Məhkəmə qərarları › İş №2(021)-2052/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2052/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2052/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehlər Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ”Yelobank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə»nə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 (bundan sonra "xxxx" ASC) məhkəmədə Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğluna,Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq,cavabdeh Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlundan”Yelo Bank” ASC-nin xeyrinə 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6448.70 manat əsas,715.79 manat faiz borcu, 2222.91 manat cərimə borcu və kredit müqaviləsi üzrə 28.02.2018-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1078.30 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10.465.70 manat məbləğində borcun,30 manat ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsinə,tutumanın Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə torpaq sahəsi 3/4 hissə) və Cavabdeh1(fərdi yaşayış evi 2/1 hissə,torpaq sahəsi ¼ hissə)ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu Mustafağalı kəndində yerləşən 4 otaqlı,139.5kv. metr ümumi,94.8 kv. metr yaşayış, 44.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,30 ha torpaq sahəsinə yönəldilməsi,həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə torpaq sahəsi 3/4 hissə) və Cavabdeh1 (fərdi yaşayış evi 2/1 hissə,torpaq sahəsi ¼ hissə)ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu Mustafağalı kəndində yerləşən 4 otaqlı,139.5 kv. metr ümumi,94.8 kv. metr yaşayış,44.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,30 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə torpaq sahəsi 3/4 hissə) və Cavabdeh1 (fərdi yaşayış evi 2/1 hissə,torpaq sahəsi ¼ hissə)ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu Mustafağalı kəndində yerləşən 4 otaqlı,139.5kv. metr ümumi,94.8kv. metr yaşayış,44.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,30 ha torpaq sahəsi yönəldikdə və o satıldıqdan 1 ay sonra Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlunun,Cavabdeh2 və Cavabdeh3 Bərdə rayonu Mustafağalı kəndində yerləşən 4 otaqlı,139.5kv. metr ümumi,94.8kv. metr yaşayış,44.7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,30 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlunun,Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 cavabdehlə barışıq sazişi bağladıqlarını bildirərək, bu haqda barışıq sazişini təqdim edib, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə barışıq sazişini müzakirə edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş 02 iyul 2021ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, aşağıdakı şərtlərlə barışıq sazişi bağlanılsın:

1. Borclu Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddətinədək və 23 ay olmaqla aylıq ödənişin 250 AZN məbləğində müəyyən olunmaqla 5750 AZN məbləğində borcun olmasını qəbul edir.

2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.30 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilir.

3. Borclu Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu 01.09.2021-ci il tarixindən 01.07.2023-cü il tarixinədək (23 ay) aylıq ödəniş 250 AZN məbləğində müəyyən olunmaqla 5750 AZN məbləğində borcu və 60 AZN rüsumu ödədiyi zaman bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

4. Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə cavabdeh Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi və ipoteka ilə yüklü edilmiş Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.30 ha torpaq sahəsini girovdan azad etməyi öhdəsinə götürür. (girovdan azad üçün müəyyən olunmuş dövlət rüsumları borclu X2 aid edilsin).

5. Ödənişlərin vaxtında icra edilməməsi halında Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlundan İddiaçı ASC-nin xeyrinə 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5750 manat əsas, 715,79 manat faiz, 2222,91 manat cərimə borcu və kredit müqaviləsi üzrə 28.02.2018-ci il tarixdən 24.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 886 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9574.7 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun.

6. Tutma Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə yönəldilsin, əmlakın ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməklə həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin.

7. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin.

8. Tutma Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlunun, Cavabdeh2 və Cavabdeh3 Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.30 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılsınlar, həmin əmlak boşaldılaraq və Banka təhvil verilsin.

9. Sazişdə qeyd edilən Bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar.

10. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

11. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

12. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

13. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

14. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

15. Bu barışıq sazişi 5 (beş) əsl nüsxədə imzalanmışdır. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikasının MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa - tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı”Yelobank” Açıq SəHmdar Cəmiyyətinin cavabdehlər Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3a qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə»nə dair mülki iş üzrə: -

1. Borclu Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddətinədək və 23 ay olmaqla aylıq ödənişin 250 AZN məbləğində müəyyən olunmaqla 5750 AZN məbləğində borcun olmasını qəbul edir.

2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.30 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilir.

3. Borclu Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu 01.09.2021-ci il tarixindən 01.07.2023-cü il tarixinədək (23 ay) aylıq ödəniş 250 AZN məbləğində müəyyən olunmaqla 5750 AZN məbləğində borcu və 60 AZN rüsumu ödədiyi zaman bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

4. Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə cavabdeh Mustafasoy(Mustafayev) Fikrət Möhübbət oğlu tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi və ipoteka ilə yüklü edilmiş Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.30 ha torpaq sahəsini girovdan azad etməyi öhdəsinə götürür. (girovdan azad üçün müəyyən olunmuş dövlət rüsumları borclu X2 aid edilsin).

5. Ödənişlərin vaxtında icra edilməməsi halında Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlundan İddiaçı ASC-nin xeyrinə 06 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5750 manat əsas, 715,79 manat faiz, 2222,91 manat cərimə borcu və kredit müqaviləsi üzrə 28.02.2018-ci il tarixdən 24.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 886 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9574.7 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun.

6. Tutma Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə yönəldilsin, əmlakın ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməklə həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin.

7. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin.

8. Tutma Cavabdeh2 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 3/4 hissə) və X1 (fərdi yaşayış evi 2/1 hissə, torpaq sahəsi 1/4 hissə) ümumi paylı mülkiyyətlərindəki Bərdə rayonu, Mustafağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlunun, Cavabdeh2 və Cavabdeh3 Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən, 4 otaqlı, 139.5 kv.m ümumi, 94.8 kv.m yaşayış, 44.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.30 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Mustafasoy (Mustafayev) Fikrət Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılsınlar, həmin əmlak boşaldılaraq və Banka təhvil verilsin.

9. Sazişdə qeyd edilən Bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçilər tam məsuliyyət daşıyırlar.

10. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

11. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

12. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

13. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

14. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

15. Bu barışıq sazişi 5 (beş) əsl nüsxədə imzalanmışdır. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir-məzmunda barışıq sazişi təsdiq edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar