Məhkəmə qərarları › İş №2(021)-1961/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1961/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1961/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 Surxay oğlunun, Məmmədova Elmira Surxay qızının, Əliyeva Tamilə Surxay qızının, İddiaçı İddiaçı1 oğlunun vəkili Bayramov Mahir Qədim oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 Surxay oğlunun, İddiaçı2, İddiaçı3 Surxay qızının cavabdeh İsgəndərov Ələsgər Bayram oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 Surxay oğlu, İddiaçı2, İddiaçı3 Surxay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 ildə qeyri qanuni 1,5 ha torpaq sahəsindən istifadə edərək vurduğu cəmi 52.000 manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq onların xeyrinə verilməsinə daur qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Məmmədov Zaur Surxay oğlu iddia tələbini onunla əsasladırmışdır ki, cavabdehə 2010-cu ildə müvəqqəti istifadə etmək üçün JN 0034 və JN 0038 dövlət aktı ilə onlara verilmiş əmlak pay torpağının 1.5 ha torpaq sahələrini 2020-ci ilə kimi cavabdeh əkib becərmişdir. Torpaqlarını tələb edəndə isə onların məlumatı olmadan İddiaçı1 qarşı 10.600 pulun alınıb verilməsinə görə 25 sentyabr 2020-ci il tarixdə 2(021) 1870 saylı qətnamə qəbul edilmişdir. Ancaq cavabdehin 10 il müddətində torpaqdan istifadə etməsini gəlir əldə etməsi nəzərə alınmamışdır. Sadəcə və sadəcə şişirdilmiş bir rəqəm vasitəsilə Zaurdan 10.600 manat tutulması qət edilmişdir. Hesab edirlər ki, 10 il onlara məxsus torpaqdan istifadə etdiyinə görə 52.00 manat pul cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd etdiklərinə görə onlara vurulan ziyan aşağıdakı formadadır. 1.5 ha torpaq sahəsində yonca otu 1 il ərzində 4 dəfə biçilir və cəmi 1 ildə 1300 ədəd kip əldə edilir, 1 kipin qiyməti hal-hazırkı bazar qiymətinə uyğun olaraq 4 (dörd) maanat təşkil edir, beləliklə 1.5 ha torpaq sahəsində 10 ildə 10 x 1300= 13.000 kip yonca otu əldə edilir və 13000 ədəd kip x 4 man- 52.000 manat. Həmin yuxarıda qeyd göstərdikləri onlara dəymiş ziyan mütəxəssis rəyi ilə qiymətləndirilmişdir. Ona görə də onlar da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Surxay qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili X20 iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərk onun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçıları, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 Surxay oğlu xx xxxxxx 1985-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 13 iyun 1970-ci ildə doğulmuşdur. Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 Surxay oğlu 11 fevral 11963-cü ildə doğulmuşdur. Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Otuzikilər kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 255 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı3 Bərdə rayonu, Vəliuşağı kənddində yaşayır və daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Otuzikilər kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 254 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu, Vəliuşağı kənddində yaşayır və daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Otuzikilər kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 256 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Vəliuşağı kənddində yaşayır və daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə şəhər İİMB-nin direktoru X16 tərəfindən verilən rəydə Bərdə rayonu Otuzikilər kənd İcra Nümayəndəliyinin Vəliuşağı kənd sakini Məmmədov Zaur Surxay oğlunun iddia ərizəsində göstərilən 1.5 ha torpaq sahəsində yonca otunun məhsuldarlığı və bir kipin (2010-2020-ci illər ərzində 10 il) hal-hazırki, bazar qiymətlərinə uyğun olaraq ağaşıdakı kimi qiymətləndirilmişdir- 1, 5 ha torpaq sahəsində yoncaa otu 1 il ərzində 4 dəfə biçilir və cəmi 1 ildə 1300 ədəd kip əldə edilir. 11 kipin qiyməti hal-hazırki bazar qiymətinə uyğun olaraq 4 (dörd) maanat təşkil edir.Beləliklə 1.5 ha torpaq sahəsindən 10 ildə 10x1300=13.000 kip yonca otu əldə edilir və 10x1300=13.000 kip x 4 man= 52.000 manat təşkil edir. Mülki işə əlavə olunmuş JN 0038 KOD 61018028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Bərdə rayonu, Vəliuşağı kəndində Məmmədov Surxay Mahmud oğluna, Məmmədova Xəzangül Məhəmməd qızına, Məmmədova Könül Surxay qızına, X9, X18, Əliyeva Şəhri Hikmət qızına 4.50 ha pay torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş JN 0034 KOD 61018028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surtindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Bərdə rayonu, Vəliuşağı kəndində X23 qızına, İddiaçı2, X29 oğluna 2.25 ha pay torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş AZE 08784750 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsgəndərov Ələsgər Bayram oğlu 05 dekabr 1959-cu ildə Laçın rayonunda doğulmuşdur, Laçın rayonu, Ərdəşəvi kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 03001710 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədova Xəzəngül Məhəmməd qızı 01 iyul 1940-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Vəliuşağı kəndinddə qeydiyyatdadır. Mülki işə əlavə olunmuş, Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərimişdir ki, İddiaçı1 məxsus Bərdə rayonu, Vəliuşağı kəndində yerləşən 0.75 ha torpaq sahəsini, bundan başqa iddiaçılar Məmmədova Xəzəngül Məhəmməd qızına məxsus 0.75 ha torpaq sahəsini 100 ilmüddətinə notarial qaydada icarəyə götürmüş, Bərdə Rayon Məhkəməsinin 10.600 manat pulun Zaurdan alınıb ona verilməsinə dair 15 sentyabr 2020-ci il tarixli, 2(021)- 1870 saylı qətnaməsi vardır, hazırda İddiaçı1 ona qarşı qaldırdığı iddia ona olan borcundan yayınması üçündür. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-1870/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin olunmuş, cavabdeh Məmmədov Zaur Surxay oğlundan 10.600 manat pul alınaraq iddiaçı Cavabdeh Bayram oğluna ödənilməsi, cavabdeh İddiaçı1 Surxay oğlundan 30 manat dövlət rüsumu tutularaq dğvlət büdcəsinə ödənilməsi, Bərdə Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(021)-1870/2020 saylı qərardadı ilə qəbul edilmiş iddianın təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan 31 mart 2021-ci il tarixli, 2(104)-1933/2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, cavabdeh İddiaçı1 şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(021)-1870/2020 saylı qərardadı və həmin qərardadla bağlı 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 06 mart 2021-ci il tarixli 3(104)-109/2021 saylı qərarının surətindən müəyyən olunur ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İddiaçı1 oğlunun apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin İddiaçı1 haqqında 02 mart 2021ci il tarixli 3(021)-282/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan ƏN-İ 069639 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 JN 034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsəsən Bərdə rayonu Vəliuşağı kəndində yerləşən mülkiyyətində olan 2.25 ha torpaq sahəsindən özünə məxsus olan 0.75 ha hissəsini üzərində DƏDRX-də, dövlət notariat kontorunda, digər idarə və təşkilatlarda onu təmsil etməyi 100 il müddətinə İsgəndərov Ələsgər Bayram oğluna və X19 oğluna etibar etmişdir. İş materiallarında olan ƏN-İ 069637 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X5 JN 038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsəsən Bərdə rayonu Vəliuşağı kəndində yerləşən mülkiyyətində olan 4.50 ha torpaq sahəsindən özünə məxsus olan 0.75 ha hissəsini üzərində DƏDRX-də, dövlət notariat kontorunda, digər idarə və təşkilatlarda onu təmsil etməyi 100 il müddətinə İsgəndərov Ələsgər Bayram oğluna və X19 oğluna etibar etmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən sübuta yetirilmədi. Belə ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi cavabdehin istifadəsinə icarə müqaviləsi əsasında verilməsi və sonradan icarədə olan müddətdə həmin torpaq sahəsində iddiaçıların istifadə edə bilməmələri və buna görə də onlara ziyanın vurulması faktını iddiaçılar məhkəmə iclasında əsaslandıra bilməmişlər, əksinə olaraq cavabdehin iddiasının Bərdə Rayon Məhkəməsinin 2(021)-1870/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsinə görə belə bir iddia verdiklərini dolayı yolla ifadə etmələri özü-özlüyündə iddiaçıların hansısa hüquqlarının pozulmamasına dəlalət edir və iddia rədd edilməsi üçün əsas hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, verilmiş iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1 Surxay oğlunun, İddiaçı2, İddiaçı3 Surxay qızının cavabdeh İsgəndərov Ələsgər Bayram oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar