Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2075/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qаrşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" Təşkilatından müştərək qaydada ona vurulmuş maddi zərərin əvəzi olaraq 5768 (beş min yeddi yüz altmış səkkiz) manat pulun və əldən çıxmış fayda hesab olunan 4000 manatın, ümumilikdə 9768 manat vurulmuş maddi ziyanın qiymətləndirilməsi üçün mütəxəssisə xidmət haqqı olaraq ödədiyi 50 (əlli) manatın və iddia ərizəsinə baxılması üçün məhkəmənin hesabına dövlət büdcəsinə ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 fevral 2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ-21102” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “Təzə Bazar” adlanan Ticarət Mərkəzinin çıxışından Bərdə şəhəri, Bakı küçəsinə çıxaraq dayanıb-gözləmə halında olarkən həmin Ticarət Mərkəzinə Bakı küçəsindən dönmək istəyən və yüksək sürətlə hərəkət edən Cavabdeh1 tərəfindən idarə edilən “Kia Rio” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınına zərblə çırpılmışdır, toqquşma zərbəsinin təsirindən onun maşını da öz növbəsində yol kənarında dayanmış “Volkswagen Passat” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Baş vermiş bu yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis leytenantı Rəcəb Cəbrayılov tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq nə onun, nə də Cavabdeh1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən 12 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda hadisənin sürücü Cavabdeh1 yol-hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi, bununla da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində inzibati işlər üzrə icraatın başlanması üçün qərarın surətinin Bərdə RPŞ-nin X6 Bölməsinə göndərildiyi göstərilmişdir. X3 tərəfindən aparılan sözügedən araşdırma zamanı təyin edilmiş ixtisaslı mütəxəssisin 12 fevral 2022-ci il tarixli “İlkin qiymətləndirmə aktı” ilə müəyyən olunur ki, ona məxsus olmaqla buraxılış ili 2004-cü il, “VAZ-21102” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı, texniki pasport nömrəsi AD 194606 olan avtomobilə sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində cəmi 5768 manat maddi zərər dəymişdir. (Bunun 3968 manatı bilavasitə avtomobilin hissələrinin zədələnib sıradan çıxması, 1800 manat isə onun təmiri üçün çəkilməli olan xərclər olmaqla) Müstəntiq tərəfindən aparılan sözügedən araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, hadisənin törədilməsində vasitə olmuş "Kia Rio" minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi Cavabdeh1 tərəfindən GÜNAY SİĞORTA təşkilatı tərəfindən sığortalanmışdır. Lakin, GÜNAY SİĞORTA təşkilatı heç bir səbəb olmadan sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 5768 manat maddi zərərin yalnız 1600 manatını ödəməyə razılıq vermiş, bu haqda ona xx.xx.2022-ci il tarixli, HD-441 saylı rəsmi bildiriş göndərmişdir. Həmin bildirişdə onun avtomobilinə dəymiş ziyanın məbləğinin xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən cəmi 1600 manat müəyyənləşdirildiyi qeyd edilir. Bunu əsas tutan Cavabdeh1 da ona vurduğu maddi zərərdən hər hansı bir məbləği ödəməyəcəyini, GÜNAY SİĞORTA təşkilatının hansısa xx.xx.2022-ci il tarixli aktının qanuni akt olduğunu bildirir. Cavabdehlər GÜNAY SİĞORTA təşkilatının və Cavabdeh1 bu hərəkətlərini qeyri-qanuni və ona vurulmuş maddi zərəri ödəməkdən qəsdən imtina edilməsi kimi qiymətləndirir. Çünki, avtomobilinə 5768 manat zərər vurulması faktı hadisədən cəmi 1 gün sonra - 12 fevral 2022-ci il tarixdə, həm də ********** N°-li VÖEN əsasında fəaliyyət göstərən ixtisaslı mütəxəssis X2 tərəfindən müəyyənləşdirilmiş, bu zaman avtomobilinə hərtərəfli baxış keçirilməklə onun obyektiv müayinəsi aparılmışdır. Cavabdeh GÜNAY SİĞORTA təşkilatının ona ünvanladığı bildirişdə göstərdiyi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, digər Cavabdeh1 da istinad etdiyi aktın isə hansı şəraitdə kim tərəfindən nə vaxt tərtib edildiyi, avtomobilinə vurulmuş zərərin məbləğinin hansı meyarlarla cəmi 1600 manat müəyyən edildiyi, mütəxəssisin kim olduğu, hadisə nəticəsində avtomobilin hansı detallarının (hissələrinin) tam, yaxud qismən zədələndiyi, təmir üçün usta xərclərinin nə qədər müəyyən olunduğu və s. məlum deyildir. Həmin akt onun xəbəri və iştirakı olmadan tərtib edilmişdir. Odur ki, cavabdehlərin istinad etdikləri xx.xx.2022-ci il tarixli akt qanuni və obyektiv hesab edilə bilməz. Beləliklə, cavabdehlər Günay Sığorta Təşkilatı və hadisəni törətməkdə təqsirli sayılan Cavabdeh1 ona dəymiş maddi zərəri vaxtında ödəmədiyi üçün o maşınsız qalmış və taksi fəaliyyətindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən itirilmiş vaxt ərzində onun büdcəsinə ən azı 4000 manat maddi zərər yetirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək ekspert rəyi ilə razılaşmadığını bildirmiş və məhkəmədən iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələriylə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 717 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 032941 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu, Bərdə şəhəri, Heydər Əliyev prospekti 12 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 749 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı medalına layiq görülmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 748 nömrəli vəsiqədən görünür ki, İddiaçı Milli Ordu-100 medalına layiq görülmüşdür. Günay Sığorta tərəfindən Dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 11 fevral 2022-ci il tarixdə idarə etdiyi “VAZ-21010” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1600 manat məbləğində ziyan dəydiyi hesablanmışdır. İlkin qiymətləndirmə aktından görünür ki, Bərdə rayonu, Əliyanlı kəndində yaşayan İddiaçı məxsus “VAZ-21010” minik markalı, 2004 buraxılış ili, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3968 manat ehtiyat hissələri və köməkçi materialların dəyəri və 1800 manat işçilik haqqı ilə birlikdə ümumilikdə 5768 (beş min yeddi yüz altmış səkkiz) manat ziyan dəydiyi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5927 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1) Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2004-cü il buraxılışlı “VAZ 2110” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1620 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 900, təmir-bərpa işlərinin qiyməti isə 720 manatdır. 2) Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 5500 manat olmuş 2004-cü il buraxılışlı “VAZ 2110” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 2750 (5500- 50%) manat müəyyən edilmişdir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 77 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 202688 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı avtomobilə baxış keçirilərkən 50 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" Təşkilatından müştərək qaydada ona vurulmuş maddi zərərin əvəzi olaraq 5768 (beş min yeddi yüz altmış səkkiz) manat pulun və əldən çıxmış fayda hesab olunan 4000 manatın, ümumilikdə 9768 manat vurulmuş maddi ziyanın qiymətləndirilməsi üçün mütəxəssisə xidmət haqqı olaraq ödədiyi 50 (əlli) manatın və iddia ərizəsinə baxılması üçün məhkəmənin hesabına dövlət büdcəsinə ödədiyi 78 (yetmiş səkkiz) manat pulun və əldən çıxmış fayda hesab olunan 4000 (dörd min) manatın ümumilikdə 9768 manat vurulmuş maddi ziyanın qiymətləndirilməsi üçün mütəxəssisə xidmət haqqı olaraq ödədiyi 50 (əlli) manatın və iddia ərizəsinə baxılması üçün məhkəmənin hesabına dövlət büdcəsinə ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə hansısa məbləğdə pul tutula bilməsi üçün iddiaçı ilk növbədə həmin maddi ziyanın nədən ibarət olmasını, necə yaranmasını göstərməli - sübut etməlidir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehdən maddi ziyana görə 9768 manat pul tələb edir. Məhkəmə maddi ziyanla bağlı qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçıya avtoqəza, yəni hazırki halda delikt (mülki hüquq pozuntusu) nəticəsində dəymiş ziyanın miqdarı 13 dekabr 2022-ci il tarixli 9/5927 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinin 2-ci bəndində qeyd edilmiş 2750 manat olaraq hesablanmalı və həmin məbləğ iddiaçıya dəymiş ziyanın miqdarı qismində götürülməlidir. Belə ki, rəydə ən yuxarı məbləğ həmin qiymətdir və həmin rəqəm ekspert tərəfindən 2004-cü il buraxılışlı VAZ 2110 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən sonra salamat qalmış hissələrinin dəyər nəzərə alınmaqla nəzəri qaydada hesablanmışdır ki, məhkəmə də həmin məbləği məqbul hesab edərək dəymiş ziyanın manatla dəyərini əhatə etməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlərdən maddi ziyana görə müştərək qaydada cəmi 2750 manat pul alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə uyğun 78 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 2750 (iki min yeddi yüz əlli) manat pul və ödənilmiş 78 manat dövlət rüsumu alınaraq iddiаçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2075/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2075/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver