Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1995/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1 və İddiaçı2 Bunyət oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayonu Türkmən kəndində qeydiyyatda olan Cavabdeh 750 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulub onların xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, işlədikləri Bərdə Ticarət Mərkəzində (təzə bazar ərazisi) 19 fevral 2022-ci ildə əvvəllər də onlardan bir dəfə qızıl zinət əşyaları almış Bərdə rayonu Türkmən kəndində yaşayan Cavabdeh adlı təxminən 60-65 yaşı olan qadın onun yanına gələrək, gəlininə qızıl zinət əşyaları almaq istədiyini bildirib və onda olan bir ədəd sep, bir ədəd üzük və bir cüt sırğanı götürdü ki, gəlini çöldə maşındadır, aparıb gəlimimə göstərəcək. Həmin vaxt Qənirə ondan adı çəkilən qızıl zinət əşyalarını götürdüyü məqamda adını bilmədiyi oğlu anasının arxasında dayanıb stolun üstündə olan üzüklərə baxıb, anası qızıl zinət əşyalarını götürüb çölə çıxan kimi oğlu anasından qabaq çölə çıxaraq qaçıblar. Həmin anda stolun üstündə qoyduqları üzüyün birinin olmadığını görmüşlər, dərhal mağazandan çölə çıxmışlar. Qənirə və oğlunun olmadığını, onlara məxsus qızıl-zinət əşyalarını oğurlayıb qaçmışlar. Bundan sonra onlar bazardan Qənirənin harada yaşadığını öyrənib evinə getmişlər, bir neçə gün Qənirəgilə gedib gəlsələr də onların evdə olmadığını görmüşlər. Daha sonra Qənirənin telefon nömrəsinə zəng ediblər, telefona Qənirənin oğlu cavab vermiş, onlardan oğurladıqları qızıl əşyalarını qaytarmasalar polisə verəcəklərini bildirmişlər. Qənirənin oğlu bildirdmişdir ki, anası əməliyyat olunub, bir iki gün gözləyin, uzağı üç gündən sonra pulu qaytaracağını demişdir. Lakin pulu və ya qızılları qaytarmamışdır. Bundan sonra bir neçə dəfə Qənirə ilə görüşmüşlər, Qənirədə pulu verəcəyini söz versə də verməmişdir. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinə şikayət etmişlər, orda Qənirə onlara 750 manat borclu olduğu etiraf etmiş, lakin həmin puldan 350 manat qaytardığını bildirsə də, bu yalandır, Qənirə onlara pul qaytarmamışdır. Tərəflərindən dəfələrlə Qənirəyə xəbərdarlıq edilsə də cavabdeh hər dəfə vəd versə də pulu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qismən qəbul edərək, iddiaçıya qeyd etdiyi qızıl zinət əşyalarına görə 750 manat borcunun olduğunu, həmin puldan hal-hazırda 400 manat borclu qaldığını göstərmişdir. İş üzrə tərəflərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 25 mart 1978-ci ildə Ağdam rayonu, Umudlu kəndində doğulmuş, Tərtər rayonu, Ağdərə qəsəbəsində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA 1152247nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 Bünyat oğlu xx xxxxxx 1979-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin 08 aprel 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarın surətindən müəyyən olunur ki, cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə olunmuş qəbzdə yazılmışdır: “Mən Cavabdeh qızıl satan Naziməyə 750 manat borcum var, 3 ay müddətinə verəcəm”. Mülki işə əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2751 saylı, 16 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Zeynalov X3 şəhəri, Q.B.Zakir küçəsi 6 nömrəli evdə yaşayır. Mülki işə əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2734 saylı, 16 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə şəhəri, Q.B.Zakir küçəsi 6A nömrəli evdə yaşayır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600 və 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “pul tələbi” barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı nisyə alqı-satqı münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdehl zinət əşyaları aldığını və həmin qızıl əşyalarına görə 750 manat borclu qalmasını məhkəmə iclasında qismən etiraf etmişdir. Belə ki, cavabdeh hazırda 400 manat borclu qlamasını iddia etsə də, 350 manat məbləğində pulu harda və necə ödəməsini əsaslandıra bilməmiş və bu barədə sübutlarını və dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Bunyət oğlunun xeyrinə 750 manat məbləğində pul tutulmalıdır. Azərbayca Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 750 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Bünyat oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1995/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1995/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver