Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-21/2021 10.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı BOKT ASC - nin nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X14 qarşı «kredit müqaviləsi üzrə borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi » tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh və X14 qarşı iddia qaldıraraq: - Cavabdeh Cavabdeh oğlu ilə keçmiş Parabank ASC (indiki Parabokt ASC) arasında bağlanmış 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsinə xitam verilməsi , Cavabdeh oğlundan İddiaçı BOKT ASC –nin xeyrinə 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə 10376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz, 3750,33 manat dəbbə pulu, cəmi 15.856,76 manat borcu, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; - İpoteka predmetinin 12.000 manat dəyərində qiymətləndirilməsinə və borcun əvəzinin bu qiymətlə Cavabdeh oğlunun mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha ha torpaq sahəsində yerləşən 22.8 kv.m yaşayış , 36.55 kv.m yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə, -Cavabdeh oğlunun mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 hai ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi və orada yaşayanlar X28 oğlu , Cavabdeh oğlunun qeydiyyatdan çıxarılmasına və fərdi yaşayış evinin boşaldılmasına, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay ərzində könüllü tərk etmədikdə məcburi çıxardılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı BOKT ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh oğluna 20.11.2015-ci il tarixli 116-15B saylı saylı kredit müqaviləsinə əsasən ilik 6% olmaqla , 12 ay güzəştlə, 36 ay müddətinə 12000 manat kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq 20.11.2015-ci il tarixli 116-15B saylı İpoteka müqaviləsinə əsasən X9 mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 19.12.2017-ci il tarixə kimi Cavabdeh oğlunun İddiaçı BOKT ASC-yə 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə 10.376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz, 3750,33 manat dəbbə pulu, cəmi 15.856,76 manat borcu vardır. Müstəqil qiymətləndiricinin rəyinə əsasən 20.11.2015-ci il tarixli 116-15B saylı İpoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka ilə yüklü edilmiş ipoteka predmetinin qiyməti 12.000 manat müəyyən edilmişdir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC- nin nümayəndəsi X15 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh oğlu maddi imkanı ilə əlaqədar borcunu vaxtınfda ödəyə bilmədiyini , vaxt verilərsə, borcunu ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X14 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 08094961 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 10.03.1974-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Məmmədli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE № 04320479 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Əmralıyev Bəşir Cabbar oğlu 01.07.1945-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Vİ- ЖГ № 454675 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əkbərov Azər Yunis oğlu ilə X10 02.03.1998-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əkbərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Kreditin verilməsi üçün Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyindən görünür ki, X25 küçəsi 1-ci dalanda 0.0336 hai ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi bazar dəyəri 25000 manat, likvid dəyəri 20000 manat kimi qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş 20.11.2015-ci il tarixli 116-15B saylı saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh oğluna ilik 6 faizlə 12 ay güzəştlə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 24.12.2014-cü il tarixli, 534-14B saylı İpoteka müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh oğluna 20.11.2015-ci il tarixli 116-15B saylı saylı kredit müqaviləsinə əsasən ilik 6% olmaqla 36 ay müdddətinə 12000 manat və 13.10.2015-ci il tarixli 099-15B -PK saylı kredit müqaviləsi üzrə illik 36 faiz olmaqla 36 ay müddətinə 300 ABŞ dolları məbləğində verilmiş kreditlərin təminatı olaraq X4 (fərdi yaşayış evi tam olaraq torpaq sahəsinin 1\7 hissəsi), Cavabdeh oğlunun (torpaq sahəsinin 1\7 hissəsi), X3 (torpaq sahəsinin 1\7 hissəsi), X7 (torpaq sahəsinin 1\7 hissəsi), X8 (torpaq sahəsinin 1\7 hissəsi), X2 (torpaq sahəsinin 1\7 hissəsi) və X11 (torpaq sahəsinin 1\7 hissəsi) ümumi birgə mülkiyyətindəki Bərdə rayon Qaradəmirçi kəndində 0.15 ha torpaq sahəsində yerləşən 43.3 kv.m yaşayış, 43.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 12500 (on iki min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh oğlunun adına verilmiş çıxarışdan görünür ki, Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi X28 oğlunun tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X28 oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 0.0336 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X12 əri X28 oğluna məxsus olan və Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda ev 4-də yerləşən yaşayış evinin və 0.0336 ha torpaq sahəsinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə ipoteka tutma yönəldildikdə yaşayış evini dərhal tərk etməyi barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş 19.12.2017- ci il tarixli Maliyyə arayışdan görünür ki, 20.11.2015ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlunun 19.12.2017- ci il tarixə qədər 10.376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz, 3750,33 manat dəbbə pulu, cəmi 15.856,76 manat borcu təşkil edir. Mülki işə əlavə edilmiş 10.01.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, 13.10.2015-ci il tarixli 099-15B -PK saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlunun 13.10.2015-ci il tarixə qədər 10.376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz borcu, 3750,33 manat dəbbə pulu, cəmi 15.856,76 manat təşkil edir. Mülki işə əlavə edilmiş 079 saylı , 23.11.2016- cı il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 102 saylı , 02.12.2016-cı il tarixli Ərizədən görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh oğlunun, X4, X3, X7, X8, X2 və X11 paylı mülkiyyətində olan Bərdə rayon Qaradəmirçi kəndində 0.15 ha torpaq sahəsində yerləşən 43.3 kv.m yaşayış, 43.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 29802 saylı, 01.10.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh oğlunun 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə 19.07.2017-ci il tarixə olan borcu 10.253.91 manat əsas, 1.71 manat faiz borcu təşkil edir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyindən görünür ki, Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi 25000manat, bazar dəyəri 35000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh oğluna 20.11.2015-ci il tarixli 116-15B saylı saylı kredit müqaviləsinə əsasən ilik 6% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq 20.11.2015-ci il tarixli 116-15B saylı İpoteka müqaviləsinə əsasən X9 mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 hai ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh oğlu 972-13B saylı və 972-13B-PK saylı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas məbləğ 10.376,47 manat və faiz məbləği 1729.96 manat olmuş, lakin ekspert rəyində əsas məbləğ 10.253,91 manat və faiz məbləği 1.71 manat, müəyyən olunmuşdur. İddiaçının nümayəndəsinin ekpert rəyinə etirazı olmamış və təkrar ekspertizanın təyin olunması barədə vəsatət verməmişdir. Ona görədə məhkəmə ekspert rəyini əsas götürərək hazırkı kredit müqaviləsi üzrə əsas məbləğ 10.253,91 manat və faiz məbləği 1.71 manat,olması qənaətinə gəlir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı BOKT ASC -nin iddiasının kredit müqaviləsinə əsasən 3750.33 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq kredit müqaviləsi üzrə 370 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 20.11.2015-ci il tarixli 116-15B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh oğlu kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi X9 mülkiyyətdə olan Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin X9 mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus olan Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 25.000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklu edilmiş Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 35000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC -nin iddiası qismən təmin edilməli, Cavabdeh oğlundan 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə 10.376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz borcu və 350 manat cərimə borcu olmaqla cəmi ....manat, İddiaçı BOKT ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ cavabdeh X9 mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 12.000 manat müəyyən olunmalı, ev açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da Cavabdeh oğlundan İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 20.11.2015-ci il tarixli 116-15B saylı kredit müqaviləsi üzrə 10.376,47 manat əsas, 1729,96 manat hesablanmış faiz borcu və 350 manat cərimə borcu olmaqla cəmi 6503.77 (altı min beş yüz üç manat yetmiş yeddi qəpik) manat, və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. X1 mülkiyyətindəki Bərdə şəhəri X25 küçəsi 1-ci dalanda 0.0336 ha torpaq sahəsində yerləşən 22.8 kv. metr yaşayış , 36.55 kv. metr yardımçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 12.800 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. Cavabdeh oğlu, X28 oğlu, X13 və X12 həmin fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılsınlar və həmin fərdi yaşayış evini boşaltsınlar. Əmlakın qiymətləndirilməsi ilə bağlı İddiaçı BOKT ASC tərəfindən ödənilmiş qiymətləndirmə tədqiqatının dəyəri 145 manat Cavabdeh oğlundan, Cavabdehj Cavabdeh oğlundan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-21/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-21/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver