Məhkəmə qərarları › İş №2(021)-2097/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2097/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2097/2024 01.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4030 (dörd min otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bərdə rayonu Güloğlular kənd i.ə.d-nin Qaradağlı kəndində məskunlaşıb yaşayır. Fiziki şəxs olaraq sahibkar kimi Bərdə şəhəri Bakı küçəsində yerləşən köşkü icarəyə götürüb xırda ticarətlə məşğul olur. Orada içməli və mineral sular, şirniyatlar, şirin sular, siqaretlər və s. kimi kiçik dəyərli malların satışını həyata keçirir. Cavabdeh 2023-cü ilin yanvar ayından tanıyır. Cavabdeh də Bərdə şəhərində Avtovağzal yaxınlığında atası ilə birlikdə işlətdiyi kiçik ticarət köşkü olmuş, Fərid ondan müxtəlif dəyərlərdə müxtəlif mallar alıb aparmış, ilk vaxtlarda aldığı malların pulunu nəğd olaraq ödəmişdir. Aralarındakı münasibət inkişaf etdikcə bir-birlərinə inam və etibarları da artmışdır. Odur ki, Cavabdeh ondan aldığı malları yarı nəğd, yarı nisyə alıb aparmışdır. Borcunu sonradan Kapital bankdan olan ödəniş kartına yükləyərək ödəmişdir. 2023-cü ilin oktyabr-noyabr aylarında inam və etibarını qazandığına görə etibar edərək ona malları nisyə vermişdir. 01 dekabr 2023-cü il tarixə olan vəziyyətə onun 4630 manat borcu yaranmışdır. Cavabdehdən borcunu ödəməsini tələb etdikdə Cavabdeh xx.xx.2023cü il tarixdə onun ödəniş kartına 600 manat pul yükləmiş və ona bildirmişdir ki, ona olan borcunu ödəmək üçün şəxsi təsərrüfatından 1 baş dananı satmaq məqsədi ilə mal bazarına aparmış, ancaq dananı alan olmamışdır. Növbəti mal bazarı günü danasını yenidən bazara aparacaq və satıb ona qalan 4030 manat borcunu tam öyəcəyək. Hətta vəd etmişdir ki, danasını sata bilməsə, MERSEDES BENZ E320 markalı minik maşınını satıb ona olan borcunu ödəyəcək. Cavabdehə inanmış, lakin 10-15 gün keçməsinə baxmayaraq heç bir ödəniş etmədiyinə görə Cavabdeh axtarmağa başlamışdır. Ona məlum olmuşdur ki, cavabdeh hələ bir neçə ay əvvəl fəaliyyətini sənəd üzərində (formal olaraq) dayandırmış, adına qeydiyyatda olan kassa aparatını satmış, bütün malları yığışdıraraq köşkü bağlamışdır. Nə atası, nə də özü yoxdurlar, borclu olduqları başqa adamlar da onu axtarırlar. Cavabdeh mobil telefonu isə ümimiyyətlə söndürülmüşdür. Odur ki, Qurdlar kəndinə - cavabdehin yaşadığı evə getmiş, ancaq evin həyətinə giriş darvazasının qıfılla bağlandığını görmüşdür. Qonşular Fəridin, atasının və bütün ailə üzvlərinin Rusiyaya getdiklərini bildirmişlər. Həmin vaxt orada Cavabdeh axtaran başqa bir şəxs də olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, Cavabdeh inanıb etibar edərək ona xeyli miqdarda nisyə “Bizon” sərinləşdirici içkilər vermiş, ancaq onu tapa bilmir ki, pulunu alsın. O artıq tam əmindir ki, Cavabdeh ona və digərlərinə olan nisyə borcunu ödəməkdən yayınmaq üçün qəsdən qaçıb gizlənib, telefonunu da qəsdən söndürüb və olduğu yeri də qəsdən heç kimə bildirmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Kəlbəcər şəhərində anadan olmuşdur, Kəlbəcər şəhəri Qaçaq Nəbi küçəsi ev 27-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə Bərdə rayonu Qurdlar kəndində anadan olmuşdur, Bərdə rayonu Qurdlar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 572 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı hazırda Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Qaradağlı kəndində müvəqqəti yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin oktyabr-noyabr aylarında cavabdehə nisyə mallar verdiyini, 01 dekabr 2023-cü il tarixə cavabdehin ona 4630 manat borcu yarandığını, cavabdehdən borcunu ödəməsini tələb etdikdə Cavabdeh xx.xx.2023-cü il tarixdə onun ödəniş kartına 600 manat pul yüklədiyini və 4030 manat borcununun qaldığını qeyd etsə də, məhkəməyə iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazma hesablamalar isə iddiaçının özü tərəfindən icra edilmişdir, həmin əlyazmalarda cavabdeh tərəfindən icra edilən hər hansı qeydi yoxdur. Göründüyü kimi, İddiaçı Cavabdeh ona 4030 manat məbləğində borcu olmasını hər hansı mötəbər sübutla sübut edə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar