Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2072/2022 22.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Cavabdeh qonşu Qaradəmirçi kəndində yaşayır, kəndin yaxınlığında yerləşən «Qızılbalıq» restoranında işləyir və onunla həmişə yaxşı münasibətləri olmuşdur. O, əmisi oğlu X1 ilə mal-qara alıb, Bərdə rayon Mal bazarında satmaqla məşğul olurlar. xx.xx.2021-ci il tarixdə Cavabdeh iri-buynuzlu malqara satdığını və həmin malların restoran sahibi Tahir adlı şəxsə məxsus olduğunu bildirmişdir. Turqutla birlikdə cavabdehdən 5 baş iri buynuzlu mal almışlar və pulunu ödəmişlər. xx.xx.2022-ci il tarixdə Cavabdeh onu və Turqutu «Qızılbalıq» restoranına dəvət edib, restoran sahibi Tahir adlı şəxsin satmaq üçün 58 baş iri buynuzlu mal-qarası olduğunu və həmin malları gələcəkdə onlara satacağını bildirmiş və 58 baş malı və 2 rəst atı 40000 manata satacağına söz vermişdir. Ancaq cavabdeh hazırda ona 4000 manat pul lazım olduğunu bildirib, malları alqı-satqısı zamanı pulu qaytaracağına söz vermişdir. O da Rafilə inanıb, 4000 (dörd min) manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh zəng edib, təcili daha 1000 (bir min) manat lazım olduğunu bildirmiş və restorana gedib, ona 1000 manat pul vermişdir. Beləliklə Cavabdeh ondan borc olaraq cəmi 5000 (beş min) manat pul almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə malları ona satacağına söz vermişdir. Lakin həmin gün dəfələrlə zəng etməyinə baxmayaraq Cavabdeh telefon zənginə cavab verməmiş və sornakı günlərdə müxtəlif bəhanələr edib, yalan vədlər verərək ona borclu olduğu 5000 manat pulu qaytarmaqdan imtina etmişdir. O, Bərdə rayon polis şöbəsinə ərizə vermiş, polis şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Cavabdeh polis şöbəsinə verdiyi izahatında 5000 manat borcunu xx.xx.2022-ci il tarixdə qaytaracağını öhdəsinə götürsə də yenə öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh borcundan 100 manat ödəmişdir, 4900 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyət Başçısının Apoud kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 233 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qarayusifli kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ondan 5000 manat pul aldığını lakin pulunu qaytarmadığını bildirmiş və daxil olmuş müraciətə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı 4900 manat pul almış, 05.03.022-ci il tarixı 4900 manat pulu tam şəkildə Babəkə qaytaracaqdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 4900 manat borcu vardır. O, borcunu bu günə qədər geri qaytarmamışdır. İddiaçı bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında borcunu etiraf etmiş və Bərdə RPŞ–nin xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh ona 5000 manat borcu olduğunu qeyd etsə də, məhkəmə iclas zalında bildirmişdir ki, cavabdeh borcundan 100 manat ödəmiş və 4900 manat borcu qalmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2072/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2072/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver