Məhkəmə qərarları › İş №2(021)-21/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-21/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-21/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiaçı Ləğv prosesində olan Gəncəbank ASC-nin LƏSF-nin cavabdehlər Cavabdeh və X1 qarşı "borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Gəncəbank ASC-nin LƏSF cavabdehlər Cavabdeh və X1 qarşı "borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı Ləğv prosesində olan Gəncəbank ASC məhkəməyə ərizə ünvanlamaqla, borcun cavabdeh tərəfindən ödənildiyini qeyd edib, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan Gəncəbank ASC-nin LƏSF-nin cavabdehlər Cavabdeh və X1 qarşı "borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ləğv prosesində olan Gəncəbank ASC-nin LƏSF-nin cavabdehlər Cavabdeh və X1 qarşı "borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Ləğv prosesində olan Gəncəbank ASC-nin LƏSF tərəfindən ödənilmiş dövlət rüsumu 30 (otuz ) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar