Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2092/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İş № 2(021)-2092/2022 Məhkəmə baxış iclasının Protokolu 03 avqust 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası, saat 10:15-də başlandı. Sədrlik edən, məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Orxan Bayramov: Hörmətli məhkəmə, məhkəmə iclasına Cavabdeh gəlmiş, İddiaçı isə məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Sədrlik edən, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi barədə Cavabdeh fikrini soruşur. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh məhkəmə iclasının İddiaçı iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: İddiaçı məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən, məhkəmə tərkibini elan edərək göstərir ki, sədrlik edir hakimi Elsun Əhmədov, məhkəmə iclas katibi Orxan Bayramovdur. Sədrlik edən, cavabdehin sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazının olubolmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, cavabdeh sədrlik edənə və məhkəmə iclas katibinə etirazı olmadğını bildirdi. Sədrlik edən cavabdehin şəxsiyyətini müəyyən edir. Cavabdeh xx xxxxxx 1979-cu ildə Bərdə rayonunda doğulmuş, ailəli, orta təhsilli, işləmir, Bərdə rayonu, Böyük Qəcər kəndində yaşayır. Sədrlik edən cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. Cavabdeh: Hüquqlarım mənə aydındır, nümayəndənin iştirakına ehtiyacım yoxdur. Sədrlik edən cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinin tələblərini izah edir. Barışıq sazişinin şərtlərinin qaydasını bildirir. Cavabdeh: Bu maddənin tələblərini başa düşürəm. Sədrlik edən Cavabdeh tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. Cavabdeh izahatı: Möhtərəm hakim, iddianı qəbul edirəm, mən İddiaçı nisyə olaraq tikinti malları almışam, aldığım malın pulunu ödəməyə söz versəmdə vaxtında ödəyə bilməmişəm, hal-hazırda İddiaçı 4764 manat borcu alıb, həmin borcumu ödəməkdən imtins etmirəm. Sədrlik edənin sualına cavab Cavabdeh: - Bəli, borcum barədə iddiaçıya qəbzdə yazıb vermişəm. Suallar olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Elan olunmuş sənədlərə dair cavabdehin etirazı və əlavəsi olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını cavabdehdən soruşur. Sədrlik edənin sualına cavab olaraq cavabdehin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdi. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün cavabdehə söz verir. Cavabdeh: Möhtərəm hakim, iddianın təmin edilməməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətnaməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 10:30-da məhkəmə iclasını bağlı elan edir. Protokol 03 avqust 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(021)-2092/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2092/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver