Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2081/2025 23.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Bərdə Rayonu Piyadalar kəndində anadan olmuş, Cavabdeh 440 manat asas borcun, 160,60 manat faiz borcun, cəmi 600,60 manat borcun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnaməsinə Əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh ilə 12.02.24-cü tarixli 2820 - saylı alqı-satqı müqaviləsi bağlamış və Cavabdeh dəyəri 570 manat olan Paltaryuyan "HOFMAN" nisyə satmışdır. Cavabdeh 570 manat borcdan ilkin olaraq 50 manat ödəmiş, 520 manat məbləği isə 10 ay müddətinə hər ay 52 manat ödəməsini öhdəsinə götürmüşdür. Aralarında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən verilmiş kreditin məbləği vaxtında ödənilmədikdə həmin məbləğin ödənilməsi nəticəsində girov saxlayana dəymiş zərərin məbləği əmlakın satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilir. Müqavilənin 1.5-ci bəndinə əsasən girov qoyan öz vəzifələrini kobudcasına pozaraq Əmlakın məhvi (itirilməsi) və ya zədələnməsi təhlükəsi doğurduqda girov saxlayan kreditin ödənilməsi nəticədində girov saxlayana dəymiş zərərin məbləğinin dərhal ödənilməsini tələb edə bilər. Həmçinin müqaviləyə əsasən borcalan kredit üzrə əsas borc məbləğini vaxtında ödəmədikdə, qaytarılmayan məbləğə hər gün 0.5 faiz cərim faizi hesablanır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqaviləsə nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, nəticədə borclunun müqavilə üzrə 520 manat asas borcu, 160,60 manat faiz borcu, cəmi 600,60 manat borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.02.24 tarixli 2820 - saylı Müqavilədən görünür ki, Cavabdeh nisyə satış dəyəri 570 manat olan Paltaryuyan "HOFMAN" satılmışdır. Mülki işə əlavə edilmiş 02 aprel 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 440 manat əsas borcu və həmin borca 0.5 faiz dərəcəsi ilə hesablanmış 160.60 manat faiz borcu vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12.02.24 tarixli 2820 - saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 440 manat asas borc, 160,60 manat faiz borcu, cəmi 600,60 manat borc tutularaq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumunun ödənilməsindən azaddır. Ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməldir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12 fevral 2024-cü tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 440 manat asas borc, 160,60 manat faiz borcu, cəmi 600,60 (altı yüz manat 60 qəpik ) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2081/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2081/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver