Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2026/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 14.000 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi qismən tanıyır. Cavabdeh Bərdə şəhərinin mərkəzində özünə məxsus olan mənzili satdığı üçün və onlar da ev almaq istədikləri üçün bir çox şəxslərin tanışılığı ilə həmin şəxsi tanımışdır. Cavabdeh onları ev ilə tanış etdikdən sonra onlar razılaşmışlar və Cavabdeh dediyi 42.000 manat pulu ödəmişlər. Lakin evin sənədinin olmadığını bildiyi an 4 günün içərisində cavabdehə evin açarını vermiş və verdiyi 42.000 manat pulu geri istəmişdir. Cavabdeh 28.000 manat pulu ona gətirərək geri qalan 14.000 manat pulu isə tez bir zamanda geri verəcəyini demişdir. O cavabdehin dediyi sözə inanaraq bir neçə ay gözləmişdir. Lakin cavabdeh verdiyi sözə inanaraq bir neçə ay gözləmişdir. Lakin cavabdeh vermiş olduğu sözü tutumadığı üçün onunla əlaqə saxlamış və tez bir zamanda pulunu verməsini istəmişdir. Cavabdeh pulunu vermədiyi üçün o "xxxx" MMC–yə yaxınlaşaraq Cavabdeh ilə aralarında 16 noyabr 2023-cü il tarixdə borc müqaviləsi bağlamışlar. Cavabdeh müqavilədə özünə məxsus evi satdıqdan sonra ona borclu olduğu 14.000 manat pulu geri verəcəyini öz üzərinə götürmüşdür. Lakin borc müqaviləsindən 1 il 3 ay keçməsinə baxmayaraq cavabdeh vermiş olduğu sözünü yerinə yetirməmiş, hazırda cavabdeh ona borclu olduğu 14.000 manat pulu geri vermədiyi üçün o da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək səhhətində olan narahatçılıqla əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, maddi problemləri olduğu üçün özünə məxsus olan mənzili İddiaçı 42.000 manata satmışdır. İddiaçı bir aya yaxın həmin evdə yaşadıqdan sonra evin mülkiyyət sənədi olmadığı üçün evi geri qaytarmış və ondan verdiyi pulu tələbi etmişdir. Həmin məbləğdən 28.000 manatını iddiaçıya qaytarmış, lakin 14.000 manatını borclu qalmışdır. Hazırda həmin məbləği ödəməkdən imtina etmir, lakin maddi imkanı olmadığına görə qaytara bilmir özünə məxsus ev nə zaman satılsa iddiaçının pulunu ödəyəcəkdir. Məhkəmədə ona verilən suallara cavab olaraq, cavabdeh X1 bildirmişdir ki, qeyd edilən evin mülkiyyət sənədi yoxdur, bu səbəbdən evi alan yoxdur. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxx 1951-ci ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı 14.000 manat pul məbləğini Cavabdeh məxsus fərdi yaşayış evini satdıqdan sonra qaytarmaq şərti ilə borcunu ödəmək məqsədilə Cavabdeh vermişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar Sahəsi tərəfindən verilmiş 103 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər şəhəri V.Həsənov küçəsi bina 2 mənzil 9-da yaşayır. Mülki işə əlavə olunmuş 21 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 132.40 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh 14000 manat məbləğində iddiaçıya borcunun olduğunu etiraf edir. Bu işin mübahisəsiz halıdır. Cavabdeh eyni zamanda borcun qaytarılmasını ona məxsus evin satılması zamanı ilə şərtləndirərək aralarında müqavilə olduğunu rəhbər tutur. Məhkəmə hesab edir ki, bu cür şərtin müqaviləyə daxil edilməsi müqavilənin həmin hissədə etibarsızlığına səbəb olan haldır. Belə ki, sözü gedən daşınmaz əmlaka cavabdehin mülkiyyət hüququ yoxdur. Cavabdehin həmin əmlaka mülkiyyət hüququnun olmaması həmin əmlakla bağlı bağlanan bütün əqdlərin etibarsızlığına səbəb olacaqdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin 1.1-ci bəndinin tələbləri hissəsində etibarsız hesab edilməli, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 14000 manat məbləğində vəsait cavabdehə geri qaytarılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən ödənilmiş 132 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14.000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 132 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2026/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2026/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver