Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2090/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən kreditor “Nurgül Telekom” mobile mağazası borclu Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Borclu qarşı borcun məcburi şəkildə ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən “Nurgül Telekom” mobile mağazasında ümumilikdə 420 manat (320 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğində məişət məhsulunu kreditlə- nisyə satılmışdır. Borclunun müqavilə üzrə ödənişlər etməmiş, nəticədə 320 manat əsas, 135 manat cərimə olmaqla cəmi 455 manat borcu qalmışdır. Odur ki, borcludan 320 (üç yüz iyirmi) manat əsas borcun, 135 (yüz otuz beş) manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 475 (dörd yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin alınaraq “Nurgül Telekom” mobile mağazasına ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyii üçün kreditora olan kredit və kreditdən istifadəyə görə faiz borcu Borclu kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM XX.XX.1952-ci ildə Ermənistan Respublikası Martuni rayonu, Qaranlux kəndində doğulmuş, hazırda Bərdə rayonu, Otuzikilər kəndində yaşayan X1 320 (üç yüz iyirmi) manat əsas borcun, 135 (yüz otuz beş) manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 475 manat tutularaq kreditor “Nurgül Telekom” mobile mağazasının xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-2090/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2090/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver