Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2/2024 09.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3) qarşı “Borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə keçmiş "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında bağlanmış 2016-cı il 31 mart tarixli 127-16B nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2016-cı il 31 mart tarixli 127-16B nömrəli kredit müqaviləsi üzrə 5543.62 manat əsas, 1007.52 manat hesablanmış faiz, 2614.34 manat dəbbə pulu olmaqla, cəmi 9165.48 manat borcu, hüquqi vardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 16000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Cavabdeh1, X8, Cavabdeh5, Cavabdeh4 və Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı olmaqla, 95.6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m. ümumi sahədən ibarət həyətyanı tikili və qurğular (1 mərtəbəli təsərrüfat damı 17 kv.m., 1 mərtəbəli tövlə 94.6 kv.m., 1 hamam 5 kv.m.) açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Cavabdeh1, X5, Cavabdeh5, Cavabdeh4 və Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı, 95.6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m. ümumi sahədən ibarət həyətyani tikili və qurğulardan (1 mərtəbəli təsərrüfat damı 17 kv.m., 1 mərtəbəli tövlə 94.6 kv.m., 1 hamam 5 kv.m.) orada yaşayanlar Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh4, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızı və digərlərinin qeydiyyatdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması, bir ay müddətinə könüllü olaraq fərdi yaşayış evini tərk etmədikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəlki "xxxx" ASC-dən (indiki "xxxx" BOKT ASC) 2016-cı il 31 mart tarixli 127-16B nömrəli kredit müqaviləsinə əsasən illik 6 faizlə 12 ay güzəştlə, 36 ay müddətinə 6000 (altı min) manat kredit almışdır. 2016-cı il 31 mart tarixli 127-16B nömrəli kredit müqaviləsinin təminatı olaraq: Cavabdeh1, X8, Cavabdeh5, Cavabdeh4, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı, 95.6 kv.m. sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m. ümumi sahədən ibarət həyətyani tikili və qurğular (1 mərtəbəli təsərrüfat damı 17 kv.m, 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) 2016-cı il 31 mart tarixli 127-16B nömrəli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 3.3 bəndinə əsasən SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda və ya Agentliyə qaytarılarsa, həmin andan borclu ilə "Parabank” ASC arasında müvəkkil bankın faiz tariflərinə müvafiq qaydada, yəni 32 %-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələrilə ödəməlidir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2017-ci il dekabrın 19-dək Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2016-cı il 31 mart tarixli 127-16B nömrəli kredit müqaviləsi üzrə 5 543.62 manat əsas, 1 007.52 manat hesablanmış faiz, 2 614.34 manat dəbbə pulu olmaqla, cəmi 9 165.48 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. İpoteka müqaviləsinin 3.1-ci bəndində göstərilir ki, müstəqil qiymətləndiricinin rəyinə əsasən ipotekanın predmeti 16 000 (on altı min) manat qiymətləndirilmişdir. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X9 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək,iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, 31 mart 2016-cı il tarixdə "xxxx" ASC-dən 6000 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Cərimə borcu silinməklə iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və onların gəlməməsinin üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İstinad edilən qanunvericilik normasında qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh1 xx.xx.1971-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh2 xx.xx.1972-ci ildə Tərtər rayonu Seyidimli kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh3 oğlu xx.xx.1996-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh4 xx.xx.1994-cü ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh5 xx.xx.1992-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. 31 mart 2016-cı il tarixli 127-16B saylı kredit (borc) müqaviləsindən görünür ki, Kreditor-"xxxx" Açıq Səhmdar Cəmiyyəti borclu-Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 6000 (altı min) manat məbləğində kredit vermişdir. 27 yanvar 2011-ci il tarixli 60/12PB saylı İpoteka (girov) müqaviləsindən görünür ki, bu müqavilənin predmeti Cavabdeh1 ilə ipoteka saxlayan "xxxx" ASC-nin Ağcabədi filialı arasında bağlanmış 27 yanvar 2012-ci il tarixli 60/12PB nömrəli kredit müqaviləsi üzrə: illik 24 faizlə, 4 ay güzəştli dövr olmaqla, 18 ay müddətinə, 10 000 manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. -Kredit müqaviləsi bağlanarkən borclu kredit götürdüyü pul vəsaiti ilə bir vaxtda borcun ödənilməsinin üsulunu və qeyri-şərtlərini tənzimləyən ona verilmiş ödəniş cədvəlini almışdır və ona dönmədən əməl etməlidir. Bu cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. -İpotekanın predmeti Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və X3 ümumi birgə mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MA ******* nömrəli, 25 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində **********99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bərdə rayonu Hacallı kəndində 0,2072 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyətdə olan 95,6 kv.m ümumi sahədən, 69 kv.m yaşayış, 26,6 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və onun tərkibindəki ümumi sahəsi 116,6 kv.m olan tikili və qurğulardır. xx.xx.2016-cı il tarixli 127-16B nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1, öz mülkiyyətindəki daşınmaz əmlakı xx.xx.2016-cı il tarixli 127- 16B nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 mövcud borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. -İpotekanın predmeti: Bərdə rayonu, Hacallı kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərindəki 0,2072 ha torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26,6 kv.m yardımçı, 95,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) 1 mərtəbəli tövlə 94,6 kv.m, 1 mərtəbəli təsərrüfat damı 17 kv.m, 1 mərtəbəli hamam 5 kv.m. -İpoteka predmetinin hüquqmüəyyənedici sənədi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsində xx.xx.2011-ci ildə 25 nömrəli reyestr kitabının 91 nömrəli səhifəsində **********99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızına verilmiş MA seriyalı ******* nömrəli çıxarış. -Müstəqil qiymətləndiricinin rəyinə əsasən bu müqavilə bağlanan günə ipoteka predmetinin likvid qiyməti 16000 (on altı min) manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 127-16B nömrəli Daşınar Əmlakın Girov Müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu: Cavabdeh1 ilə girov saxlayan "xxxx" ASC-nin Ağcabədi filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 127-16B nömrəli kredit (borc) müqaviləsi üzrə: illik 6 faizlə, 12 ay güzəşt dövrü olmaqla, 36 ay müddətinə, 6000 manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflərin qarşılıqlı razılığına əsasən ev əşyaları 390 (üç yüz doxsan) manat, 45 (qırx beş) baş İBM 31500 (otuz bir min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Hacallı kəndində 0,2072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 69 kv.m, yardımçı sahəsi 26,6 kv.m, ümumi sahəsi 95,6 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və X3 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və X3 mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evi 0,2072 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin Ağcabədi filialında ipoteka ilə yüklü edilmişdir. 19 dekabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 xx.xx.2016-cı il tarixli 127-16B nömrəli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nə 5543,62 manat əsas, 1007,52 manat faiz, 2614,34 manat dəbbə, cəmi 9165,48 manat borcu vardır. 06 dekabr 2017-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdehlərə 7 gün müddətində borc ödənilmədiyi halda məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. 19 dekabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərardadına əsasən İddiaçı BOKT ASC-nin Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iddiası üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2019-cu il tarixli 31150 nömrəli rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanılmış 127-16B saylı, 31 mart 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 21 dekabr 2017-ci il tarixə olan borcu 5466.26 manat məbləğində müəyyən olunur: əsas borc üzrə 5446,29 manat, faiz borcu üzrə 19,97 manat. Bərdə Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “Borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbi barədə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X7 Mərkəzi” MMC-nə həvalə edilmişdir. “X7 Mərkəzi” MMC-nin 18 sentyabr 2023-cü il tarixli YDQM 021-046/2023 nömrəli rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və likvid dəyəri müəyyən edilmişdir. -Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, Bərdə rayonu Hacallı kəndində 0,2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26,6 kv.m yardımçı, 95,6 kv.m ümumi sahədən ibarət bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116,6 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğuların qiymətləndirmə tarixinə bazar dəyəri 48950 (qırx səkkiz min doqquz yüz əlli) manat, likvid dəyəri isə 39160 (otuz doqquz min bir yüz altmış) manat təşkil edir. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 9/2653 nömrəli Əlavə məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri və tərəflər arasında bağlanılmış 127-16B saylı, 31 mart 2016-cı il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ekspert qarşısında qoyulmuş sual üzrə 20 fevral 2024-cü il tarixə olan borcu 6423,63 manat müəyyən olunur: əsas borc üzrə 4546,29 manat, faiz borcu üzrə 1877,34 manat. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, Cavabdeh1 31 mart 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC-dən 6000 manat məbləğində kredit götürmüş, kredit borcunun bir hissəsini ödəsə də, 4546,29 manat əsas, 1007,52 manat faiz və 2614,34 manat cərimə borcu qalmışdır. İddia ərizəsində əsas kredit borcu 5543,62 manat, faiz borcu 1007,52 manat qeyd edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 9/2653 nömrəli rəyində əsas kredit borcunun 4546,29 manat, faiz borcunun isə 1877,34 manat olduğu müəyyən edilmişdir. İddia ərizəsində 1007.52 manat hesablanmış faiz tələb edilsə də, qeyd edildiyi kimi 10 may 2024-cü il tarixli ekspert rəyində faiz borcunun məbləği 1877,34 manat hesablanmışdır. Lakin məhkəmə yalnız verilmiş tələb üzrə qətnamə çıxardığından faiz borcu iddia ərizəsində göstərilən məbləğdə təmin edilə bilər. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması tələbinə dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 9/2653 nömrəli Əlavə məhkəmə-mühasibatlıq ekspertizası rəyinə uyğun qaydada, faiz borcunun tutulmasına dair hissədə isə iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 31 mart 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4546,29 manat əsas, 1007,52 manat faiz borcu yaranması sübuta yetirilmişdir. Cavabdeh1 31 mart 2016-cı il tarixə 127-16B nömrəli kredit müqaviləsi üzrə 4546,29 manat məbləğində əsas, 1007,52 manat məbləğində faiz borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 31 mart 2016-cı il tarixli 127-16B saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu müəyyən edilən qrafik üzrə hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, İddiaçı BOKT ASC tərəfindən müəyyən edilmiş 2614,34 manat məbləğdə məbləğində cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 100 manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə görə, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. [7] 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan iltizamdan görünür ki, cavabdehlər ipoteka qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana verildiyi (göndərildiyi) andan 7 (yeddi) gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində fərdi yaşayış evini könüllü tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 31 mart 2016-cı il tarixli, 127-16B nömrəli kredit müqaviləsi üzrə 4546,29 manat məbləğində əsas, 1007,52 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 5653,81 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş cavabdehlər Cavabdeh1, X5, Cavabdeh5, Cavabdeh4, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı olmaqla, 95.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğular (1 mərtəbəli təsərrüfat damı 17 kv.m., 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh5, Cavabdeh4 və Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızı ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdələrinə götürdüyündən, tutma ipoteka qoyulmuş Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı olmaqla, 95.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğulara (1 mərtəbəli təsərrüfat damı 17 kv.m., 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) yönəldilərək satıldıqdan sonra cavabdehlər həmin evdən qeydiyyatdan çıxarılmalı və bir ay müddətinə yaşadıqları həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 01 aprel 2016-cı il tarixli 127-16B nömrəli Sonrakı İpoteka müqaviləsində cavabdehlərin mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsinin, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı olmaqla, 95.6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğuların (1 mərtəbəli təsərrüfat damı 17 kv.m., 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) 16000 manat qeyd edilsə də, “X7 Mərkəzi” MMC-nin 18 sentyabr 2023-cü il tarixli YDQM 021-046/2023 nömrəli rəyindən müəyyən olunur ki, Bərdə rayonu Hacallı kəndində 0,2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26,6 kv.m yardımçı, 95,6 kv.m ümumi sahədən ibarət bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116,6 kv.m ümumi sahədən ibarət həyətyanı tikili və qurğuların likvid qiyməti 39160 (otuz doqquz min bir yüz altmış) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyinə uyğun qaydada, yəni 39160 manat dəyərində qiymətləndirilməlidir. İddianın hüquqi vardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı BOKT ASC öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 11 mart 2019-cu il tarixli 31150 nömrəli və 10 may 2024-cü il tarixli 9/2653 nömrəli bildirişlərdən müəyyən edilir ki, Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 245 (iki yüz qırx beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “Borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 ilə keçmiş "xxxx" ASC (indiki "PARA” BOKT ASC) arasında bağlanmış 2016-cı il 31 mart tarixli 127-16B nömrəli müqaviləyə xitam verilsin. Cavabdeh1 4546,29 manat məbləğində əsas, 1007,52 manat məbləğində faiz borcu, 100 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5683,81 (beş min altı yüz səksən üç manat 81 qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Bank Olmayan Kredit X11 Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh1, X5, Cavabdeh5, Cavabdeh4 və Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsinə, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı. 95.6 kv.m. sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyani tikili və qurğulara (1 mərtəbəli təsərrüfat damı 17 kv.m. 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) yönəldilsin. Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı, 95.6 kv.m. sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m. ümumi sahədən ibarət həyətyani tikili və qurğular (1 mərtəbəli təsərrüfat damı 17 kv.m. 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) açıq hərracda satılsın. Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsinin, torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26.6 kv.m yardımçı, 95.6 kv.m sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyani tikili və qurğuların (1 mərtəbəli təsərrüfat damı 17 kv.m. 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) satışından əldə olunan vəsait hesabına borc ödənilsin. Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26.6 kv.m yardımçı, 95.6 kv.m sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyani tikili və qurğular (1 mərtəbəli təsərrüfat damı 17 kv.m. 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) açıq hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, X5, Cavabdeh5, X1, Zeynalova (Baxşalıyeva) Nüşabə Elçin qızının həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsınlar. Bərdə rayonu Hacallı kəndində 0.2072 ha torpaq sahəsinin, torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 26.6 kv.m yardımçı, 95.6 kv.m sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin, həmin yaşayış evinin tərkibində 116.6 kv.m ümumi sahədən ibarət həyətyani tikili və qurğuların (1 mərtəbəli təsərrüfat damı 17 kv.m. 1 mərtəbəli tövlə 94.6 kv.m, 1 hamam 5 kv.m) ilkin satış qiyməti 39160 (otuz doqquz min bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 245 (iki yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver