Məhkəmə qərarları › İş №2(021)-197/2021

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-197/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-197/2021 08.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi_ X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu məhkəmədə iddia qaldıraraq, 24 iyun 2020-ci il tarixdə Cavabdeh 1178,23 manat əsas borc, 1568,71 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 172,96 manat isə kredit üzrə müddət bitəndən sonra konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2919,90 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin “Bərdə” filialı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2015-ci il tarixli 142/06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində istehlak krediti verilmişdir. Eyni zamanda kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə cavabdeh X6 arasında 02 iyul 2015-ci il tarixli 142/06 saylı zaminlik müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin 1.1, 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən zamin duran şəxs borc alanın götürdüyü öhdəlikləri tam şəkildə, yaxud lazımınca icra etməməsi nəticəsində banka dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üçün bank qarşısında borc alanla eyni həcmdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi və yazılı bildirişlərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilələrin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmamazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X7 məhkəməyə ərizə verərək iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh və qeyrisinə qarşı borc tələbinə dair mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh və X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X7 məhkəməyə ərizə verərək mülki işə qiyabi baxılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 iyul 2015-ci il tarixli 142/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin Cavabdeh 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit istehlak məqsədi üçün verilir. İş materiallarında olan 02.07.2015-ci il tarixli 142/06 saylı zaminlik müqaviləsi surətindən müəyyən olunur ki, "xxxx" KB Bərdə filialı ilə fiziki şəxs Cavabdeh arasında 02.07.2015-ci il tarixdə bağlanmış 142/06 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək cəmi 3000 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan borc verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin olmuş şəxs X6 borcalanla birlikdə borc verən qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 02 iyul 2015-ci il tarixli 142/06 saylı kredit müqaviləsi üzrə 17 iyun 2020-ci il tarixə 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 manat borcu vardır. İş materiallarında olan 25 iyun 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə Cavabdeh 2919,90 manat məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08 iyul 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 02 iyul 2015-ci il tarixli, 142/06 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 3000 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 02 iyul 2015-ci il tarixli, 142/06 saylı kredit müqaviləsi üzrə yaranmış 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin X6 kreditor ləğv prosesində olan "xxxx" KB ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdeh X5 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X2 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 238, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 1178,23 manat əsas kredit borcu, 1568,71 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 172,96 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 2919,90 (iki min doqquz yüz on doqquz manat doxsan qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh və X6 qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdırlar. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar