Məhkəmə qərarları › İş №2(021)-1962/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1962/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1962/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 qarşı “pul tələbinə dair” və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə 19 sentyabr 2024-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borc 5600 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 100 manat, cəmi 5700 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki maşın təmiri ilə məşğul olur. Onun Cavabdeh ilə tanışlığı maşınını təmir etdirəndə tanış olmuşdur. X1 rayon Əmirli kəndində yaşayır və qeydiyyatdadır. Aqşin bir müddət keçdikdən sonra ona bildirdi ki, ona təcili 7 000 min manat pul lazımdır. O isə cavabında bildirdi ki, qızıl girov qoyaraq pul tapmaq olar. Aqşin ona dedi ki, qızıl tapıb verərəm təki o ona 7000 manat pul tapsın. Onun həyat yoldaşının tanışı olan bir şəxsdən qızılları girov qoyaraq pul götürdü. Hissə-hissə olmaqla o Cavabdeh cəmi ümumilikdə 7000 manat pul götürüb verdi. Aqşin isə polisə verdiyi izahatında güya ondan 7000 manat yox, 6600 manat pul götürmüşdür. Aqşin götürdüyü puldan cəmi 1400 manat pul qaytarmışdır. Pulun qalan hissəsi hal hazırda Aqşində qalır. Aqşin polis şöbəsin yalan ifadə verərək göstərmişdir ki, guya pulları ödəmişdir. Onda girovda qızılları qalmışdır, qızıllarını geri ala bilmir. Aqşin tamam ziddiyyətli yalan ifadələr vermişdir. Hal-hazırda Cavabdeh ona 5600 manat borcu vardir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddianın rədd edilməsi və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdeh İddiaçı borc olaraq verdiyi 1150 manat və götürdüyü borcdan əlavə artıq ödədiyi 4650 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Bərdə rayon Məhkəməsində - ona qarşı iddia ərizəsi ilə müraciət edərək, ondan əsas borc 5600 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, borcu qaytarmaqdan boyun qaçırmaqla, pulun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanmağa görə 100 manat, cəmi 5700 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh İddiaçı ona 5600 əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, pulun ödənilməsini digər şəkildə qecikdirməklə faydalanmağa görə 100 manat, cəmi 5700 manat pul borcunun olmasını heç bir sübutla əsaslandıra bilməmişdir. Ona görə də cavabdeh İddiaçı iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, o, cavabdeh İddiaçı avtomobil təmiri ustası kimi tanımış və ona öz avtomobilini təmir etdirmişdir. Bu səbəbdən də aralarında səmimi münasibət yaranmışdır. 2022-ci ilin yay aylarında İddiaçı pula ehtiyacı olduğunu bildirərək ondan borc pul istəmişdir. O da bir ay ərzində bir neçə dəfəyə cavabdehə borc olaraq cəmi 1150 (bir min yüz əlli) manat pul verdi və sonuncu qısa zamanda borcu qaytaracağına söz verdi. Ancaq cavabdeh götürdüyü öhdəliyə əməl etmədi və söz verdiyi vaxtda borcunu qaytarmadı. 2022-ci ilin oktyabr ayında isə onun pula ehtiyacı yarandı və İddiaçı ona 7000 manat borc pul tapmaqda köməklik edə bilibbilməməsini soruşdu. Cavabdeh isə qızıl əşyası girov qoymaq şərti ilə arvadı Sənəm Teymurovanın faizə pul tapa biləcəyini bildirdi. O da 2 ədəd bilərzik, bir ədəd boyunbağı, 2 ədəd sırğa və bir ədəd üzük gətirib, əvvəl 3 ədədini Nazimə, sonra isə digər 3 ədədini Sənəm Teymurovaya vermişdir. Cavabdeh də qızıl əşyalarına nə qədər pul düşsə götürüb verəcəyinə söz vermişdir. Cavabdeh 11 oktyabr 2023-cü il tarixdə 950 (doqquz yüz əlli) manat, bir neçə gün sonra 2000 (iki min) manat, daha bir neçə gün sonra 2000 (iki min) manat, 19 oktyabr 2022-ci il tarixdə daha 2000 manat verdi və beləliklə cəmi 7000 (yeddi min) manat pul düzəldi. Cavabdeh 10 faiz ödəməklə hər ay ona 700 manat ödəyəcəyini bildirdi. Lakin İddiaçı 7000 manatı ona tam vermədi və vasitəçilik edib pul tapdığı üçün həmin 350 manat özünə götürəcəyini, ancaq 7000 manat pulun faizini, yəni hər ay 700 manat tələb edəcəyini bildirdi və o onunla razılaşmışdır. Bununla da cavabdeh ona 6650 (altı min altı yüz əlli) manat pul verdi. Beləliklə, növbəti bir ayın tamamından başlayaraq o cavabdehin pulunu qaytarmağa başladı və 19 noyabr 2022-ci ildə işlədiyi təmir emalatxanasında ona 700 manat, 15 dekabr 2022-ci ildə yenə təmir emalatxanasında cavabdehə yenə 700 manat, 19 yanvar 2023-cü il və 19 fevral 2023-cü il tarixlərdə İddiaçı 800 manat olmaqla, cəmi 1600 manat pul vermişdir. İddiaçı hər dəfə emalatxanaya gələ bilmədiyini bildirib, bank kartı nömrəsi verməyini xahiş etdi və cavabdeh ona oğlu Amilin bank kartı nömrəsini verdi. Amilin bank kartı "xxxx" ASC-yə məxsus idi və nömrəsi - **********440988 saylı idi. Bundan sonra müxtəlif vaxtlarda :pulları həmin kart vasitəsi ilə ödəməyə başladı və Amilin kartına cəmi 8300 manat pul göndərmişdir. Karta göndərdiyi pulların qəbzlərini ərizəyə əlavə etmişir. 2023-cü ilin mart ayında İddiaçı artıq ödənişini edib qurtardığını, daha ona faiz ödəyə bilmədiyini və əsas borcu bağlayaraq, qızıl əşyalarını qaytarmasını xahiş etmişdir. Cavabdeh onunla razılaşdı, lakin sonra arvadının razılaşmadığını, ödənişlərin heç birinin əsas borcdan silinmədiyini bildirdi və qızıl əşyalarını qaytarmaqdan imtina etdi. Buna görə də Bərdə rayon polis şöbəsinə şikayət ərizəsi verdi və araşdırma zamanı İddiaçı və arvadı Sənəm Teymurova iddia ərizəsində göstərdiyi xüsusatları öz izahatında etiraf etdi. O cavabdehdən 6650 manat borc götürüb, ona cəmi 11300 (on bir min üç yüz) manat pul ödəmişdir. Bununla da cavabdeh ondan borc götürdüyü puldan əlavə 4650 (dörd min altı yüz əlli) manat artıq pul almışdır. Beləliklə onun cavabdehə heç bir borcu qalmamışdır, ondan borc olaraq götürdüyü 6650 manat pulun hamısını qaytarmışdır və əksinə o 2022-ci ilin yay aylarında cavabdeh İddiaçı borc olaraq 1150 manat pul vermişdir və həmçinin cavabdehdən götürdüyü 6650 manat borcdan əlavə ona 4650 manat artıq pul vermişdir. Ona görə də cavabdehə borc verdiyi 1150 manat və götürdüyü borcdan əlavə artıq ödədiyi 4650 manat cavabdehdən alınıb ona verilməlidir. Ona görə də cavabdeh İddiaçı ilk iddiası rədd edilməli və onun qarşılıqlı iddianı təmin edilərək, borc verdiyi 1150 manat və borcdan əlavə artıq ödədiyi 4650 manat cavabdehdən tutulub ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianə təmin edərək cavabdeh İddiaçı borc verdiyi 1150 manat və götürdüyü borcdan əlavə artıq ödədiyi 4650 manat pulların tutulub ona verilməsini xahiş etdi. Məhkəmə ilk iddia üzrə tərəflərin izahatını dinləyib, ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuşdur, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatdadır. Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X7 cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-5118 saylı material üzrə Cavabdeh müraciəti əsasında toplanmış HK-1/5118 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. X3 İddiaçı pul tələbinə görə tərəflərin arasında olan mübahisə mülki xarakterli olduğundan X6 məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Qəbul edilmiş qərarın surəti X4 göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan respublikası CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1734 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. AR-İİİ seriyalı 420125 nömrəli etibarnamədən görünür ki, Vəkil X3 etibarnamə üzrə nümayəndəsidir. 0412862 nömrəli orderdən görünür ki, Vəkil X3 vəkilidir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 86 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, qarşlılıqlı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu İmirli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə göstərir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etiraf edir ki, həqiqətən ilk iddia üzrə Cavabdeh vermiş olduğu 5600 manat məbləğində borc məbləğindən 2022-ci ilin noyabr, dekabr aylarında cəmi 1400 manat ödənilmiş, sonradan 2023-cü ilin fevral ayından etibarən oğlu X8 məxsus bank kartına cavabdeh tərəfindən bu və ya digər vəsaitlər köçürülmüşdür. Belə ki, iş materiallarına əsasən xx.xx.2023-cü il tarixli qəbzlə 600 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 600 manat, xx.xx.2023-cü il tarixlə qəbzlə 700 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1200 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 200 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 300 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 600 manat, xx.xx.2023-ci il tarixli qəbzlə 150 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 200 manat ödənilmişdir. Göstərilənlərə əsasən aşağıdakı düstur müəyyən olunur. 1400+6850-5600=2650 Eyni zamanda İddiaçı məhkəmə baxış iclasında 5600 manat məbləğində borc verməmişdən əvvəl Cavabdeh 1150 manat məbləğində borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İlkin iddia üzrə tələb təmin edilmədiyindən ödənilmiş 86 manat dövlət rüsumu şəxsin özünə aid edilməlidir. Qarşılıqlı iddia üçün ödənilmiş 80 manat dövlət rüsumu iddiaçı Cavabdeh tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 qarşı “pul tələbinə dair”” iddiası rədd edilsin.

2. İlkin iddia üçün ödənilmiş 86 manat dövlət rüsumu İddiaçı aid edilsin.

3. Qarşlıqlı iddia qismən təmin edilsin.

4. Cavabdeh İddiaçı 2650 manat və 1150 manat, cəmi cəmi 3 800 (üç min səkkiz yüz) manat məbləğində pul iddiaçı Cavabdeh xeyrinə tutulsun.

5. Qarşılıqlı iddia üçün ödənilmiş 80 manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin.

6. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin.

7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

8. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar