Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-196/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu məhkəmədə iddia qaldıraraq, 19 iyun 2020-ci il tarixdə Cavabdeh 5540,47 manat əsas borc, 4288,03 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 859,32 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 10687,82 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ləğv prosessində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin “Bərdə” filialı ilə Cavabdeh arasında bağlanmış 19 may 2015-ci il tarixli 095/06 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində mənzil alınması məqsədi ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 4.3, 5.2, 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə ödəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank rəfindən cavabdehə bir neçə dəfə şifahi və yazılı bildirişlərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Hazırda,19 iyun 2020-ci il tarixə Cavabdeh 5 540.47 (beş min beş yüz qırx manat, qırx yeddi qəpik) manat əsas borc, 4288.03 (dörd min iki yüz səksən səkkiz manat, üç qəpik) manat müqavilə müddətinə hesablanmış faiz borcu, 859.32(səkkiz yüz əlli doqquz manat otuz iki qəpik) manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu vardır. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6071 saylı 12 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 19 may 2015-ci il tarixli, 095/06 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 19 may 2017-ci il tarixə (kredit müddəti bitən tarix) əsas borc üzrə 5545,12 manat, faiz borcu üzrə 1197,59 manat, 19 iyun 2020-ci il tarixə (iddia edilən tarixə 5% hesablama ilə) əsas borc üzrə 5545,12 manat, faiz borcu üzrə 1852,47 manat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməmiş və iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə 5540.47 manat əsas borc, 4288.03 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 859.32 manat kredit müddəti bitidkdən sonra hesablanan faiz borcu olmaqla cəmi 10 687.82 manat kredit borcu ilə bağlı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər və bu imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh ilə LPO olan "DekaBank” arasında kredit müqaviləsi 19 may 2015-ci il tarxidə, 24 ay müddətinə bağlanmışdır. Müqavilənin başa çatma müddəti 2017-ci il 19 may tarixidir, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə məhkəməyə iddia ərizəsi ilə 29 iyun 2020-ci il tarixdə müarciət etmişdir. Baxmayraq ki, iddiaçı tərəfin məhkəmyə müraciət etməli olduğu tarix 2020-ci ilin may ayı olmalı idi. Ancaq iddiaçı tərəf iddia müddətinə əməl etmiyərək hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı iddiasını rəsmi olaraq 29 iyun 2020-ci il tarxidə təqdim etmişdir. İddiaçı ləğv prosesində olan "DekaBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini 2020-ci ilin may ayında verməli olduğu halda ərizə məhkəməyə 2020-ci ilin 29 iyun tarixində imzalanraq verilmişdir. Belə olduğu halda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli və 03 iyun 2013-cü il tarixli qərarına əsasən, iş üzrə iddia müddəti tətbiq etməklə ləğv prosesində olan "DekaBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının təmin edilməməsi barədə qətnamə qəbul ediləmlidir. İddiaçı ləğv prosesində olan "DekaBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı 5540.47 manat əsas borc, 4288.03 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 859.32 manat kredit müddəti bitidkdən sonra hesablanan faiz boru olmaqla cəmi 10 687.82 manat kredit borcu ilə bağlı pul tələbinə dair iddiası iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün, iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rəd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19 may 2015-ci il tarixli 095/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 10000 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit mənzil alınması məqsədi üçün verilir. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 19 may 2015-ci il tarixli 095/06 saylı kredit müqaviləsi üzrə 09 iyun 2020-ci il tarixə 5540,47 manat əsas kredit borcu, 4288,03 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 859,32 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 10687,82 manat borcu vardır. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə Cavabdeh borcunu ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08 iyul 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 13 avqust 2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:
1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 19 may 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh mənzil alınması məqəsdi ilə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 30 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nə aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 12 fevral 2021-ci il tarixli 9/6071 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q ƏT ETDİ :
İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.