Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2020/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul və ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Möhübbət oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və ziyan tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mustafayev Vidadi Məhəbbət oğlundan Bərdə rayonu Otuzikilər kənd ünvanında yerləşən onun mülkiyyətində olan 1 ha torpaq sahəsini almaq üçün vermiş olduğu 4000 manat pulun və ona vurmuş olduğu 1200 manat maddi ziyanın alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Mustafayev Vidadi Möhübbət oğlu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şərif oğluna qarşı pul və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tələb etdiyi 4000 manat və 1200 manat maddi ziyanla bağlı iddia ərizəsini rədd edilməsi, ona məxsus olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 1 ha torpaq sahəsindən 15 il ərzində minimum 6000 ədəddən çox yonca presi hesablanmasına və cavabdehdən ümumilikdə 8000 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvüləri ilə birlikdə ünvan 1ində yaşayırlar. Şəhid ailəsidir. 01 fevral 2006-cı il tarixdə həmkəndlisi olan hazırkı iş üzrə Cavabdeh Məhəbbət oğlundan ünvan 1ində yerləşən 1 ha torpaq sahəsi almışdır. Həmin 1 ha torpaq sahəsini ünvan 1 Bələdiyyəsinin sədrinin, sədr müavinin, bələdiyyə üzvünün və cavabdehin həyat yoldaşının iştirakı ilə 4000 manat ödəyərək almışdır. Bələdiyyə sədrinin iştirakı ilə öz aralarında 01 fevral 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtdan isə həmin torpaq sahəsini o istifadə edir. 1 ha torpaq sahəsində uzun müddətdir ki, yonca əkib, oradan yonca presi götürmüşdür. Onlar isə yenidən 1 ha torpaq sahəsində yonca kipi götürəcəkdir. Lakin 19 may 2021-ci il tarixdə səhər saatlarında torpaq sahəsinə getdiyi zaman görmüşdür ki, ünvan 1ində yerləşən 1 ha torpaq sahəsinə əkmiş olduğu yoncanı Cavabdeh tərəfindən 18 may 2021-ci il tarixdə gecə saatlarında şumlamışdır. Cavabdeh gecə saatlarında qanunsuz olaraq onlara məxsus olan torpaq sahəsindən yoncanı şumlayıbdır. Cavabdehin heç bir hüquqi əsası yoxdur ki, onların torpaq sahəsini qanunsuz olaraq şumlasın. Onlar isə həmin yoncanı əkmişdi ki, gəlir əldə etsinlər. 1 ha torpaq sahəsindən 4 biçin götürmək mümkündür. Hər 1 ha üçün orta hesabla 120 yonca kipi götürmək mümkündür. Bu da il ərzində 1 ha sahədən 360 yonca kipi deməkdir. 2021-ci ildə yonca kipinin bazar qiyməti 2.50 manat olduğu üçün 1 ha torpaq sahəsindən 1 il ərzində 1200 manat gəlir əldə etmək olar. Nəticədə onlara 1200 manat məbləğində ziyan dəymişdir. Cavabdehə niyə belə bir hərəkəti etməsini soruşduqda onu və ailə üzvlərini təhqir edərək, torpaq ona məxsus olduğunu bildirir və ona vurmuş olduğu ziyanı tələb etməyini bildirsə də heç bir nəticəsi olmamışdır. Halbu ki, onlar 4000 manat pul ödüyərək həmin torpaq sahəsini almışdır. Cavabdehin etdiyi hərəkətlərin qanunssuz olması ilə əlaqədar ona Bərdə rayonu Polis Şöbəsinə şikayət ərizəsi ilədə müraciət etmişdir. Şəhid ailəsinə belə bir hərəkət etmələri düzgün deyil. Onlar həmin torpaq sahəsini almaq üçün valdeyinləri gəlir əldə etdikləri mal-heyvanlarını satıb ona pul vermişdilər. Cavabdeh qanunsuz yonça sahəsini şumladığı üçün hal-hazırda cavabdehdən torpaq sahəsinə vermiş olduğu 4000 manat pulu və vurmuş olduğu 1200 manat ziyanın ödənilməsini istəyir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh Möhübbət oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Otuzikilər kənd sakini İddiaçı oğlun ona qarşı 4000 manat və 1200 manat guya ona ziyan vudruğuna görə tələb edir. Adı çəkilən Bərdə rayonu Otuzikilər kəndində yaaşayan İddiaçı oğlu 01 fevral 2006-cı il tarixdə ona məxsus ümumi sahəsi 1 ha torpağı 400 manat (paçka şirvana) razılaşaraq adı çəkilən şəxsə ona və ailəsinə məxsus torpaqdan istifadə etsin. Çünki maddi rifah halı yaxşı olmadığını ona bildirmişdir, ona həmin torpağı becərərək, rifah halının yaxşılaşdırılmasına ona kömək etməyimi xahiş etmişdir. Təxminən 2017-ci ildən sonra ona verdiyi 400 manatı qaytarıb öz torpağından istifadə edəcəyini bildirsə də, ona 4000 manat borclu olduğunu bildirmişdir. Halbu ki, 15 il ərzində hər il minimum 400 yonca presi ona məxsus olan torpaq sahəsində götürmüş, ümumilikdə minimum 6000 ədəd yonca presi götürmüşdür. Belə olan halda bu günki gün hesab edir ki, cavabdeh ona ən azından 8000 manat ödəniş etməlidir. Çünki gələn gəlirin bir qismi ona, bir qismi onun torpağından istifadə edənə məxsusdur. Cavabdehin ondan tələb etdiyi 4000 manat və 1200 manat maddi ziyanın ləğv olunması onun xeyrinə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı Şərif oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını, qarşılıqlı iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Dadaşov Cabbar Şərif oğlu xx xxxx 1974-cü ildə Ağdərə rayonunda doğulmuşdur, Tərtər rayonu Çardaxlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Möhübbət oğlu 12 sentyabr 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 219 nömrəli, 10 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Mülki işə əlavə edilmiş 95 nömrəli şəhid ailəsi vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 şəhid ailəsi kimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 01 fevral 2006-cı il tarixli müqavilənamənin surətindən müəyyən olunur ki, Otuzikilər kənd sakini Cavabdeh Möhübbət oğlu, həyat yoldaşı Mustafayeva Amalya 364 nömrəli dövlət aktı əsasında torpaq sahələrini İddiaçı satmışdır. Mülki işə əlavə edilmiş may 2021-ci il tarixli aktın sürətindən müəyyən olunur ki, Dadaşov Cabbarın bələdiyyəyə etdiyi şikayət ərizəsinə əsasən 1 ha torpaq sahəsinə baxış keçirilib, yonca sahəsinin qeyri qanuni şumlanması aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş JN 364 KOD ******* olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən müəyyən olunur ki, X1, X3, Cavabdeh Möhübbət oğluna, Mustafayeva Amalya Pənah qızına ünvan 1ində Bərdə rayon Aqrar islahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli qərarına əsasən 1.39 ha torpaq sahəsi verilmişdir. Qeyd edilənlərə əsasən məhkmə belə hesab edir ki, ilkin iddia qismən əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia ərizəsində isə ilkin iddia üzrə cavabdeh hər hansısa sübut təqdim etmədiyindən, hesablanmış zərər məbləğinin sadəcə ehtimallara söykənməsini nəzərə alaraq rədd edilməlidir. Belə ki, iş materiallarından və iddiaçının çıxışlarından da müəyyən olunur ki, 01 fevral 2006-cı il tarixdə Cavabdeh və arvadı Mustafayeva Amalya mübahisəli torpaq sahəsini İddiaçı 4.600.000 köhnə Azərbayan manatına satmış, torpaq qaytarıldığı təqdirdə isə həmin məbləği geri qaytaracağına dair tərəflər üzərilərinə öhdəlik götürmüşlər. Bundan başqa tərəflər öhdəlik olaraq qeyd etmişlər ki, əgər torpağı satan torpağı geri qaytarasa o zaman ödənilmiş pulun üç qatını (4.600.000x3=13.800.000) ödəməlidir. İş materiallarından və eləcə də, ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktın surətindən də görünür ki, həmin torpaq sahəsi artıq Cavabdeh tərəfindən geri alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, torpaq hazırda cavabdeh tərəfindən geri alındığından, iddiaçı tərəfindən torpaqda istifadə qeyri-mümkün olduğundan həmin torpaq sahəsi üçü ödənilmiş olan vəsaitin üç qatı, yəni köhnə Azərbaycan manatı ilə 13.800.000 manat, hazırki məzənnə ilə 2.760 manat (13.800.000/5000=2760) pul vəsaiti ilkin iddia üzrə Cavabdeh alınaraq ididaçı İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia isə təmin olunamamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh Mustafayev Vidadi Məhəbbət oğlundan 2760 manat alınaraq ilk iddia üzrə İddiaçı Şərif oğluna verilsin. İddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh Mustafayev Vidadi Məhəbbət oğluna aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2020/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2020/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver