Məhkəmə qərarları › İş №2(021)-196/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-196/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-196/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı Süleymanova Arzu Kamil qızının Cavabdeh İnşallah oğluna qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İnşallah oğlunun ona vurduğu maddi ziyana görə 900 manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işləmir, 1-ci qrup əlilə baxır, ailəsini zorla dolandırır, heç bir yerdə işləmir. Yalnız övladına görə verilən müavinatlə dolanır. Ailəli olub ayrılmışdır, 3 övlad anasıdır. Əvvəllər tanıdığı Bərdə rayonu, Zümürxan kənd sakini Cavabdeh İnşallah oğlu 2013-cü il tarixdə təxminən martın 13-də ona bildirmişdir ki, ona borc pul versin, oğlu da onun yanında olsun, mal qara alveri edərək, oğlunu da dolandırsın. O, da razılaşmış, xəstə qızının müalicə pulunu 1150 manat həmin Natiqə vermişdir. Həmin Cavabdeh alver etməyə başalmış, oğlunu isə aparmamışdır. Buna görə də verdiyi pulu tələb etmişdir. Ona bildirmişdir ki, bir az gözlə verəcəkdir. Bu minvalla ondan 250 manat ödəniş almışdır. Yerdə qalan 900 manatı da qaytaracağına cavabdeh söz vermişdir. Lakin onu indiyə qədər aldadaraq, pulu qaytarmaqdan imtina etmişdir. O, da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Kamil qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə icasında cavabdeh Orucov Natiq İnşallah oğlu izahatında göstərdi ki, iddiaçıdan borc pul almış, həmin pulu artıqlaması ilə ona qaytarmışdır, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Orucov Natiq İnşallah oğlunun vəkili X5 iddianın rədd edilməsini xahiş etdi. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA 253444 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş 036689 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Əhmədova Fatiməxanım Şəhriyar qızı 2-ci qrup əlildir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Bərdə rayon bölməsi 1444 nömrəli, 01 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayo nundan məcburi köçkün olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində SMU-32-də müvəqqəti məskunlaşıb. Mülki işə əlavə edilmiş İddiaçı şikayəti əsasında Bərdə Rayon Polis Şöbəsində toplanmış materiallara əlavə edilmiş Cavabdeh İnşallah olğlu izahatında göstərmişdir ki, İddiaçı uzun illərdir ki, tanıyır, təxminən 2013-c ü ildə ona pul pul ethiyac olmuş, İddiaçı 1000 manat pulu borca hər ay üstündə Arzuya pul vermək şərti ilə almışdır. Arzuya təxminən iki il hər ay 100 manat pul ödəmişdir. Beləliklə ona 2 400 manat pul vermişdir. Bundan başqa Arzu ona telefon pulu üçün 150 manat vermiş, buna görə isə Arzunun oğluna 250 manat hissə-hissə qaytarmışdır. Keçən bu illər ərzində Arzubnun pulunu artıqlaması ilə qaytarmışdır, borcu qalmamışdır. Arzunun ondan niyə şikayət etməsini bilmir. İş üzrə tərəfərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 900 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçının iddia etdiyi borc məbləğini olduğu kimi etiraf etmiş, borcun iddiaçıya tam şəkildə qaytarıldığını iddia etsə də, həmin faktı təsdiq edə biləcək heç bir sübut və dəlili məhkəməyə təqdim edə bilmədi. Bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı Kamil qızının xeyrinə 900 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Süleymanova Arzu Kamil qızının Cavabdeh İnşallah oğluna qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar