Məhkəmə qərarları › İş №2(021)-2044/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2044/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2044/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ . Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiаçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qаrşı “borc məbləğinin tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT “X4” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 3109,41 ABŞ dolları əsas, 1417,85 ABŞ dolları faiz, cəmi 4527,26 ABŞ dolları kredit borcunun və ödənilmiş 20,40 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında xx.xx.2015-ci il tarixli, L-BR-00381186-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 32 faiz olmaqla 4500 ABŞ dolları məbləğində “ev təmiri” məqsədi ilə kredit verilmişdir. Kredit müaviləsi bağlandığı müddətdən kredit borcundan əsas borcdan 1390.59 ABŞ dolları, hesablanmış faiz borcu üzrə 1359.38 ABŞ dolları, cərimə borcuna görə isə 389.09 ABŞ dolları məbləğində ödəniş etmişlər. Onların 3109,41 ABŞ dolları əsas, 1417,85 ABŞ dolları faiz, cəmi 4527,26 ABŞ dolları məbləğində kredit borcu qaldığı bildirimişdir. Bərdə Rаyоn Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(021)-173/2019 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi X2 ərizəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-2044 saylı qərardadı ilə Bərdə Rаyоn Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(021)-173/2019 nömrəli qərardadı ləğv edilmişdir iş üzrə icraat təzələnmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə ərizə verərək Bank Olmayan Kredit Təşkilatı İddiaçın iddiası üzrə iddia müddətinin keçdiyindən iddianın rədd edilməsinı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək, qeyd etmişdir ki, kredit müqaviləsi bağlayan şəxs vəfat etdiyindən kredit borcu ödənməmişdir. Hal-hazırda iddia müddəti keçmişdir. Odur ki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı barədə məlumat verilmiş. Buna baxmayaraq cavabdehlər məhkəmə iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1956-cı ildə anadan olmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1952-ci ildə anadan olmuşdur. xx.xx.2018-ci il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2015-ci il tarixli, L-BR-00381186-F saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 32 faiz olmaqla 4500 ABŞ dolları məbləğində “ev təmiri” məqsədi ilə kredit verilmişdir. AZ-İı 120195 nömrəli, 09 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmişdir. xx.xx.2015-ci il tarixli,BR-00007206 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, L-BR-00381186-F saylı kredit müqaviləsi əsasında Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. 21 dekabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd edilən tarixə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İddiaçınə 3109,41 ABŞ dolları əsas, 1417,85 ABŞ dolları faiz, cəmi 4527,26 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, L-BR- 00381186-F saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İddiaçınə borcu əsas borc üzrə 2996.03 ABŞ dolları, faiz borcu 515.25 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, L-BR- 00381186-F saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İddiaçınə borcu əsas borc üzrə 2996.03 ABŞ dolları, faiz borcu 515.25 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT “X4” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 3109,41 ABŞ dolları əsas, 1417,85 ABŞ dolları faiz, cəmi 4527,26 ABŞ dolları kredit borcunun və ödənilmiş 20,40 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış və kredit müqaviləsi xx.xx.2017-ci ildə başa çatmışdır.Yəni hazır ki, mülki iş üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlanmışdır. Qanunvericiliklə müqavilələr üzrə iddia müddəti 3 il müəyyənləşdirilmişdir. Odur ki, mehkəmə hesab edir ki, iddia müddəti ötdüyündən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddiаçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qаrşı “borc məbləğinin tutulması” tələbinə dаir iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi verildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. . Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar