Məhkəmə qərarları › İş №2(021)-208/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-208/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-208/2022 11.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xeyrinə 26725 manat əsas, 5000 manat dəymiş mənəvi zərər, 5000 manat maddi zərər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5% məbləğində olmaqla 12026,25 manat cərimə məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə birlikdə işlədiyi Cavabdeh ondan borc pul istəmiş və yaxın zamanda qaytaracağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq bu günə qədər borcdan heç bir məbləğ qaytarmamışdır. 2019-cu ilin fevral ayında cavabdehin və şahidlər X12 və Əliş Behbudovun öz imzaları ilə təsdiq etdiyi arayışda göstərilir ki, cavabdeh ona olan 1 069 000 rus rublu məbləğində borcunu 2020-ci ilin dekabr ayına qədər qaytarmalı idi. Həmçinin cavabdeh öz imzasıyla təsdiq etmişdir ki, həmin məbləği həmin günün məzənnəsinə uyğun olaraq, (1 rubl=0.25 qəpik) ümumilikdə 26 725 AZN məbləğində borcu 2020-ci ilin dekabr ayınacan qaytaracaqdır. Qeyd etmək istəyir ki, cavabdehlə 2012-ci ildən bir-birlərini tanıyırlar və bu məsələ məhz həmin dövrdə olmuşdur. Bununla bağlı məhkəməyə müraciət etsə də, cavabdeh qaçıb ölkə xaricində gizləndiyindən və onun borcu təsdiq edən hər hansı sənədinin olmaması səbəbindən iş baxılmamış saxlanılmışdır. Cavabdeh Azərbaycana qayıtdıqdan sonra ona yenidən yalandan vədlər vermiş və sonda isə öz xətti ilə yazdığı və imzaladığı arayışla borcu təsdiqləmişdir. Cavabdeh aldığı borcları qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmiş, ən sonda onun kənddə ferması olduğunu bildirmiş, mal-qara alaraq orada biznes qurduğunu demiş və onu ora şərik edəcəyini demişdir. Hətta o iş üçün qardaşı ilə bankdan kredit götürərək ona da verəcəyini vəd etmişdir. Lakin son nəticədə bunların hamısının yalan olduğu ortaya çıxmış və o Rusiya ərazisinə qaçıb gizlənmişdir. Sonra onun dostlarının vasitəsilə onun yerini müəyyən edib özü ilə əlaqə yaratmaq imkanı olmuşdur. 9 il müddət keçməsinə baxmayaraq gəlib ona olan borcunu qaytarmasını tələb etmişdir. Çoxsaylı danışıqlardan sonra Azərbaycana gəlmiş və 2019-cu ildə onun telefonla danışığından sonra tezliklə pulu verəcəyini bildirmişdir. Lakin 1 il ərzində yeni yalanları müddəti keçirmiş, borcundan heç bir ödəniş etməmişdir. Bundan 1 il sonra 2020-ci ildə onun da tanıdğı Elşən Əhmədov və Əliş Behbudovun da iştirakları ilə Bərdə şəhəri, C.Cabbarlı 31 ünvanında yerləşən evində söhbətlər etmiş, o, öz xətti və imzasıyla təsdiq etdiyi arayışla bildirmişdir ki, 2020-ci ilin dekabr ayınacan ona olan borcunu ödəyəcəkdir. Bundan sonra isə cavabdeh yalanlarını davam etdirmiş və bu günə qədər borcunu ödəməmişdir. Həmin pulları və Bank Respublikadan kredit kimi götürmüşəm və həmin borcu bu günədək ödəyib bitirməmişdir. Həmin kredit müqavilələri bir neçə dəfə restrukturizasiya edilmiş və əlavə faiz məbləğləri hesablanmışdır. Hesab edir ki, cavabdehin səhvi ucbatından əlavə faiz məbləği ödəmək məcburiyyətində qaldığı üçün dəymiş maddi zərər olaraq 5000 manat da cavabdehdən tutulmalı və ona ödənilməlidir. Göründüyü kimi cavabdehin məqsədi elə əvvəldən onun pullarını mənimsəyib geri qaytarmamaq olmuşdur. Bütün ailə üzvləri ilə də əlaqə saxlayıb borcu tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehin qanunsuz davranışları, onun etibarından sui istifadə etməsi onu çətin vəziyyətə salmış və ona xeyli miqdarda maddi və mənəvi zərər dəymişdir. Hesab edir ki, cavabdeh 2012-ci ildən borcu ödəməmək üçün ölkəni tərk edib qaçdığından və ona dəyən mənəvi zərər üçün borcdan əlavə 5000 AZN ödəməlidir. Artıq 9 il müddət keçib və hələ də borcu verməmək üçün müxtəlif bəhanələr gətirir, onun mənəvi əsəb və sarsıntı keçirməsinə səbəb olmuşdur. Bundan əlavə Banka olan borcunu vaxtında ödəsəydi, həmçinin həmin məbləği cavabdeh vaxtında ona qaytarsaydı o məbləği istifadə edib daha çox gəlir əldə edə bilər. Cavabdehin pulunu mənimsəməsi və ölkəni tərk edib qaçması onu bu gəlirdən məhrum etmişdir. Hesab edir ki, cavabdeh borcu vaxtında ödəmədiyi üçün əsas borcun illik 5% olmaqla, 12026.25 manat məbləğində cərimə də borcludan tutulmalı və ona ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1469 saylı 05 noyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 20-ci vərəqəsində X2 adından olan pulun alınmasına dair borc sənədinin mətni və “Имза” sözünün qarşısındakı imza- X6 tərəfindən icra olunmuşdur. İddiaçı məhkəməyə ərizə göndərərək Bakı şəhərində yaşayıb, işlədiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin 30 avqust 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, İddiaçı 10 ilə yaxındır ki, tanıyır. Cavabdeh Ziyəddin Adıgözəlov iddiaçıdan borca pul almış, qaytaracağına söz versə də qaytarmamışdır. İddiaçıla cavabdehin yaşadığı evə getmiş, həmin vaxt Elşən Əhmədovda onlarla birlikdə getmişdir. Ziyəddin Adıgözəlov öz evində, onların yanında İddiaçı borclu olduğunu etiraf etmiş, bu barədə İddiaçı borc sənədi yazıb vermişdir. Həmin vaxt özü və Elşən Əhmədovda həmin borc sənədinə imza etmişlər. Məhkəmənin 30 avqust 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, İddiaçı onun əmisi oğludur. Cavabdeh Ziyəddin Adıgözəlov iddiaçıdan borca pul almış, ancaq borcunu qaytarmamışdır. İddiaçıla cavabdehin yaşadığı evə getmişdir. Ziyəddin Adıgözəlov öz evində, onların yanında İddiaçı borclu olduğunu etiraf etmiş, bu barədə İddiaçı borc sənədi yazıb vermişdir. Ziyəddin Adıgözəlova heç bir təziq olmamış, borc sənədini özü könüllü olaraq yazıb vermişdir. Həmin vaxt özü və Əliş Behbudovda həmin borc sənədinə imza etmişlər. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, X6 xx xxxxxx 1964-cü ildə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur. X6 bu yazısı ilə təsdiq edir ki, İddiaçı 1.069.000 (bir milyon altmış doqquz min) Rus rublu borcludur. Bu günkü kurs 0,25 qəpik olmaq şərti ilə 2020-ci ilin dekabr ayının axırına qədər qaytaracaq. 600 rublu bu günkü ekvivalentində qaytaracaq. Yerdə qalan rubulları ona bağışlayacaq. Əgər həmin vaxtda ödəməsə 1.069.000 rublu bu günkü manat ekvivalentində qaytarmağa söz verir. Məhkəmə iclasında müəyyən etilmişdir ki, cavabdeh X6 2012-ci ildə iddiaçıdan 1.069.000 Rus rublu məbləğində borc pul almış, bu barədə iddiaçıya borc sənədi yazaraq vermişdir. Cavabdeh borcunu 2020-ci ilin dekabr ayının axırınadək qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Cavabdeh X6 iddiaçıya olan 1.069.000 Rus rublu borcunu iddiaçıya ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən 26725 manat əsas borc tələb etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan pulu manatla deyil Rus rublu şəklində almışdır. İddiaçı həmin pulu 0,25 manat məzənnə ilə hesablayaraq cavabdehdən 26725 manat məbləğində pul tələb etmişdir. Cavabdeh X6 iddiaçıya verdiyi borc sənədində borcunu vaxtında ödəməsə 1.069.000 rublu bu günkü manat ekvivalentində qaytarmağa söz vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan pulu Rus rubulu şəklində aldığından və qətnamə icra edilərkən Rus rublu manatın məzənnəsinə uyğun olaraq tutulmalı olduğundan iddia tələbi manatla deyil Rus rublunun qətnamə icra edilərkən manatın məzənnəsinə uyğun olaraq müəyyən olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh X2 1.069.000 Rus rublu məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh X6 1.069.000 Rus rublu məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh X6 həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh X6 1.069.000 Rus rublu məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh X6 həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. İddiaçı 5000 manat dəymiş mənəvi zərər və 5000 manat maddi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələblərlə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin dəyməsi iş materiallarında sübuta yetirilmir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi ziyan tələbi iş materiallarında sübuta yetirilmir, iddiaçı tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5% məbləğində olmaqla 12026,25 manat cərimə məbləğinin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında cərimə məbləğinin tutulması və cavabdehin üzərinə belə bir öhdəlik götürməsi barədə iddiaçı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırarkən ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 05 noyabr 2021-ci il tarixli 4/1469 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri 173 (bir yüz yetmiş üç) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 173 (bir yüz yetmiş üç) manat cavabdeh X1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdeh X11 oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh X1 1.069.000 (bir milyon altmış doqquz min) Rus rublu miqdarında pul qətnamə icra edilərkən manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilsin. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 173 (bir yüz yetmiş üç) manat məbləğində pul cavabdeh X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Ağentliyindəki kod 210005, VOEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VOEN ********** hesab AZ34STRE******************** hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar