarkən yığılmış və yıxılması səbəbindən qandal qırılmışdır. Bu barədə İddiaçınə məlumat vermişdir. Hesab edir ki, qəsdən qolbağını qırmadığından iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı nümayəndənin məhkəmə iclasında iştirakı təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb ərizə tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Ağdam rayonu, Şahbulaq kəndində anadan olmuşdur, Ağdam rayonu, Maqsudlu Ərazi Dairəsinin Şahbulaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya – Kommunikasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, nəzarət götürülmüş şəxs tərəfindən ona tətbiq edilmiş elektron qolbaq yararsız vəziyyətə salınmışdır. Elektron qolbağın bir ədədinin balans dəyəri 2604,14 manatdır. Bir ədəd elektron qolbaq üçün ödəniləcək məbləğ 2604,14 manat təşkil edir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-241/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-3/2024 nömrəli qərarından görünür ki, xx xxxxxx 1994-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ağdam rayonu Şahbulaq kəndində qeydiyyatda olan və Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, hazırda əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsinə tövsif edilmiş təqsirləndirilən şəxs Cavabdeh barəsində Bərdə Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinın müddəti 26 aprel 2024-cü il tarixədək müəyyən edilmiş, təqsirləndirilən şəxs Cavabdeh istintaqın aparıldığı və məhkəmədə işə baxıldığı zamanı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməmək, nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və ya təxirə salınmadan gəlmək vəzifəsi qoyulmuş, təqsirləndirilən şəxs Cavabdeh və onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin mühafizəsi İddiaçınə həvalə edilmiş və qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına və təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-241/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məxəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində seçilmiş həbs qətimkan tdəbiri Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-3/2024 nömrəli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdən azad edilərək müvəqqəti yaşayış yeri Bərdə rayonu, Qaradəmirçi kəndi müəyyən edildiyindən qərarın icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı CAB-nin əməliyyat müvəkkili polis leytenentı Murad Alıyev tərəfindən Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkum Cavabdeh izah edilmiş, həmin tarixdə ona elektron nəzarət vasitəsi olan 01 ədəd mobil qurğu, 01 ədəd mobil qurğunun enerji adapteri və 01 ədəd qolbaq onun yaşadığı ünvana quraşdırılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qolbağı sındıraraq yararsız hala salmışdır. Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən 01 ədəd qolbağın dəyəri 2604,14 manat təşkil edir. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqramın lisenziyasının, bir ədəd electron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə) olan 2604,14 manat məbləğində pulun alınaraq xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsinə ziyan vurulması iş materialları ilə tam şəkildə sübut olunduğundan və bu haqda cavabdeh müvafiq protokolla əvvəlcədən məlumatlandırıldığından və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-3/2024 saylı qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduğundan, zərər vurmağa görə tam şəkildə maddi məsuliyyət cavabdehin üzərinə düşür. Buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, "Dövlət Rüsumu" haqqında qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 46,04 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2604,04 (iki min altı yüz dörd manat dörd qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya – Kommunikasiya İdarəsinin Dövlət Xəzinadarlığı Agentliyi: Kod 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SWİFT CTREAZ22, Baş İnformasiya – Kommunikasiya İdarəsi: VÖEN **********; HESAB AZ29CTRE********************; Maddə 142595, Təsnifat kodu 3 ödənilsin. Cavabdeh 46,04 (qırx altı manat dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1933/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1933/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver