Məhkəmə qərarları › İş №2(021)-1955/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1955/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1955/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin Bərdə TKQ ilə abunəçi Cavabdeh arasında bağlanmış telekomunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə Cavabdeh 45.15 manat abunə haqqı borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 65,15 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin Bərdə TKQ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bərdə TKQ ilə abunəçi Cavabdeh arasında telekomunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Borclu Cavabdeh Bərdə TKQ ilə müqaviləyə əsasən qovşağın rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu 20-205-68-46 nömrəli telefonun abunə haqqını ödəməyərək 45,15 manat borcu yaranmışdır. Müqavilənin ödəniş şərtlərini tənzimləyən 3-cü bəndinə əsasən abunəçi tərəfindən istifadə edilmiş xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir. Telefon rabitəsi multimedia və internet xidmətlərindən istifadəyə görə aylıq abunə haqqı carı ayın 24-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 24-dək ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir.İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş 21 avqust 2010-cu il tarixli müqavilədən müəyyən olunur ki, bu müqavilə “Telekomunikasiya operatoru” ilə “Abunəçi” arasında “Telekomunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Abunəçi”yə Müqavilədə göstərilən qaydada seçdiyi telekomunikasiya xidmətlərinin göstərilməsi və “abunəçi” tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. İş materiallarında olan 03 may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 07 may 2021-ci il tarixə cavabdehin İddiaçı MMC-yə cəmi 45.15 manat borcu mövcuddur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Bərdə TKQ ilə abunəçi Cavabdeh arasında telekomunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, borclu Cavabdeh Bərdə TKQ ilə müqaviləyə əsasən qovşağın rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu 20-205-68-46 nömrəli telefonun abunə haqqını ödəməyərək 45,15 manat borcu yaranmışdır. Cаvаbdeh cəmiyyətə bоrclu оlduğu bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz xeyrinə 45,15 manat abunə haqqı və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 65,15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubblikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh cəmi 65,15 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh cəmi 45,15 (qırx beş manat 15 qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar