Məhkəmə qərarları › İş №2(021)-199/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-199/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-199/2021 23.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi_ X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdeh Musayeva Samayya Əsgər qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 19.06.2020-ci il tarixə Musayeva Samayya Əsgər qızının 1800,80 manat əsas borc, 1482,01 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 277,25 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 3650,06 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Musayeva Samayya Əsgər oğlundan tutularaq ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin “Bərdə” filialı ilə cavabdeh Musayeva Samayya Əsgər qızı arasında baglanmış 26 may 2015-ci il tarixli 104/06 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 3000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqavilənin 2.3, 4.3, 5.2, 7.2.2ci bəndlərinə əsasən borc alan Musayeva Samayya Əsgər qızı kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şıfahi və yazılı bildirişlərlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi Bank tərəflər arasında baglanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Hazırda, 19 iyun 2020-ci il tarixə Musayeva Samayya Əsgər qızının 1800,80 manat əsas borc, 1482,01 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 277,25 manat isə kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci bəndinə əsasən, müqavilələrin quvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. Bərdə Rayon Məhkəməsinin 2(021)-2507/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadına əsasən iddia ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdeh Musayeva Samayya Əsgər qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6070 saylı 26 yanvar 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC ilə Musayeva Samayya Əsgər qızı arasında bağlanmış 26.05.2015-ci il tarixli 104/06 saylı kredit müqaviləsi üzrə Musayeva Samayya Əsgər qızının 09 iyun 2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 2692,74 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə 1901,32 manat, faiz borcu üzrə 791,42 manat. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Musayeva Samayya Əsgər qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26 may 2015-ci il tarixli 104/06 saylı kredit müqaviləsi surətindən müəyyən edilir ki, bu müqavilənin predmetini ləğv prosesində olan "xxxx" KB ASC-nin Musayeva Samayya Əsgər qızına 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verməyi, borcalanın isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri banka qaytarmasına dair pul öhdəliyi təşkil edir. -borcalana kredit istehlak məqsədi üçün verilir. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Musayeva Samayya Əsgər qızının 26 may 2015-ci il tarixli 104/06 saylı kredit müqaviləsi üzrə 09 iyun 2020-ci il tarixə 1800,80 manat əsas kredit borcu, 1482,01 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 277,25 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 3560,06 manat borcu vardır. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həll etmək məqsədilə Musayeva Samayya Əsgər qızına 3560,06 manat məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin etməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08 iyul 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh Musayeva Samayya Əsgər qızının 104/06 saylı kredit müqaviləsinə əsasən 09 iyun 2020-ci il tarixə 1800,80 manat əsas, 1482,01 manat faiz məbləğində borcu olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6070 saylı 26 yanvar 2021-ci il tarixli rəyində isə əsas borcu 1901,32 manat, faiz borcu 791,42 manat məbləğində olması göstərilmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 1800,80 manat əsas kredit borcu tələb etdiyindən iddia tələbi əsas borcun tutulmasına dair hissədə iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. İddianın faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1482,01 manat faiz borcu tələb etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6070 saylı 26 yanvar 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği 791,42 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulmasına dair hissədə ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh Musayeva Samayya Əsgər qızı 26 may 2015-ci il tarixli, 104/06 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 3000 manat məbləğində krediti vaxtında icra etmədiyindən, hazırda onun 1800,80 manat əsas kredit borcu, 791,42 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Musayeva Samayya Əsgər oğlunun 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1800,80 manat əsas kredit borcu, 791,42 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh Musayeva Samayya Əsgər qızı 26 may 2015-ci il tarixli, 104/06 saylı kredit müqaviləsi üzrə yaranmış 1800,80 manat əsas kredit borcu, 791,42 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Musayeva Samayya Əsgər qızının 3000 manat məbləğində kredit alması və həmin kredit üzrə 1800,80 manat əsas kredit borcu, 791,42 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin 277,25 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Musayeva Samayya Əsgər qızından alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 yanvar 2021-ci il tarixli 9/6070 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın 55 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-dən və 90 manat hissəsi isə cavabdeh Musayeva Samayya Əsgər qızından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdeh Musayeva Samayya Əsgər qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Musayeva Samayya Əsgər qızından 1800,80 manat əsas kredit borcu, 791,42 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, cəmi 2592,22 (iki min beş yüz doxsan iki manat iyirmi iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın 55(əli beş) manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətindən və 90(doxsan) manat hissəsi isə cavabdeh Musayeva Samayya Əsgər qızından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar