Məhkəmə qərarları › İş №2(021)-2054/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2054/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2054/2024 28.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X14 Xidmət Mərkəzi Notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixli, 81-578 nömrli” icra sənədinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 xidmət Mərkəzinin notariat ofisinin notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 81-578 sayli notariat icra qeydinin ləğvinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 3-cü şəxs olan "TURANBANK” ASC-nin tələbi üzrə X14 xidmət mərkəzinin notariat ofsinin notariusu Tamaşa Atakişiyeva tərəfindən ondan 7884.37 manat pul məbləğinin tutulmasına dair xx.xx.2024-cü il tarixli 8İ-578 saylı nömrəli notariat qeydi verilmişdir. Bu barədə onun yalnız Bərdə rayon icra şöbəsinin çağırşından sonra xəbəri olub, bundan sonra o, ASAN Xidmət Mərkəzinə gedərək yazılı ərizə ilə notariat ofsinə müraciət edib notariat qeydini almağa səy etsə də, notariat həmin icra qeydini ona verməkdən imtina etmişdir. O da məcbur qalıb notariat icra qeydinin surətini icra şöbəsindən almışdır. O, hərbiçi olduğu üçün hər zaman evə gəlib gedə bilmir. O səbəbdən icra şöbəsinin məktubunu da gec almışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X14 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva məhkəməyə ərizə göndədərərək, iştirakı olmadan işə baxılmasını və qanunamüvafiq qərara qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC nümayəndəsi X8 məhkəməyə ətrizə göndərərək, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1041 saylı Arayışdan görünür ki, İddiaçı Bərdə şəhər C.Məmmədquluzadə küçəsində məskunlaşmışdır. Mülki iş materiallarına əlavə olunmuş “TuranBank ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 21%, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş “TuranBank ASC, X5, İddiaçı, X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 213-İST/2021 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, X5 oğlu xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zaminlər X7 və İddiaçı bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, TuranBank ASC tərəfindən borclular X2, İddiaçı və X4 “TuranBank ASC tərəfindən xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə şəhər C.Məmmədquluzadə küçəsi ünvanına İddiaçı ünvanlanmış poçt göndərişi “bu ünvanda yaşamır” qeyd olunaraq banka geri qaytarılmışdır. Mülki iş materiallarına əlavə olunmuş 12 yanvar 2024-cü il tarixli İcra Qeydinin surətindən görünür ki, “TuranBank ASC-nin tələbi ilə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı İK 213-İST/2021 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7884 manat 37 qəpik (yeddi min səkkiz yüz səksən dörd manat oluz yeddi qəpik), 4541 manat 07 qəpik (dörd min beş yüz qırx bir manat yeddi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qepik (lyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12450 manat 44 qəpik (on iki min dörd yüz əlli manat qırx dörd qəpik) pulun tutulması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, “TuranBank ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli Kredit Müqaviləsinə əsasən X2 illik 21%, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. “TuranBank ASC, X5, İddiaçı, X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 213-İST/2021 nömrəli Zaminlik Müqaviləsinə əsasən X5 xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zaminlər X7 və İddiaçı bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. TuranBank ASC tərəfindən xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək borclular X2, İddiaçı və X4 “TuranBank ASC tərəfindən xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. X2, və X4 ünvanlanmış poçt göndərişi xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, İddiaçı ünvanlanmış poçt göndərişi “bu ünvanda yaşamır” qeyd olunaraq banka geri qaytarılmışdır. “TuranBank ASC-nin tələbi 12 yanvar 2024-cü il tarixli 8İ-578 nömrəli İcra Qeydi əsasında ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı İK 213-İST/2021 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7884 manat 37 qəpik (yeddi min səkkiz yüz səksən dörd manat oluz yeddi qəpik), 4541 manat 07 qəpik (dörd min beş yüz qırx bir manat yeddi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qepik (lyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12450 manat 44 qəpik (on iki min dörd yüz əlli manat qırx dörd qəpik) pulun tutulması müəyyən edilmişdir. Həminin müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli, İK 213-İST/2021 nömrəli kredit müqaviləsi üzrə İddiaçı zamin olduğu halda “xx.xx.2024-cü il tarixli, 81-578 nömrli” İcra Qeydi yalnız İddiaçı münasibətdə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Həmin Qərara əsasən:

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.[ Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. X13 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədr əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məkkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, TuranBank ASC tərəfindən tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə göndərilmiş xx.xx.2022-ci il tarixli bildiriş İddiaçı çatmadığından 12 yanvar 2024-cü il tarixli 8İ-578 nömrəli İcra Qeydi ləğv olunmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh X14 Xidmət Mərkəzi Notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixli, 81-578 nömrli” icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edisin. “xx.xx.2024-cü il tarixli, 81-578 nömrli” İcra Qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar