Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1957/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 Cavabdeh Cavabdeh1 hüquqi varisi X5 Cavabdeh Cavabdeh3 iştirakı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 oğluna qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1198.59 USD əsəs, 504.14 USD faiz, 1277.91 USD cərimə, cəmi 2980.64 USD borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu- xx xxxx 1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 11-də yaşayan Cavabdeh1, xx xxx 1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 1-də yaşayan Cavabdeh2 və xx xxxx 1954-cü ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Nizami küçəsi ev 1, mənzil 16-da yaşayan Cavabdeh3 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə əsas məbləğ üzrə 1198.59 USD, faiz borcu üzrə 504.14 USD, cərimə üzrə 1277.91 USD, cəmi 2980.64 USD məbləğində kredit borcunun ödəniş gününə olan manata məzənnə nisbəti ilə və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20 manat pul tutulmasına əmr verilmişdir. Borclu Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 23.10.2017-ci il tarixli, 2(021)-6531/2017 saylı məhkəmə əmrinə etiraz etməsini nəzərə alıb, həmin əmrin ləğv edilməsinə və materialların bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-6531/2017 saylı 29 yanvar 2019-cu il tarixli qərardadına əsasən etiraz təmin edilmiş, kreditor "xxxx" KB ASC-nin borclu Cavabdeh3 borcun məcburi şəkildə ödənilməsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli 2(021)-6531/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Bərdə Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış 2(021)-1648/2020 saylı mülki iş üzrə icraat, Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh1 hüquqi varisi müəyyən edildiyindən Bərdə Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək cavabdehlərdən müştərək qaydada 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla, cəmi 1090,03 USD borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi X7 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 2013-cü ildə "xxxx" KB ASC-dən 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcunu vaxtı-vaxtında ödəsələr də sonradan dolların məzənnəsinin artması ilə əlaqədar olaraq borclarını ödəyə bilməmişlər. Kredit borcları restrukturizasiya edilmiş, 767,3 USD əsas kredit borcları qalmışdır. Cavabdeh1 01 iyun 2018-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra hüquqi varisi kimi özü qalmışdır. Faiz borcu silinməklə iddianın qalan hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 2013-cü ildə "xxxx" KB ASC-dən 2000 ABŞ dolları məbləğində kredit götürmüş, özü isə sonuncuya zamin olmuşdur. Cavabdeh1 vəfat etmişdir. Hazırda 767,3 USD kredit borcları qalmışdır. Faiz borcu silinməklə iddianın qalan hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun ştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin hüquqi varisinin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında bağlanmış 30 noyabr 2013-cü il tarixli, 1728micBRD/13-EM saylı güzəştli kredit və bank hesabı müqaviləsinin surətindən müəyyən olunur ki: 1.1. Borcvcrən Borcalann 30000 (otuz min manat) AZN məbləğində 36 (otuz altı) ay müddətinə, 30.11.2016-cı il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssudn) açır. Borcalan isə həmin kreditdən tnəqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcvcrəııə qaytarmağı öhdəsinə götürür. 1.2. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. 1.3. Əsas Kredit Müqaviləsi çərçivəsində “Borcalan"a verilən kreditlər Əlavə Kredit Müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqavilələrində onun Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. 1.4. '‘Borcvcrən" öz mülahizəsinə əsasan “Borcalan”a bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər. Kredit verildiyi halda tərəflər arasında bağlanacaq Əlavə kredit müqavilələrinin müddəti bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdən və “Borcalan"ın Əlavə kredit müqavilələri üzrə əsas borcunun ümumi məbləği bu Müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş kredit limitindən artıq ola bilməz. 1.5. “Borcalan" bu müqavilədən irəli gələn öhdəliklərinin təminatı olaraq özünə məxsus olan qızıl-zinət əşyalarını, məişət əşyalarını, biznes avadanlıqlarını və mal qalığını (bundan sonra "Girov predmeti" adlandırılacaq) "Borcvcrən”ə girov qoyur. "Borcalan" təsdiq edir ki, Girov predmeti “Borcalan’’ın mülkiyyətindədir və üçüncü şəxslər qarşısında heç bir öhdəlikləri ilə yüklü edilməmişdir. Girov predmeti “Borcveran”in tələblərini faktiki ödəmə anına - kredit üzrə əsas borc məbləği, kreditdən istifadəyə görə hesablanmış faizlər, kreditin vaxtında qaytarılmamasına görə hesablanmış cərimə faizləri, “Borcnlan"ın "Borcvcrən” qarşısında bu müqavilə üzrə kredit öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üzündən Boreverənə dəymiş zərər və Girov predmetinə ödəniş yönəldilməsi ilə bağlı Boreveranin çəkdiyi xərclər də daxil olmaqla - tam həcmdə təmin edir. 1.6. "Borcalan"ın bu müqavilədən irəli gələn öhdəliklərinin təminatı olaraq girov qoyulan əmlakın siyahısı və saxlanma yeri Borcalan və Borcvcrən tərəfindən imzalanacaq və bu müqavilənin aynlmaz tərkib hissəsi sayılacaq Əlavələrdə nəzərdə tutulacaq. Girov predmeti olan qızıl-zinət əşyaları, bu Müqavilə üzrə Borcalanın öhdəlikləri tam yerinə yetirilənədək Borcverəndə saxlanılacaq. 1.7. “Zamin"-lər Cavabdeh2 və Cavabdeh3 “Borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. 1.8. Bu Müqavilə əsasında verilən kreditin və onun faizlərinin hesablanması və qaytarılması qaydaları, tərəflərin məsuliyyəti, həmçinin Əsas və Əlavə Kredit Müqavilələrinin şərtlərinin “Borcalan” tərəfindən pozulmasına görə “Borcalan”dan tutulan cərimə və peniyaların faiz dərəcələri müvafiq Əlavə Kredit Müqavilələri ilə müəyyən olunur. İş materiallarında olan 06 aprel 2015-ci il tarixli 804micBRD/15 saylı əlavə kredit müqaviləsi surətindən müəyyən olunur ki, Bu müqaviləyə görə "xxxx" KB ASC 18 ay müddətinə, 06.10.2016-cı il tarixinədək illik 32 faiz ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində krediti Cavabdeh1 mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 34,84 faiz təşkil edir. Kredit biznesin inkişafı məqsədilə verilmişdir. İş materiallarında olan 27 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 804micBRD/15 saylı kredit müqaviləsinə əsasən 27 may 2021-ci il tarixə 767,3 USD əsas, 322,73 USD manat faiz borcu olmaqla cəmi 1090,03 USD məbləğində borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərkən dövlət büdcəsinə 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 06 aprel 2015-ci il tarixli, 804micBRD/15 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 2000 ABŞ dolları krediti vaxtında icra etmədiyindən, hazırda onun 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla cəmi 1090,03 USD borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 2000 USD məbləğində kredit alması və həmin kredit üzrə 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla cəmi 1090, 03 USD borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 06 aprel 2015-ci il tarixli, 804micBRD/15 saylı kredit müqaviləsi üzrə yaranmış 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla cəmi 1090,03 USD borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2 İsa oğlu və Cavabdeh3 kreditor "xxxx" KB ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 2000 USD məbləğində kredit alması və həmin kredit üzrə 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla cəmi 1090,03 USD borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 hüquqi varisi X4, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə, 10 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 oğluna qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 hüquqi varisi X4, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 767,3 USD əsas, 322,73 USD faiz borcu olmaqla cəmi 1090,03 (bir min doxsan manat üç qəpik) USD məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə, 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1957/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1957/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver