Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1983/2021 01.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 231.69 manat əsas borc və 24.86 manat faiz borcu olmaqla, cəmi 256.55 (iki yüz əlli altı manat, əlli beş qəpik) manat və 20.40 (iyirmi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (№742449.1) əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 5 ədəd qızıl- zinət əşyası (583 əyarlı boyunbağı, bilərzik, komplekt, 2 üzük) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01 avqust 2019 il tarixli, 900805- 742449/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 975 (doqquz yüz yetmiş beş) manat məbləğində kredit verilmişdir. 01 avqust 2019 il tarixli, 106805-501874/2 nömrəli “Girov müqaviləsi”nə əsasən 01 avqust 2019 il tarixli, 900805-742449/1 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 5 ədəd qızıl-zinət əşyası (583 əyarlı boyunbağı, bilərzik, komplekt, 2 üzük) saxlanca qəbul edilmə aktına (№742449.1) əsasən bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 19 aprel 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 231.69 manat əsas borc və 24.86 manat faiz borcu olmaqla, cəmi 256.55 (iki yüz əlli altı manat, əlli beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə- hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2019-cu il tarixli 900805-742449/1 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 975 manat məbləğində kredit verilmişdir. Cavabdeh ona verilmiş krediti və hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2019-cu il tarixli 900805-742449/1 nömrəli girov müqaviləsindən müəyyən olunur ki, müqavilənin predmeti bankla borc alan arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 900805-742449/1 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi müqavilədə qeyd edilmiş əmlakın girova qoyulması barədə razılığa gəlməlidir. -Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 975 manat məbləğində kredit verir. -Girov predmeti boyunbağı, bilərzik, komplekt, 2 üzükdən (29.2-0.5=28.7) ibarətdir. 5 ədəd qızıl-zinət əşyası 1976 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 19.04.2021-ci il tarixə banka 231,69 manat əsas borc və 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 manat borcu mövcuddur. İş materiallarında olan 11 iyun 2020-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh borcunu 16 iyun 2020-ci il tarixədək ödəmədiyi təqdirdə onun işləri Hüquq Departamentinə təqdim ediləcəyi və barələrində məhkəmə qaydasında qanunvericiliyə uyğun qaydada daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu 0,40 manat məbləğində isə xidmət haqqı ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 01 avqust 2019-cu il tarixli 900805-742449/1 saylı kredit müqaviləsi üzrə 231,69 manat əsas borc və 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 manat məbləğində kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 01.08.2019-cu il tarixli 900805-742449/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 231,69 manat əsas borc və 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 manat məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə 231,69 manat əsas borc və 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.3-ci maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 231,69 manat əsas, 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, borc tələbi girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətindəki 28,7 qram çəkidə, 583 əyarlı boyunbağı, bilərzik, komplekt və 2 ədəd üzükdən ibarət qızıl-zinə əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 231,69 manat əsas borc və 24,86 manat faiz borcu olmaqla, cəmi 256,55 (iki yüz əlli altı manat əlli beş qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh tərəfindən girov qoyulmuş 28,7 qram çəkidə, 583 əyarlı boyunbağı, bilərzik, komplekt və 2 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin və açıq hərracdan satılsın. Əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1983/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1983/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver