Məhkəmə qərarları › İş №2(021)-2103/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2103/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2103/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh3 Rövşən oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızına, Qurbanov Rövşən Şamil oğluna, Cavabdeh3 Rövşən, bu borcu əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 noyabr 2014-cü tarixli kredit müqaviləsi üzrə 2514.8 AZN əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mlükiyyətində olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Cavabdeh1 mlükiyyətində olan ünvan 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 05 noyabr 2014-cü tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 28%-lə 60 ay müddətinə 5.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mlükiyyətində olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı mənzil 05 noyabr 2014-cü tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 05 noyabr 2014-cü tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 19-dək Cavabdeh1 05 noyabr 2014cü tarixli kredit müqaviləsi üzrə banka 2514.8 manat əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 19 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən 2514.8 manat əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat borcu vardır. 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödıənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan qoyulduğu öhdəlikləri yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyini icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etdiyini, kredit ödənişlərini davam etdirdiyini və buna görə də iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 saylı kredit müqaviləsinə əsasən illik 28 faizlə 60 ay müddətinə 5000 manat borc almışdır. İş materiallarında olan 05 noyabr 2014-cü il tarixli 12-G-1-0-1370-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəkri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 7 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınan 22 avqust 2014-cü il tarixli çıxarışa əsasən Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, cavabdeh Qurbanovas Rəna Qurban qızının iddiaçıya 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0- 1370-14 nömrəli kredit müqaviləsi üzrə 2514.8 AZN əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat məbləğində məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən müəyyən olunur Cavabdeh1 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 30 iyun 2021-ci il tarixli, 2(021)-2103/2021 saylı qərardadladla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 30 iyun 2021-ci il tarixli, 2(021)-2103/2021 saylı qərardadladla məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli, 9/5837 nömrəli ekspert rəyi ilə cavabdeh Cavabdeh1 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370- 14 saylı kredit müqaviləsinə əsasən əsas borcu 2827,52 manat, faiz borcu 73,83 manat, cəmi borcu 2901,35 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 7 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınan 22 avqust 2014-cü il tarixli çıxarışa əsasən Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqdan ibarətdir. Mülki işə əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş, notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən evə (mənzilə ) tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqdan ibarət mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 Qurban qızına göndərilmiş bildiriliş ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh1 keçmiş "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 60 ay müddətinə 5000 manat borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 7 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınan 22 avqust 2014-cü il tarixli çıxarışa əsasən Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı ev (mənzil) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. 19 mart 2021-ci ilədək Cavabdeh1 "xxxx" İKB ASC-yə 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 nömrəli kredit müqaviləsi üzrə 2514.8 AZN əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat borcu vardır. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi cavabdeh Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı ev ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı evə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Bərdə Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı evə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarfət 2 otaqlı evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şamil oğlunun, Cavabdeh3 çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin iddiası təmin edilməli, Cavabdeh1 "xxxx" ASCnin xeyrinə 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 nömrəli kredit müqaviləsi üzrə 2514.8 AZN əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 30 manat xidmət haqqı "xxxx" ASC -nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızına, Qurbanov Rövşən Şamil oğluna, Cavabdeh3 Rövşən, bu borcu əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 01 avqust 2014-cü il tarixli 440-14B saylı kredit müqaviləsinə əsasən 05 noyabr 2014-cü il tarixli, 12-G-1-0-1370-14 nömrəli kredit müqaviləsi üzrə 2514.8 AZN əsas, kredit müqaviləsi üzrə 05 noyabr 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 192.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2706.85 manat (iki min yeddi yüz altı manat səksən beş qəpik), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 30 manat xidmət haqqı "xxxx" ASC -nin xeyrinə tutulsun. Tutulan məbləğ Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Qasımbəy Zakir küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən, 72.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-nə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar