Məhkəmə qərarları › İş №2(021)-2031/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2031/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2031/2024 15.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8.800 (səkkiz min səkkiz yüz) manat, əldən çıxmış fayda şəklində 1.000 manat və ödənilmiş dövlət rüsumu 118 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə Rayon Ticarət Mərkəzində qızıl alveri ilə məşğuldur. Hazırki iş üzrə cavabdeh X3 dostu Vahidin vasitəsilə əvvəldən tanıyıb. 2023-cü ilin aprel-iyun aylarında birinci dəfə özü gələrək 750 əyarlı, 4.300 manat dəyərində kişi saatı qolbağısı ilə, ikinci dəfə onun göndərdiyi Elmidar və Mehriban adlı şəxslər gələrək 4.800 manat dəyərində sırğa, üzük və bilərzikdən ibarət komplekt qızıl, üçüncü dəfə yenə Elgizin göndərdiyi Əlvanə adlı şəxs gələrək 2.100 manat dəyərində sep nisyə götürüb aparmışdılar. Nisyə götürdüyü qızılların pulunu üç ay müddətində ödəyəcəyini söz versə də, bu günədək ümumlikdə 11.200 manat puldan cəmi 2.400 manat qaytarmışlar. Sonradan hər ay 1000 manat ödəyəcəyini öhdəsinə götürsə də, vədinə əməl etməmişdir. Dəfələrlə pulunu tam ödəməsini xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh idddia tələbini qəbul edərək, bildirdi ki, iddiaçı ilə qızılalverləri olub. Qızıl alverlərindən İddiaçı 8700 manat borcu qaldığını etiraf etdi. İşdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki; - Bərdə şəhəri B.Hacıyev küçəsi, yeni massivdə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək təxminən 1 il yarım əvvəl Elgiz adlı şəxslə tanış olması, Elgizin ondan qızıl alaraq pulunu verməsi, sonra onun inamından istifadə edərək özünə qızıl sepli saat, tanışları Əlvanə, Elmidar, Mehriban adlı şəxslərə inanmağını istəyərək ümumilikdə 7800 manat dəyərində qızıl-zinət əşyaları götürərək pulunu verməkdən boyun qaçırması, hal-hazırda həmin qızılların özlərində olub-olmadığını və yaxud satdıqları barədə məlumatı olmadığını bildirmiş, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Müraciət Bərdə RPŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında 1449-cu sırada qeydə alınaraq araşdırma aparılmışdır. -Aparılmış araşdırma zamanı Cavabdeh bildirmişdir ki, anadangəlmə olaraq əlilliyi var, müstəqil olaraq yeriyə və hərəkət edə bilmir, buna görə bəzi işlərlə bağlı tanışlarından xahiş edib göndərir, İddiaçı tanıyır, ondan müxtəlif vaxtlarda qızıl əşyaları almış, bəzilərinin pulunu vermiş, bəzilərinə görə borclu qalmışdır, 2023-cü ilin yaz aylarında İddiaçı qızıl mağazasına gedərək ondan qızıl sep almış, pulunu da vermişdir, bundan sonra İddiaçılə münasibətləri yaranmış, bir müddət sonra Əlvanə adlı tanışına zəng edərək qızıl sep almaq üçün onu təxminən 2023-cü ilin yay aylarında İddiaçı mağazasına göndərmiş, Əlvanə həmin vaxt İddiaçı qiyməti 2300 manat olan bir ədəd qızıl sep alaraq ona gətirib vermiş, o, həmin pulun 300 manatını göndərmiş, 2000 manatını isə borclu qalmışdır, bundan başqa, təxminən 2023-cü ilin yay aylarında tanışı Elmidarla Mehribanı həmin mağazaya göndərmiş ve Etibara zəng edib xahiş etmişdir ki, Mehribanın zövqünə uyğun olan ağ qızıldan olan brilyant qaşlı dəst versin, İddiaçı həmin vaxt onlara qiyməti 5300 manat olan qızıl dəst vermiş, Elmidar adlı tanışı isə həmin dəsti gətirib ona vermişdir, həmin puldan 3100 manat vermiş, 2200 manat borclu qalmışdır, bunlardan başqa, o, sonradan həmin mağazaya gedərək oradan 1 ədəd qızıl sepli saat götürüb 3500 manat borclu qalmışdır. Hazırda onun İddiaçı ümumilikdə 8700 manat borcu vardır, o, borcunu tam ödəyə bilmir, az-az ödəmək istəyir, lakin İddiaçı pulun hamısını birdən və ya ayda min manat olmaqla verilməsini istəyir. Daha sonra verilimiş suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, tanışları Əlvanənin, Mehribanın və Elmidarın özlərinin İddiaçı borclu olduqlarını bilmir, İddiaçı qeyd etdiyi qızıl eşyalarını o özü götürmüş, pulunu da özü ödəyəcək. -İddiaçı müraciəti əsasında toplanmış HK-1/1449 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı Cavabdeh, X4, X1 və X2 qarşı pul tələbi ilə bağlı olan xüsusatlarla əlaqədar xüsusi ittiham və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 118 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh qızıl satışı ilə məğudur. Cavabdehlə aralarında nisyə və nəğd şəklində qızıl-alverləri olmuşdur. İddiaçı xx.xx.2024cü il tarixdə Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək təxminən 1 il yarım əvvəl Elgiz adlı şəxslə tanış olması, Elgizin ondan qızıl alaraq pulunu verməsi, sonra onun inamından istifadə edərək özünə qızıl sepli saat, tanışları Əlvanə, Elmidar, Mehriban adlı şəxslərə inanmağını istəyərək ümumilikdə 7800 manat dəyərində qızıl-zinət əşyaları götürərək pulunu verməkdən boyun qaçırmasını bildirmiş, aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı ümumilikdə 8700 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh həmçinin məhkəmə iclas zalında İddiaçı ümumilikdə 8800 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir: 8800 manat pul tələbi və 1000 manat əldən çıxmış fayda . Məhkəmə hesab edir ki, iddia tələbi 8800 manat pul tələbi hissəsində təmin olunmalıdır. Belə ki, iş materiallarından və cavabdehin etirafından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 8800 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin iddia tələbinin 1000 manat əldən çıxmış fayda hissəsində iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər, Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərarı və Cavabdeh məhkəmə iclas zalında etirafı nəzərə alınmaqla, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 8800 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 118 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 118 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar