Məhkəmə qərarları › İş №2(021)-2059/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2059/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2059/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun, İddiaçının nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Ağayeva Lalə Fəxrəddin qızına və Cavabdeh3 Tofiq qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Ağayeva Lalə Fəxrəddin qızından, Cavabdeh3 Tofiq qızından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7600 ABŞ dolları kredit götürmüşdür. 25 oktyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturuzasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3599,87 manat olmaqla kreditin müddəti 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 qızı və Əlişova Afət Tofiq qızı ilə 25 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 05 may 2021ci ilədək Ağayev Fəxrəddin Azad oğlunun banka 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçı «Yelo Bank» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Azad oğlu izahatında iddianı qəbul etdiyini, qalan borcunu hissə-hissə banka qaytaracağını göstərdi. Cavabdeh2 qızına, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7600 ABŞ dolları kredit götürmüşdür. Mülki işə əlavə edilmiş 25 oktyabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturuzasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3599,87 manat olmaqla kreditin müddəti 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan əlavə sazişdən müəyyən olunur ki, kreditin müddəti 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva Lalə Fəxrəddin qızı və Cavabdeh3 Tofiq qızı arasında zaminlik müqaviləsi bağlanılmış, Ağayeva Lalə Fəxrəddin qızı və Cavabdeh3 Tofiq qızı cavabdeh Ağayev Fəxrəddin Azad oğlu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 05 may 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 Azad oğlunun 25 oktyabr 2019-cu il tarixli 12-MZ3-0-187-15 nömrəli kredit müqaviləsi üzrə “Yelo Bank” ASC-nə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcu yaranmışdır. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcunu 5 günü müddətində tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh Cavabdeh1 Azad oğlu 25 oktyabr 2019-cu il tarixli 12-MZ3-0-187-15 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 3599,87 manat məbləğində kredit üzrə öhdəlikərini vaxtında icra etmədiyindən, hazırda onun 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 3599,87 manat kredit alması və həmin kredit üzrə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 oğlunun 3599,87 manat kredit alması və həmin kredit üzrə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh1, Ağayeva Lalə Fəxrəddin qızından, Cavabdeh3 Tofiq qızından 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər İmanov Emin Elzadə oğlundan və Bayramova Qəmər Zaman qızından alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Ağayeva Lalə Fəxrəddin qızına, Cavabdeh3 Tofiq qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Ağayeva Lalə Fəxrəddin qızından, Cavabdeh3 Tofiq qızından 3693,25 manat əsas borc, 3599,87 manat kredit alması və həmin kredit üzrə 3537,42 manat əsas borc, 12,69 manat faiz borcu, 23,70 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 433,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4007,36 (dörd min yeddi manat otuz altı qəpik) manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar